Month: September 2025

  • Samuxda “VAZ” mağazaya çırpıldı – 4 nəfər yaralandı

    Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Unikal”ın məlumatına görə, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Песков: НАТО де-факто воюет с Россией

    НАТО фактически ведет войну с Россией.

    Как передает Median.Az со ссылкой на “Коммерсантъ”, об этом заявил пресс-секретарь президента России Дмитрий Песков.

    По его словам, ведение Североатлантическим альянсом боевых действий очевидно и в доказательствах не нуждается.

    “НАТО де-факто задействовано, и косвенная и прямая поддержка Киеву есть”, – уточнил Песков на брифинге.

    13 сентября страны-члены НАТО начали операцию “Восточный страж”. Она, по словам генсека Марка Рютте, направлена на защиту восточного фланга альянса. Запуск операции стал ответом на инцидент с беспилотниками в Польше 10 сентября. Тогда как минимум 19 БПЛА нарушили воздушное пространство страны. По утверждению польской стороны, дроны принадлежат России. Минобороны РФ этот факт отрицает. В пресс-службе ведомства подчеркнули, что никаких целей на территории Польши поражать не планировалось.

  • Peskov: “NATO Rusiya ilə de-fakto müharibə aparır”

    “Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir”.

    Median.Az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatlar aparması göz qabağındadır və sübuta ehtiyac yoxdur.

    “NATO de-fakto iştirak edir və Kiyev rejiminə dolayı və birbaşa dəstək mövcuddur”, – Peskov brifinqdə vurğulayıb.

    Xatırladaq ki, sentyabrın 13-də NATO-ya üzv ölkələr “Şərq mühafizi” əməliyyatına başlayıblar. Baş katib Mark Rüttenin sözlərinə görə, bu, alyansın şərq cinahını qorumaq məqsədi daşıyır. Əməliyyatın başlanması sentyabrın 10-da Polşada PUA-larla baş verən insidentə cavab olub. Daha sonra ən azı 19 PUA ölkənin hava məkanını pozub. Polşa tərəfinin məlumatına görə, PUA-lar Rusiyaya məxsus olub. Rusiya Müdafiə Nazirliyi bu faktı təkzib edib. Nazirliyin mətbuat xidməti Polşa ərazisində hər hansı hədəfi vurmaq planının olmadığını vurğulayıb.

  • Президент: Люди, которые долгие годы жили как переселенцы, заслуживают самых лучших условий

    Люди, которые долгие годы жили как переселенцы, заслуживают самых лучших условий.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на встрече с жителями сел Бадара, Дашбулаг, Сеидбейли и Шушакенд Ходжалинского района.

    “Я помню, во время многочисленных встреч с переселенцами в период оккупации я говорил, что государство старается создать им условия, и мы это сделали. Около 300 тысяч бывших переселенцев были обеспечены государством домами, квартирами”, – отметил глава государства.

  • İlham Əliyev: “Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər”

    “Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bildirib.

    Dövlətimizin başçısı qeyd edib: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi”.

  • Leyla Əliyeva “Nine Senses Art Center”də keçirilən sərgidən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Nine Senses Art Center”də keçirilən sərgidən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Prezident ICESCO-nun baş direktorunu təltif etdi

    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə təltif olunub.

  • Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində yaşayış məntəqəsini işğal edib

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində yaşayış məntəqəsini işğal edib.

    Median.Az-ın “RIA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Zaporojyedə Olqovskoye yaşayış məntəqəsini ələ keçiriblər.

  • В Армении объяснили причину отказа от изображения горы Агрыдаг на визовых штампах

    Правительство Армении приняло решение убрать изображение горы Агрыдаг с визовых штампов, которые ставятся в паспорте при въезде в страну и выезде из нее.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил во время пресс-конференции секретарь парламентской фракции “Гражданский договор” премьер-министра Никола Пашиняна Артур Ованнисян.

    По его словам, Армения руководствуется только своими “государственными символами”.

    “Республика Армения руководствуется государственными символами, и печать Республики Армения должна выражать наши государственные символы и быть свободной от эмоциональности. Каждое наше действие, будь то штамп или заявление, не должно посылать опасные сигналы соседним государствам”, – отметил он.

    Решение об изменении визовых штампов при пересечении границ было принято 11 сентября на заседании правительства, однако повестка дня была включена в список неосвещаемых вопросов и поэтому осталась вне внимания СМИ.

  • Ermənistan hökumətindən viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı açıqlama

    Ermənistan hökuməti respublikanın sərhədlərini keçərkən istifadə olunan möhürlərdən Ağrı dağının təsvirini çıxarmaq qərarına gəlib. Ermənistanın “Vətəndaş Müqaviləsi” parlament fraksiyasının katibi Artur Ovannisyan qərarın səbəbini açıqlayıb.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, mətbuat konfransı zamanı bəyan edib.

    O bildirib ki, Ermənistan yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərir.

    “Ermənistan Respublikası dövlət rəmzləri ilə fəaliyyət göstərir. Ermənistan Respublikasının möhürü bizim dövlət rəmzlərimizi ifadə etməli və emosionallıqdan azad olmalıdır. Möhür və ya bəyanat olmasından asılı olmayaraq, heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir”, – deyə o qeyd edib.

    Xatırladaq ki, dünən Ermənistan mediasında ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirinin silinəcəyi ilə bağlı məlumat yayılmışdı. Bildirilib ki, yeni möhür forması Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında təsbit edilib. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.