Month: September 2025

  • Yeni tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir

    Yeni tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

    O bildirib ki, tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiqlənib: “Gələn ildən tətbiqi gözlənilir. 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur”.

    Nazir qeyd edib ki, müəssisələrdə yer çatışmazlığı var, çünki uşağını bağçaya qoymaq istəyənlər çoxdur: “Özəl tərəfdaşlıq layihəmiz var. Məktəbəhazırlıq mərhələsində övladını həm məktəbdə, həm də bağçada saxlamaq istəyən valideynlərin narazılığı haqsızdır. Onsuz da elektron sistem vasitəsilə biz prosesi ciddi izləyə bilirik. Bu sahədə vahid sistemin olması uzunmüddətli keyfiyyətli qərarların verilməsinə xidmət edir”.

    Nazir əlavə edib ki, ötən il monitorinqlər nəticəsində 18 müəssisə müdirinin işinə xitam verilib.

  • Ötən ay 12 nəfər Azərbaycana readmissiya olunub

    Avqust ayında 12 nəfər Azərbaycana readmissiya olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, proses Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

    Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

  • İspaniyanın məşhur klubunun borcu azalıb

    İspaniyanın “Sevilya” klubunun borcu azalıb.

    “Report” yerli mətbuata istinadən xəbər verir ki, La Liqa təmsilçisinin prezidenti Xose Mariya del Nido maliyyə vəziyyətləri haqqında danışıb.

    O, borcun 66 milyon avroya qədər düşdüyünü söyləyib. Funksioner avrokuboklara qatılmamağın onların işini çətinləşdirdiyini deyib.

    Qeyd edək ki, iki il əvvəl “Sevilya”nın borcu 200 milyon avronu keçmişdi.

  • Naftalanda 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Naftalanda sanatoriyada çalışan işçini elektrik cərəyanı vuraraq öldürüb.

    1989-cu il təvəllüdlü A.Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В России нелегальных мигрантов ограничат в получении основных услуг

    Иностранцы, не урегулировавшие свой правовой статус в России, до момента выдворения из страны с 11 сентября будут ограничены в получении основных услуг.

    Об этом сообщили в МВД РФ.

    “С 11 сентября в отношении иностранных граждан, утративших законные основания для пребывания в России, до их выдворения за пределы РФ будут применяться все предусмотренные законом меры по ограничению отдельных прав, в том числе на въезд в Россию в будущем”, – сказали в ведомстве.

    Как отметили в МВД, мигранты-нарушители будут включены в реестр контролируемых лиц. После чего им запрещается: изменять место жительства (пребывания) без разрешения органа внутренних дел, выезжать за пределы региона РФ, в котором контролируемое лицо проживает или пребывает, приобретать и регистрировать недвижимость, транспортные средства.

    Также иностранцы не смогут заключать брак, учреждать юридическое лицо, регистрироваться в качестве индивидуального предпринимателя, а также открывать банковский счет и осуществлять банковские операции. Исключением будет перевод денег в целях оплаты обязательных платежей, а также перевод денег на счет контролируемого лица и выдачи наличных средств контролируемому лицу в сумме не более 30 тыс. рублей в месяц. “Также будет невозможен прием незаконно находящихся в Российской Федерации несовершеннолетних иностранцев в школы и детские сады”, – подчеркнули в МВД.

  • Rusiya qanunsuz miqrantların əsas xidmətlərə çıxışını məhdudlaşdıracaq

    Rusiyada öz hüquqi statusunu tənzimləməyən əcnəbilər ölkədən çıxarılana qədər 11 sentyabrdan əsas xidmətlərin alınmasında məhdudiyyətlərlə üzləşəcəklər.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.

    “11 sentyabrdan Rusiyada qanuni qalmaq əsaslarını itirən əcnəbi vətəndaşlara ölkədən çıxarılana qədər onların bəzi hüquqlarının, o cümlədən gələcəkdə Rusiyaya giriş hüququnun məhdudlaşdırılması üzrə qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq ediləcək”, – nazirlikdən bildirilib.

    DİN qeyd edib ki, qayda pozan miqrantlar nəzarət olunan şəxslər reyestrinə daxil ediləcəklər. Bundan sonra onlara yaşayış (qalma) yerini daxili işlər orqanının icazəsi olmadan dəyişmək, nəzarətdə olan şəxsin yaşadığı və ya qaldığı regiondan kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq və qeydiyyatdan keçirmək qadağan ediləcək.

    Həmçinin əcnəbilər nikaha daxil ola, hüquqi şəxs yarada, fərdi sahibkar kimi qeydiyyatdan keçə, bank hesabı aça və bank əməliyyatları apara bilməyəcəklər. İstisna olaraq, ödənişlərin yerinə yetirilməsi məqsədilə pul köçürmələri, həmçinin nəzarət olunan şəxsin hesabına pul köçürülməsi və ayda 30 min rubldan çox olmayan nağd pul əldə edilməsinə icazə veriləcək.

    Daxili İşlər Nazirliyi həmçinin vurğulayıb ki, qanunsuz olaraq Rusiya Federasiyasında olan azyaşlı əcnəbilərin məktəblərə və uşaq bağçalarına qəbulu mümkün olmayacaq.

  • На каких улицах Баку 11 сентября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) улице Юсифа Сафарова, в направлении центра столицы;

    2) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    3) проспекте Гейдара Алиева (основная и второстепенная дороги), в направлении центра столицы;

    4) проспекте Зии Буниятова, от пересечения с улицей Музаффара Нариманова в направлении станции метро “20 Января”;

    5) бинагадинском шоссе, в направлении станции метро “Азадлыг проспекти”;

    6) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    7) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun “20 Yanvar” stansiyası istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    11. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    17. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.

  • 76 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

    Mingəçevirdə 76 yaşlı kişi ikinci mərtəbədən enərkən pilləkənlərdən yıxılaraq dünyasını dəyişib.

    Hadisə M.F.Axundov küçəsi 1 ünvanında yerləşən binada baş verib. İkinci mərtəbədən enərkən müvazinətini itirərək üzüaşağı yuvarlanan 1949-cu il təvəllüdlü Yusibov Tofiq Tofiq oğlu çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    //unikal.az

  • Bələdiyyə sədrinə “stop” qoyuldu: “Pul yoxdur, maaş almırıq…”

    Quba rayonunun Hacıhüseynli bələdiyyəsinin sədri Kamilov Azər Nurulla oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən bələdiyyənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə ümumilikdə 20908 manat 48 qəpik vergi borc yaranıb. İdarə tərəfindən bələdiyyə sədrinin ölkədən çıxışı məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilib.

    Azər Kamilov 2022-ci ildən Hacıhüseynli bələdiyyəsinin sədri vəzifəsində olduğunu deyib. 2010-cu ildə 8 kəndin bələdiyyəsi birləşib:

    “Bələdiyyənin hesabında pul yoxdur. Sonuncu dəfə ötən ilin iyun ayında əmək haqqı almışıq. Vergi ödənişləri zamanında toplanmadığı üçün borc yaranıb. Hamı vaxtında ödəniş etsə, hesaba 80.000 manat mədaxil olmalıdır”.

    O, borcu qəbul etmədiyi üçün iddianın təmin olunmamasını xahiş edib.

    Məhkəmənin qərarı ilə Azər Kamilovun vergi öhdəlikləri tam yerinə yetirildiyi müddətə kimi ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, Azər Kamilov rəhbəri olduğu bələdiyyə ərazisi Quba rayonun ən yaxşı turizm imkanları olan yerdir.