Month: Sentyabr 2025

  • Ukrayna Ordusu Rusiyaya məxsus helikopteri vurub

    Ukrayna hərbçiləri FPV-dronu vasitəsilə Rusiyanın “Mi-28” helikopterini vurublar.

    Bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi (“Madyar”) sosial şəbəkələrdə məlumat verib.

    “Mi-28″ helikopteri Pilotsuz Sistemlər Qüvvələrinin 59-cu briqadasının pilotları tərəfindən FPV dronla məhv edilib”, – o bildirib.

  • Ötən həftə 1 200 hektardan çox ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə sentyabrın 22-dən 28-nə qədər 35 tank əleyhinə mina, 100 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1 225,1 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Azərbaycan klubu yeddi basketbolçu ilə yollarını ayırıb

    “Gəncə” klubu yeddi basketbolçu ilə yollarını ayırıb.

    Bu barədə “Report”a bölgə təmsilçisindən məlumat verilib.

    Klubla müqavilə müddəti başa çatan Andre Boll, Corc Peterson, Cordan Forbs, Kaan Yıldırımkanlı, Lavon Holland, Malek Deyvis və Markus Qilson komandanı tərk edib.

  • Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: Xəstə çoxluğundan elektrik yuvasına uzadıcılar qoşulurdu

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid Dilarə Şirinova deyib ki, mərkəzdə direktorun müavini, baş həkim vəzifəsini icra edib:

    “Hadisə baş verən gün Mehriban xanım zəng eləyib mərkəzdə yanğın baş verdiyini demişdi. İcbari tibbi sığorta tətbiq olunandan sonra Perinatal Mərkəzdə bir sıra dəyişikliklər həyata keçirildi. Struktur dəyişikliyi olana qədər Məryəm xanım direktor vəzifəsini icra edirdi. Mərkəzdə tibb bacılarının sayı az idi. Ştatların artırılması ilə bağlı müraciəti Mehriban xanım edirdi”.

    Dilarə Şirinova bildirib ki, mərkəzdə əvvəl də yanğın olub:

    “Mərkəzin 3-cü mərtəbəsində sanitar qovşaqda yanğın olmuşdu. Yanğın qısa müddətdə söndürülmüşdü. Son yanğın zamanı 2 palatada 4 tibb bacısı xidmət göstərirdi. Mehriban xanıma bir neçə dəfə demişdim ki, işçilər çatdıra bilmir, o isə demişdi ki, çatdırmalıdırlar. Yanan otaqda 32 dənə elektrik yuvası var idi. Aparat elektrik yuvasına uzadıcılarla qoşulurdu. Bu xəstə çoxluğundan edilirdi. Əvvəllər görəndə ki, xəstə sayı artıb direktora deyirdim ki, xəstə qəbulunu dayandırsın. Qəbula cavabdeh Mehriban xanım idi. Hamilə gələndə ona deyirdilər ki, xəstə gəlib, o da qəbul etməyi tapşırırdı. Mehriban xanım iclaslarda dəfələrlə demişdi ki, xəstə sayı artırılmalıdır. O deyirdi ki, kimin qohumu-tanışı varsa, bizə müraciət etsin. Məqsəd perinatalın kateqoriyasını qaldırmaq idi”.

    Şahidin sözlərinə görə, mərkəzin kateqoriyasını qaldırmağa səbəb kimi əməkdaşların maaşlarının artırılması göstərilirdi. O deyib ki, müraciət edən çoxaldıqca mərkəzin kateqoriyası da qalxacaqdı. Bu halda bütün əməkdaşların maaşı artırılacaqdı. Dilarə Şirinova əlavə edib ki, hazırda mərkəz inzibati olaraq fəaliyyət göstərir və orada direktor vəzifəsini icra edir, lakin xəstə qəbul edilmir.

    Prosesə ayrılan vaxt başa çatdığı üçün növbəti iclas oktyabrın 8-nə təyin olunub.

    Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
    //report

  • Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək

    Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.

    Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

  • Sankt-Peterburqda yüzə yaxın miqrant polisə aparılıb

    Sankt-Peterburqda tikinti meydançalarında profilaktik reyd zamanı yüzə yaxın miqrant polisə aparılıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional baş idarəsindən bildirilib.

    Məlum olub ki, 48 miqrant başqa təşkilatlarda işlə təmin olunduğu halda, tikinti sahələrində qanunsuz işləyib. Miqrasiya xidməti onların iş icazəsinin ləğv edilməsi məsələsi ilə məşğuldur.

  • “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə qaydalarında dəyişiklik edilib

    “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə qaydalarında dəyişiklik edilib.

    Bununla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası qərar qəbul edib.

    Dəyişikliklə qiymətləndirmənin həyata keçirilməsində istifadə edilən üsulların sırasına Dövlət Agentliyinin nəzarət və qiymətləndirmə və “ASAN növbə” informasiya sistemləri tərəfindən avtomatik qaydada analitik təhlillərin aparılması da əlavə edilib.

    Bundan başqa, qiymətləndirmənin təşkili və keçirilməsi qaydalarında da müəyyən dəyişikliklər edilib.

    Qiymətləndirmə aşağıdakı 4 mərhələdə həyata keçirilir:

    – məlumatların toplanılması;

    – məlumatların sistemləşdirilməsi, faizlərin və yekun balların çıxarılması;

    – qiymətləndirmə nəticələri ilə qiymətləndirilən tərəflərin tanış edilməsi;

    – rəy, tövsiyə və ya hesabatların hazırlanması.

    Həmçinin meyarlar üzrə balların və aylıq yekun balın hesablanması da qaydalara əlavə edilib.

    Qərar oktyabrın 1-dən qüvvəyə minəcək.

  • Vyetnamda qasırğa nəticəsində ölənlər var, 17 nəfər itkin düşüb

    Vyetnamda “Bualoy” qasırğası nəticəsində iki nəfər həlak olub, 17 nəfər itkin düşüb.

    Bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

    Təbii fəlakətlərlə mübarizə agentliyinin məlumatına görə, Hue şəhərində bir nəfər daşqın nəticəsində, digəri isə Thanhoa vilayətində ağacın aşması nəticəsində ölüb.

    Bundan başqa, Kuanqçi vilayətində 17 balıqçı itkin düşüb, fırtına zamanı daha bir balıqçı gəmisi ilə əlaqə kəsilib.

    “Hazırda Bualoyda təbii fəlakət nəticəsində 245 ev zədələnib, 1400 hektara yaxın çəltik və digər əkin sahələrini su basıb”, – məlumatda qeyd olunub.

    Qasırğanın yaxınlaşmasından əvvəl hökumət 28 min 500-dən çox insanı təxliyə edib, mərkəzi vilayətlərdəki dörd hava limanının bağlanması səbəbindən yüzlərlə reys ləğv edilib və ya gecikib.

  • TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

    Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 29-də 379 milyon 989 min 291 kVt/saat həcmində sifariş alınıb.

    Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

    Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,003 % çoxdur.

    Kipoi çıxış nöqtəsindən sentyabrın 30-dan oktyabrın 6-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

    Bu, sentyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % azdır. Sentyabrın 24-dən 28-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % isə azdır.

    Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 29-dan oktyabrın 6-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

    Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 29-dan oktyabrın 6-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

    İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 29-da 314 milyon 972 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 % azdır.

    Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 30-dan oktyabrın 6-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,05 % azdır.

    Sentyabrın 24-dən sentyabrın 29-dək olan sifariş göstəriciləri ilə müqayisədə 13,64 % azdır.

    Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

  • Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb

    Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb.

    H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Əvəz qızı Qasımova ümumi hamam otağında yıxılıb.

    Baş nahiyəsindən xəsarət alan Y.Qasımova ölüb.

    Faktla bağlı araşdırma aparılır.