Month: August 2025

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

    Median.Az xəbər verir ki, bu haqda Rusiya KİV-də məlumat paylaşılıb.

    Belə ki, Rusiya tərəfindən döyüşən Amid İsmayılov müharibədə həyatını itirib.

    Məlumata görə, A.İsmayılovla vida mərasimi sabah Şəkinin Göybulaq kəndində baş tutacaq.

    ///qafqazinfo.az

  • Bakı bulvarında insident – Həbs edilən var

    Bakı bulvarında ictimai asayişi pozan şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 28-i gecə saat 00:40 radələrində baş verib.

    Dənizkənarı Milli Park ərazisində 4-5 nəfər arasında kütləvi dava-dalaş olmasına dair polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədən şəxslərdən biri – 1994-cü il təvəllüdlü A.Qədirov saxlanılıb. Onun narkotik vasitə istifadə etməsi də müəyyən olunub.

    Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılan şəxslə bağlı araşdırma başlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 20 sutkalıq həbs edilib.

  • 2026-cı ildən pensiyalarda bu qədər ARTIM OLACAQ

    Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb.

    Əməkhaqqının artımı yalnız maaşların nə qədər yüksəldiyini göstərmir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılır.

    Başqa sözlə, əvvəlki ildə maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin göstərici əsasında artırılır.

    Bəs 2026-cı ildə pensiyalar nə qədər yüksələ bilər?

    İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, proqnozlaşdırılan göstəricilər və son yeddi ayın nəticələri nəzərə alınmaqla ehtimal olunur ki, 2026-cı il yanvarın 1-dən pensiyalar təxminən 9 faiz indeksləşdiriləcək. Yəni hər 100 manat pensiyaya əlavə olaraq təqribən 9 manat artım tətbiq olunacaq.

    ///Baku TV

  • Anasını hoteldə öld*rməkdə ittiham edilən yeniyetmə – “Məni həbs edin”

    İki gün əvvəl anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmə qarşısına çıxarılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 16 yaşlı A.Q barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil Nicat Mehtixanov müvəkkilinin yaşını nəzərə alaraq barəsində alternativ qətimkan tədbiri seçilməsini təklif etsə də, yeniyetmə özü hakimdən həbs edilməsini xahiş edib.

    Müdafiəçi, həmçinin hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, baş verənlər ana ilə oğul arasında əvvəldən mövcud olan münaqişənin davamı olub: “Düzdür, hadisə geyimlə bağlı qısqanclıq mübahisəsi zəminində baş verib. Lakin iddia edildiyi kimi oğulun anasını əvvəldən təqib etməsi və digər deyilənlər həqiqətə uyğun deyil. Onlar elə həmin gün birlikdə Türkiyədən qayıdıblar. Günorta şəhərdə gəziblər, bazarlıq ediblər. Hotelə yerləşdikdən 1-2 saat sonra isə aralarında bir neçə il əvvəldən başlayan mübahisə yenidən davam edib. Nəticədə də sözügedən cinayət hadisəsi qeydə alınıb”.

    N.Mehtixanov qətlin Binəqədi rayonunda yerləşən “Crossway” hotelində törədildiyini də təsdiq edib.

    Qeyd edək ki, yeniyetmə ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Lakin qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin edilə bilməz.

  • Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb

    Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaradılmış yeni ictimai çimərlikləri təqdim edib.

    Median.Az report-a istinadən xəbər verir ki, onlar mövsümün əvvəlindən quruma daxil olmuş çoxsaylı müraciətlərdən sonra təşkil edilib.

    Monitorinqlər zamanı bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin, infrastrukturun, təmizlik qaydalarına əməl olunmasının və tullantıların idarə edilməsinin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, Şüvəlanda 3 çimərlikdə ödənişsiz ictimai məkanlar yaradılıb. Pilot layihə 15,3 hektar sahəni əhatə edir.

    Burada taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaq əyləncə zonaları, söhbətgahlar, günəşdən mühafizə çətirləri və digər zəruri avadanlıqlar quraşdırılıb.

    Yay mövsümü Azərbaycanda daxili və gəlmə turizmin ən yüksək aktivlik dövrü hesab olunur. Bu müddətdə ölkəyə gələn əcnəbi turistlərin 32 %-i məhz yay aylarında səyahət edir. Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropadan gələn turistlərin sayı üstünlük təşkil edir. MDB ölkələrindən gələnlər arasında isə çimərlik turizminə maraq daha çox müşahidə olunur.

    Son illərin göstəricilərinə əsasən, yerli turistlərin il ərzində həyata keçirdiyi 20 milyondan çox səfərin 40 %-i yay aylarının payına düşür. Bu dövrdə həm regionlara səfərlərin sayında artım qeydə alınır, həm də regionlardan Bakıya, xüsusilə çimərliklərə gediş-gəliş intensivləşir.

    Hazırda ölkə üzrə 200-dən çox çimərlik fəaliyyət göstərir. Onların 80 %-i Bakı və Abşeron yarımadasında yerləşir. Bu ərazidə ümumilikdə 17 çimərlik zonası mövcuddur.

  • Лейла Алиева и Арзу Алиева посетили Национальный онкологический центр – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева посетили Национальный онкологический центр.

    Публикацией об этом на своей странице в социальной сети поделилась Арзу Алиева.

  • Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar.

    Bununla bağlı Arzu Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • В Лерикском районе задержан подозреваемый в культивировании конопли

    Сотрудники Лерикского районного отдела полиции задержали 43-летнего Сардара Бахшиева, подозреваемого в выращивании наркосодержащих растений.

    Об этом сообщает Median.Az со ссылкой на лянкяранскую региональную группу пресс-службы Министерства внутренних дел (МВД).

    В лесном массиве села Лермеруд, где проживает Бахшиев, были обнаружены 33 куста конопли, культивируемые им с особым уходом, а также марихуана, которую он хранил в недостроенном помещении во дворе своего дома.

    По данному факту возбуждено уголовное дело, в отношении задержанного избрана мера пресечения в виде ареста, ведется расследование.

  • Lerikdə meşə massivində çətənə kolları yetişdirən şəxs saxlanılıb

    Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.43 доллара, или 0.62% – до 69.74 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.31 доллара.