Month: September 2025

  • Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

    Sentyabrın 11-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • На суде раскрыты новые факты обстрелов армянами азербайджанских сел в 1990 году

    В Бакинском военном суде проходит очередное заседание по уголовному делу в отношении граждан Армении, обвиняемых в военных преступлениях против Азербайджана.

    На процессе были обнародован ряд документов.

    Один из документов касается факта запуска двух ракет со стороны села Ерасх Араратского района Армении по Садараку 24 марта 1990 года. При этом одна из ракет попала недалеко от двора жителя Садарака Гасымова Исмаила Байрам оглу.

    Следующие документы касались фактов получения травм 6 жителей села Шада Шахбузского района, обстрела села Гышлаг Товузского района и других сел. Следствием установлено, что 27 марта 1990 года с 17:00 до 00:00 из Шамшаддинского района Армении велся интенсивный обстрел из огнестрельного оружия сел Гышлаг, Юхары Гаджаллы, Алибейли Товузского района. Во время инцидента были пострадавшие среди гражданского населения.

    Кроме того, был обнародован документ по факту убийства Вели Зейналова. Сообщается, что 27-28 марта 1990 года из Армении было совершено нападение на село Гармачатаг Бабекского района с применением оружия различного калибра, в результате чего было сожжено 10 домов, а заведующий отделом государственного права Нахчыванского областного комитета Зейналов Вели Мамед оглу был убит из автоматического оружия.

    Согласно другому документу, 11 июля 1990 года на 93-м километре дороги Барда-Истису вблизи села Гозлукёрпю Агдеринского района в результате обстрела из автоматического оружия каравана из 16 автомобилей, 3 человека погибли, 22 человека получили ранения.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности, военных преступлений, в том числе в подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и правил войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, насильственном ее удержании и других многочисленных преступлениях в результате военной агрессии Армении.

  • 1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib

    Bakı Hərbi Məhkəməsində sentyabrın 11-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

    Elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.

    Həmin vaxt raketlərdən biri havada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayram oğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.

    Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.

    Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlif kalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.

    Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22 nəfər yaralanıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Naxçıvanda əsgər ölümündə ittiham olunan zabitlər azadlığa buraxılıb

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Naxçıvan Muxtar Respublika Ali məhkəməsindən verilən məlumata görə, bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar qəbul edib.

    Qərara əsasən, Samir Həziyev və Aydın Quliyevin cəzası şərti hesab olunub və onlar azadlığa buraxılıblar.

  • Семьи шехидов и ветераны Чернобыля получат доступ к бесплатным психотропным препаратам

    Кабмин внес изменения в правила обеспечения лекарственными препаратами граждан, пострадавших в результате аварии на Чернобыльской АЭС.

    Соответствующее решение подписал глава правительства Али Асадов.

    Согласно постановлению, в перечень лекарственных препаратов, предоставляемых бесплатно по рецептам, теперь включены и психотропные вещества, используемые в медицине в качестве лекарственных средств.

    Кроме того, данное правило распространяется также на лиц, участвовавших в боевых действиях за территориальную целостность Азербайджана, и семьи шехидов.

  • Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək

    Çernobıl AES-də qəza nəticəsində zərər çəkmiş vətəndaşların dərman preparatları ilə təmin olunması qaydasına dəyişiklik edilib.

    Bu barədə Baş naziri Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, siyahıda ambulator müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının sırasına dərman vasitəsi kimi tibdə istifadə edilən psixotrop maddələr də əlavə edilib.

    Həmçinin, bu qayda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələrinə də şamil edilib.

  • Гран-при Азербайджана Формулы-1: Улицы Баку будут открыты для проезда в часы пик

    В дни проведения Гран-при Азербайджана Формулы-1 улицы в пределах Бакинского городского кольца будут открыты для проезда в часы пик.

    Об этом сообщили в операционной компании Baku City Circuit.

    Для удобства жителей города 15-17 сентября с 07:00 до 09:00 утра и с 18:00 до 20:00 вечера, а 18 сентября с 07:00 до 09:00 утра и с 20:00 до 22:00 вечера движение транспортных средств будет возможно по некоторым участкам трека.

    Точки въезда:

    ● С Сальянского шоссе → проспект Нефтчиляр и площадь Азнефть

    ● С улицы М. Лермонтова → улица 50-летия ООН и Истиглалият

    ● С улицы С. Вургуна → улица У. Гаджибейли и проспект Бюльбюля

    ● С проспекта Бюльбюля → улица Хагани и проспект Нефтчиляр

    ● С перекрестка улиц Низами и Пушкина → улица Хагани

    Точки выезда:

    ● С проспекта Нефтчиляр → Бакинский морской порт и Crescent Mall

    ● С улицы Истиглалият → проспект Азербайджана

    ● С проспекта Нефтчиляр → площадь Азнефть и Дениз Молл

    Эти участки трека предназначены только для транзитного движения, остановка и парковка на них запрещены.

    Напомним, что Баку является одной из редких городских трасс Формулы-1, где дороги открываются для проезда транспорта в часы пик. В 2024 году после гонки Баку с рекордной скоростью вернулся к прежнему ритму, и всего за 16 часов было демонтировано и вывезено 60% защитных барьеров.

    Таким образом, параллельно обеспечивается как организация гонки, так и повседневный комфорт жителей города.

  • “Formula 1” üzrə Azərbaycan Qran-prisi: Bakı küçələri pik saatlarda açıq olacaq

    “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

    Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. Sentyabrın 19–21-də keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

    Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Sentyabrın 15–17-də, səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18-də isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

    Giriş nöqtələri:

    ● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

    ● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

    ● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

    ● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

    ● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

    Çıxış nöqtələri:

    ● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

    ● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

    ● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

    Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

    Xatırladaq ki, Bakı “Formula 1” üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60 %-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

    Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.

  • Naxçıvanda əhalinin sayı artıb

    Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

    Bu barədə Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, 1 avqust 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2 min 58 nəfər və ya 0,4 faiz artaraq 471 min 911 nəfər olub.

  • Совместная операция Минюста и МВД: В заброшенном здании обнаружены гранаты

    Оперативный аппарат Пенитенциарной службы Министерства юстиции совместно с сотрудниками МВД провел успешную спецоперацию.

    Информация об этом содержится в совместном заявлении министерств.

    Согласно сообщению, в результате проведенных оперативно-розыскных мероприятий в поселке Верхний Нюведи Лянкяранского района был обнаружен тайник в заброшенном здании. Арестованный ранее подозреваемый спрятал там 8 ручных гранат типа “Ф-1” и 8 детонаторов к ним.

    По факту ведется расследование.