Month: September 2025

  • В Азербайджане продолжает дорожать мясо: в чем причины роста цен? (Видео)

    На мировом рынке мяса наблюдается глобальный кризис, в результате цены достигли нового рекордного уровня. Согласно данным Продовольственной и сельскохозяйственной организации ООН, в июле 2025 г. стоимость мяса в мире выросла на 1.2% по сравнению с июнем и на 6% по сравнению с тем же месяцем прошлого года. В нашей стране также фиксируется регулярное подорожание этого продукта.

    Согласно базе данных цен на сельхозпродукцию Азербайджана, в первую неделю сентября 2025 г. на рынке “8-й километр” (ныне торговый центр Riko) 1 кг говядины в среднем продавался за 16 манатов 75 гяпиков, а баранины – за 21 манат 75 гяпиков. Годом ранее на этом же рынке 1 кг говядины стоил 13 манатов 75 гяпиков, а баранины – 18 манатов 25 гяпиков.

    Согласно данным Госкомстата, в 2025 г. мясо и мясные продукты дорожали практически каждый месяц. За январь-июль текущего года цены выросли в среднем на 6.8% по сравнению с тем же периодом 2024 г.

    Экономист Халид Керимли отмечает, что причиной этого является высокий спрос.

    “Население способно справляться с ростом цен. Повышение покупательной способности формирует новое рыночное равновесие. Другая причина – сокращение количества содержащихся животных. Если в январе 2021 г. в стране насчитывалось 2.651 млн голов крупного рогатого скота, то в июле 2025-го этот показатель снизился на 7.4% – до 2.454 млн. За тот же период количество мелкого рогатого скота сократилось на 15% – с 8.09 млн до 6.887 голов”, – подчеркнул эксперт.

    Он добавил, что снижение импорта мяса в страну и рост его стоимости также оказывают влияние на цены.

    Подробнее – в сюжете Baku TV:

  • Ət niyə bahalaşdı? – Qəssablar yeni qiymətlərdən danışdılar (Video)

    Dünya ət bazarında qlobal böhran yaşanır. Bu səbəbdən qiymətlər yeni rekord həddə çatıb. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir.

    Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində “8-ci kilometr” bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə 21 manat 75 qəpiyə satılıb.

    Bir il əvvəl bu bazarda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

    İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətlərin artmasına baxmayaraq, bahalaşmaya səbəb tələbatın azalmamasıdır:

    “Artan qiymətləri əhali qarşılaya bilir. Alıcılıq qabiliyyətinin yüksəlməsi yeni bazar tarazlıqları formalaşdırır. Digər səbəb isə saxlanılan heyvanların sayındakı azalmadır. 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyulunda bu göstərici 7,4 faiz azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib”.

    Ekspert deyir ki, bundan başqa ölkəyə ət idxalının azalması və dəyərinin yüksəlməsi də qiymətlərə təsirsiz ötüşmür.

    Ətraflı Baku TV-nin süjetində:

  • В Азербайджане ассистентка хирурга танцевала во время операции? – Видео

    В социальных сетях распространились скандальные кадры из операционной.

    Как сообщает Median.Az со ссылкой на ATV, утверждается, что ассистентка пластического хирурга Эльнура Мехрали якобы танцевала во время проведения операции.

    Комментируя данный инцидент, помощник врача заявил, что специалист в настоящее время находится в отпуске за границей в связи с получением образования и указанное видео не имеет к ним отношения.

    Депутат Мушфиг Мамедли отметил, что для предотвращения подобных случаев в медицинской сфере необходимо создать систему аккредитации, а все врачи должны работать исключительно на основании действующей лицензии.

    Подробнее – в сюжете:

  • Plastik cərrah Elnur Mehrəlinin assistenti əməliyyat zamanı rəqs edib? – İDDİA (Video)

    Əməliyyat otağından qalmaqallı görüntülər yayılıb.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, plastik cərrah Elnur Mehrəlinin assistentinin əməliyyat zamanı rəqs etdiyi iddia olunur.

    Məsələ ilə bağlı onun köməkçisi bildirib ki, Elnur bəy xaricdə təhsillə bağlı məzuniyyətdədir və o videonun bizimlə heç bir əlaqəsi yoxdur.

    Millət vəkili Müşfiq Məmmədli məsələ ilə bağlı bildirib ki, bu kimi xoşagəlməz halların qarşısını almaq üçün tibbi sahədə akkreditasiya sistemi yaradılmalı və bütün həkimlər yalnız lisenziya əsasında fəaliyyət göstərməlidirlər.

    Ətraflı süjetdə:

  • В Абшеронском районе мужчина умер после инъекции: врача обвиняют в халатности – Видео

    В Абшеронской центральной районной больнице скончался мужчина, у которого развился анафилактический шок после введения антибиотика.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, 51-летний житель Гёйчайского района Эльдениз Рагимов вместе с супругой обратился в указанное медучреждение из-за проблем со здоровьем. После проведенных обследований ему назначили антибиотик.

    Однако, согласно утверждениям, пробная доза препарата вызвала у пациента шок. Супруга покойного, Нурлана Рагимова, заявляет, что предупреждала врача Амину Исмиханову об аллергии мужа на антибиотики.

    В Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что по данному факту будет проведено расследование.

    Подробнее – в сюжете:

  • Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı İDDİASI – Video

    Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Göyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib.

    İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

    Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

    İddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, məsələ araşdırılacaq.

    Ətraflı süjetdə:

  • Bakı metrosunda ödəniş yeni metodla mümkün ola bilər

    “Bakı Metropolitenində üztanıma texnologiyası əsasında gedişhaqqı ödəniş sisteminin tətbiqi müzakirə edilir. Artıq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə birlikdə üz tanıma texnologiyasından istifadəni nəzərdə tutan ödəniş sisteminin inteqrasiyasına da start verilib”.

    Bunu “AzInTelecom”un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev deyib.

    O bildirib ki, yerüstü nəqliyyatda, xüsusilə avtobuslarda belə sistemin işləməsi daha çətindir:

    “Hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər nəzərə alınmalıdır. Buna görə də əvvəlcə sınaqlar aparılacaq, daha sonra yekun qərar veriləcək”.
    //oxu.az

  • Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb

    Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar Bakıya çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

    TBNM üzrə Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

    Qeyd edək ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

  • Из Гянджи открылся первый автобусный рейс в Кельбаджар

    Из города Гянджа начал курсировать первый регулярный автобусный рейс в Кельбаджарский район.

    Как сообщат Report, первый автобус отправился с Гянджинского международного автовокзала и будет следовать по маршруту Геранбой – Нафталан – Суговушан – Агдере до Кельбаджара.

    Отметим, что автобус по этому маршруту будет ежедневно отправляться из Гянджи в Кельбаджар в 08:30.

  • Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb

    Gəncə şəhərindən Kəlbəcərə ilk avtobus reysi açılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.

    Bu istiqamətdə ilk avtobus Gəncə Beynəlxalq Avtovağzalından yola düşüb.

    Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edərək Kəlbəcərə çatacaq.

    Qeyd edək ki, bu reys üzrə avtobus hər gün 08:30-da Gəncədən Kəlbəcərə doğru hərəkət edəcək.