Month: September 2025

  • Azərbaycan XİN Andorranı Milli Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Andorranı Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” hesabında yazılıb.

    “Andorra hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edirik!”, – deyə paylaşımda qeyd olunub.

  • Azərbaycanda qatarlarla 11 minə yaxın xarici turist səfər edib

    Yay aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə 10 min 955 turist səfər edib.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Məlumata əsasən, ADY ilə bu yay səfər etmiş xarici sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çox olub.

  • В Хачмазе расследуют незаконное уничтожение многолетних деревьев

    Региональное управление экологии и природных ресурсов Хачмаза инициировало расследование по факту уничтожения многолетних деревьев на одной из центральных улиц города.

    По информации северного бюро Report, пять ценных деревьев – сосны и тополя, посаженные много лет назад перед многоквартирным домом по адресу улица Зарифы Алиевой, 66, были с корнем выкорчеваны минувшей ночью.

    Предварительное расследование указывает на возможную связь между уничтожением деревьев и ремонтными работами, проводимыми в коммерческом объекте на первом этаже здания.

    В региональном управлении сообщили Report, что расследование было начато незамедлительно. Специалисты уже провели осмотр территории. Окончательное решение будет принято после завершения всестороннего расследования.

  • Xaçmazda şam və qovaq ağacları məhv edilib, araşdırma aparılır

    Xaçmaz şəhərində çoxillik ağacların məhv edilməsi ilə əlaqədar araşdırmaya başlanılıb.

    Xaçmaz şəhəri Zərifə Əliyeva küçəsi 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının qarşısında illər öncə əkilmiş beş ədəd şam və qovaq ağacı ötən gün gecə saatlarında kökündən çıxarılaraq məhv edilib.

    Belə ki, sözügedən binanın birinci mərtəbəsində sahibkara məxsus obyektdə təmir işləri aparılır. Ağacların də bu işlərlə əlaqədar kökündən çıxarıldığı ehtimal olunur.

    Hadisə ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən “Report”un yerli bürosuna bildirilib ki, Xaçmaz şəhərində ağacların çıxarılması barəsində məlumat daxil olduqdan sonra əraziyə baxış keçirilib. Qeyd olunub ki, araşdırmalar başa çatdırıldıqdan sonra yekun qərar veriləcək.

  • МИД Азербайджана поздравил Северную Македонию с Национальным днем

    Министерство иностранных дел Азербайджана поздравило Северную Македонию с Национальным днем.

    Об этом внешнеполитическое ведомство сообщило на своей странице в соцсети “Х”.

    “Поздравляем правительство и народ Северной Македонии с Национальным днем!”, – отмечается в публикации.

  • Azərbaycan XİN Şimali Makedoniyanı Milli Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” hesabında yazılıb.

    “Şimali Makedoniya hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edirik!”, – deyə paylaşımda qeyd olunub.

  • В Азербайджане за 8 месяцев более 16 тыс. человек получили статус инвалидности

    Государственное агентство медико-социальной экспертизы и реабилитации при Министерстве труда и социальной защиты населения в январе–августе 2025 года назначило инвалидность 36,2 тыс. граждан.

    Как сообщает Median.Az со ссылкой на ведомство, 16,2 тыс. из них получили статус впервые, 20 тыс. – повторно.

    Оценка инвалидности проводится через электронную систему на основе направлений, внесенных медицинскими учреждениями. После подтверждения статуса социальные выплаты назначаются автоматически в проактивном порядке.

  • Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olunub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

    Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

  • Потребителям в Азербайджане в рамках возмещения части НДС возвращено 124,6 млн манатов

    Потребителям в Азербайджане в январе-августе этого года возвращено 124 млн 658,4 тыс. манатов от налога на добавленную стоимость (НДС), уплаченного за приобретенные товары и услуги.

    Об этом Median.Az сообщает со ссылкой на Государственную налоговую службу.

    Возврат части НДС выплачивался через уполномоченные банки за товары, приобретенные в сфере розничной торговли и общественного питания (за исключением нефтепродуктов, автомобилей, алкогольной продукции и табачных изделий), услуги в сфере театральных представлений, кинопоказов, посещения музеев и концертов симфонических оркестров, а также за медицинские услуги, предоставленные физическими лицами и учреждениями частной медицины.

    Кроме того, за 8 месяцев иностранным гражданам в рамках системы tax free возмещено 6 млн 944,9 тыс. манатов НДС за покупки, сделанные в Азербайджане для личного пользования.

  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-avqust aylarında ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 124 milyon 658,4 min manat olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, ƏDV ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilib.

    8 ayda xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 6 milyon 944,9 min manat təşkil edib.