Month: September 2025

  • DİN-dən Bakıda ƏMƏLİYYAT – 60 kiloqram narkotik aşkarlanıb (Video)

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat nəticəsində 60 kiloqram narkotik aşkarlanıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakının Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • İrəvanda Ermənistanla ABŞ Zəngəzur dəhlizini müzakirə edəcəklər

    Ermənistan yaxın günlərdə ABŞ tərəfi ilə Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırır.

    Bu barədə “Azadlıq Radiosu”nun erməni xidmətinə Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan məlumat verib.

    Onun sözlərinə görə, ABŞ-dən olan nümayəndələrin İrəvana səfəri və aparılan müzakirələr barədə yaxın vaxtlarda məlumat veriləcək.

  • Чемпионат мира: еще один азербайджанский боксер вышел в четвертьфинал

    На чемпионате мира по боксу в Ливерпуле еще один азербайджанский спортсмен пробился в 1/4 финала.

    Как сообщает Median.Az со ссылкой на официальный сайт Федерации бокса Азербайджана, после Альфонсо Домингеса (90 кг) это право заработал Саидджамшид Джафаров (75 кг).

    В 1/8 финала он встретился с Дайго Сунагой из Японии. Боксер нашей сборной выиграл все три раунда и одержал победу со счетом 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27).

    В четвертьфинале Джафаров сразится с Павло Ильюшей из Украины.

    Отметим, что еще три азербайджанских боксёра выйдут на поединки 1/8 финала.

  • Dünya çempionatı: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazandı

    Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

    Median.Az Azərbaycan Boks Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.

    O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

    Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

    Qeyd edək ki, Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.

  • Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı – Video

    Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

    Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev: “Regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır”

    “Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

    “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • İlham Əliyev: “COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb”

    “Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı müraciətində, həmçinin xatırladıb ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış edib, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışıb.

    “Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Prezident: “Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik”

    “Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.

    “Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

  • Пенсии по Баку, Сумгайыту и Абшерону будут выплачены 10 сентября

    Пенсии в городах Баку и Сумгайыт, а также по Абшеронскому району будут выплачены 10 сентября.

    Об этом сообщили в Государственном фонде социальной защиты.

    Отмечается, что в тот же день будет произведена выплата и лицам, имеющим право на пенсию на льготных условиях.

  • Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların veriləcəyi tarix AÇIQLANDI

    Sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.