Month: September 2025

  • Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

    “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.

    Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.

    8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib.

  • Səidə Bəkirqızı Space TV-dən də ayrıldı: 25 illik sənətimi atıram…

    Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrılıb.
     
    Median.Az xəbər verir ki, Səidə Bəkirqızının aparıcısı olduğu “Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
     
    Teleaparıcı faktı azxeber.com-a təsdiq edib.
     
    O bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib:
     
    “Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ildir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get”.
     
    Qeyd edək ki, Audiovizual Şura 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) “Space TV” kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul edib.  \AZXEBER.COM

  • “Sumqayıt” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

    “Sumqayıt” ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə qatıb.

    Bu barədə “Report”a klubdan məlumat verilib.

    27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

    Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada “Willeton Tigers” komandasının formasını geyinib.

  • За сутки правоохранители задержали 71 разыскиваемое лицо

    За минувшие сутки правоохранительными органами был задержан 71 человек, находившийся в розыске по различным основаниям.

    Как сообщает Median.Az со ссылкой на МВД, из общего числа задержанных 54 человека разыскивались как должники.

    В ходе операций также были выявлены 14 фактов, связанных с незаконным оборотом наркотических веществ, и 10 случаев незаконного хранения и обнаружения оружия и боеприпасов.

    Кроме того, задержаны 46 лиц, подозреваемых в совершении различных преступлений.

  • Ötən gün axtarışda olan 71 nəfər saxlanılıb

    Ötən gün axtarışda olduğuna görə ümumilikdə 71 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

  • Yaşmada sahəsi 1500 m² olan sex yanıb

    Xızıda sex yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yaşma kəndində ümumi sahəsi 1500 m² olan sexin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? – Foto

    Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

    Median.Az xəbər verir ki, bu barədə Oxu.az-a onun katibəsi Mariya Boteva məlumat verib.

    Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

    “O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb, sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq etmək üçün hazırladığım sənədi də sizə təqdim edirəm”, – deyə M.Boteva bildirib.

    Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

    Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.

  • Стоимость платных услуг в Азербайджане выросла на 9%

    Cтоимость платных услуг, оказанных населению в Азербайджане в январе-августе 2025 года, составила 9 млрд 287,8 млн манатов, что на 9% больше в реальном выражении по сравнению с аналогичным периодом прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    Юридические лица за 8 месяцев оказали населению услуги на 6 млрд 975,8 млн манатов, что составляет 75,1% от общей стоимости услуг.

    За отчетный период каждый житель страны в среднем использовал различные платные услуги на 907,3 маната, что в номинальном выражении на 125,7 маната больше, чем за 8 месяцев прошлого года.

  • Azərbaycanda ödənişli xidmətlərin dəyəri 9 % artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.

    8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

    Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

  • В Стамбуле задержан глава муниципалитета

    В Турции в рамках антикоррупционного расследования задержан глава муниципалитета Байрампаша в Стамбуле Хасан Мутлу.

    Об этом сообщает Report со ссылкой на агентство “Анадолу”.

    Согласно информации, в рамках операции задержаны еще 47 человек, включая главу муниципалитета.

    Отметим, что некоторое время назад были задержаны глава Стамбульского муниципалитета Экрем Имамоглу и главы муниципалитетов в других провинциях Турции.