Перебои в работе спутникового интернета Starlink зафиксированы по всему миру.
Об этом сообщает DownDetector.
Сообщается, что число обращений о перебоях достигло почти 50 тыс.
“Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı və regional məsələlər haqqında faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk”.
Bu İsveçin Azərbaycandakı səfirliyinin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı Əlaqə Nöqtəsi Səfirlikləri rolunu yerinə yetirir.
“Rusiya-Ukrayna münaqişəsində, həm də digər münaqişələrdə bu qədər illərdən sonra hər iki tərəfdən insanların mənasız şəkildə öldürülməsinə alternativ yeganə cavab, sülhdür”.
Bunu Roma Papası XIV Leo bəyan edib.
Pontifik həmçinin Vatikanın münaqişələrdə vasitəçi kimi çıxış etmək təkliflərindən, o cümlədən Rusiya və Ukrayna arasında danışıqların aparılması imkanından da danışıb:
“Müqəddəs Taxt-Tac müharibənin başlanğıcından bəri həqiqətən neytral mövqe tutmaq üçün çox səy göstərib. Mən sülh tərəfdarı olan Müqəddəs Taxt-tacın səsi ilə, fikrimcə, çox fərqli və birincisi qədər real olmayan vasitəçi rolunu ayırd edərdim. Düşünürəm ki, bir çox müxtəlif aktorlar kifayət qədər səy göstərməlidirlər ki, döyüşən tərəfləri deməyə məcbur etsinlər: bəsdir, gəlin fikir ayrılıqlarımızı həll etmək üçün başqa bir yol tapaq”.
Xankəndidə avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərərək xəsarət yetirən erməniəsilli şəxsin durumu məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sentyabrın 14-də Xankəndi şəhərində təxribat törədən erməniəsilli 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs müxtəlif bədən xəsarətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə hospitalizasiya olunub:
“Həkim-mütəxəssislər tərəfindən pasiyent üzərində cərrahi əməliyyat icra olunub, zəruri instrumental-diaqnostik müayinələr təyin olunub. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir”.
Кабмин Азербайджана сформировал Рабочую группу по поддержке стратегически важных градостроительных инициатив в рамках программы социально-экономического развития Баку.
Соответствующий документ подписал премьер-министр Али Асадов.
Возглавлять рабочую группу будет вице-премьер Самир Шарифов, его заместителями назначены министр экономики Микаил Джаббаров и председатель Государственного комитета по градостроительству и архитектуре Анар Гулиев.
Рабочая группа уполномочена рассматривать и проводить предварительную оценку градостроительных инвестиционных проектов, поступающих от Минэкономики и Государственного комитета по градостроительству и архитектуре.
В первую очередь рабочая группа сосредоточится на реконструкции территорий вокруг озера Беюкшор, между проспектами Гейдара Алиева и Зии Буниятова, а также территорий вокруг Нефтеперерабатывающего завода имени Гейдара Алиева.
Эти проекты будут реализованы в рамках модели государственно-частного партнерства на основе согласованных концептуальных проектов. Группа обеспечит создание необходимых условий для инвестиций, согласование условий инвестиционных договоров и принятие других необходимых мер.
Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, maliyyə nazirinin birinci müavini Anar Kərimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, fövqəladə hallar nazirinin müavini Adil Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev İşçi qrupun üzvləri sırasında yer alıb.
İşçi qrupa investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirmək, eləcə də şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb.
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib.
Məqsəd Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsidir.
“Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində əlavə ittiham verilib.
Median.Az “Report”a istinadən xəbər verir ki, Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.
Xətai rayon Prokurorluğunun təqdimatı əsasında Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Xətai rayon Məhkəməsinə daxil olub.
Hakim vəsatət və təqdimatı təmin edib. Qərara əsasən Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Vüsal 300″ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.
Onu da qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.
Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək. Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq.
Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib. Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

“Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişikliklə sığorta olunan əhali kateqoriyası bir qədər də genişlənir. Bu mütərəqqi yenilik həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə qarşı dövlətimizin humanist yanaşmasının daha bir göstəricisidir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin qurumun bugünkü iclasında deyib.
O bildirib ki, hazırkı qanuna əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər sığorta olunan hesab olunmur və onlar üçün sığorta hesabına heç bir xidmət təminatı yoxdur:
“Həmin şəxslər qanunvericiliyə əsasən, penitensiar müəssisənin xəstəxanalarında tibbi xidmət ala bilirlər və ya penitensiar müəssisənin xəstəxanalarında yardım göstərilməsi mümkün olmadıqda, tibb-sanitariya hissəsinin rəyi və Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin müraciəti əsasında Penitensiar xidmətin müvafiq qurumu tərəfindən xəstə məhkumların cəzaçəkmə müəssisələrindən kənar səhiyyə müəssisələrinə müayinə və qısamüddətli müalicəyə göndərilir. Əksər hallarda, qurumun səhiyyə xərcləri ilə bağlı resursları və imkanları məhdud olduğu üçün bu göndərişlər təşkil oluna bilmirdi.
Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən, tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmiş məhkumlar bu növ xidmətlərin, dərman vasitələrinin ödəniş haqqını öz şəxsi hesablarındakı vəsaitdən ödəyir və ya onların qohumları tərəfindən ödənilir.
Təklif olunan yeni qanun məhkumların tibbi xidmətlərə əlçatanlığı artıracaq və qurumun, məhkum və yaxınlarının maliyyə yükü ilə üzləşmədən, icbari tibbi sığorta sisteminin xidmətlər zərfi çərçivəsində tibbi xidmət almasını təmin edəcək. Göstəriləcək xidmətlərin tətbiqi şərtləri il ərzində 1 500 məhkumun tibbi sığortadan yararlanmasını nəzərdə tutur”.
P.Vəliyeva əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səhiyyə hüququ təkcə Azərbaycan Respublikası vətəndaşları üçün deyil, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir:
“Müzakirə etdiyimiz qanun layihəsi ilə cəza çəkməkdə olan həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslər qeyd olunan xidmət şərtləri daxilində sığortaolunan hesab olunacaq. Belə ki, hazırda, BMT-nin himayəyə götürdüyü şəxslər sığorta olunan hesab olunur, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə yalnız işlədiyi zaman sığortaolunan hesab edilirdi. İndi isə yeni bir kateqoriya – məhkum edilmiş əcnəbilər də İTS fondu hesabına xidmətlər zərfi çərçivəsində tibbi xidmət ala biləcək”.
//oxu.az