Month: September 2025

  • Gəncədə sərxoş kişi mağazaya silahlı baqsın etdi

    Gəncədə sərxoş şəxs ərzaq mağazasına silahlı basqın edib.

    Oxu.az-ın məlumatına görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev (soyadı şərtidir) sərxoş vəziyyətdə mağazaya gələrək, oradan spirtli içki götürüb və kassaya yaxınlaşıb. Həmin vaxt kassada satıcı olmayıb. Anar kassanın açıq olduğunu görüb, oradan 2 200 manatı götürərək qaçıb.

    Bundan xəbər tutan satıcılar onun arxasınca qaçarkən Anar cibindən bıçağı çıxararaq onlara hücum edib. Hadisə yerinə gələn mağaza müdiri satıcılara yerdən daş götürərək Anara hücum etmələrini tapşırıb. Satıcılardan biri daşla Anarı vurub. Anar zərbənin təsirindən yıxılıb və mağaza müdirindən üzr istəyərək oğurladığı pulları ona verib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və Anar Ağayev saxlanılıb.

    Faktla bağlı cinayət işi bağlanıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağayev 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Sabahdan Bakının bir küçəsində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

    Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Məlumata əsasən, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.

    Təmir işləri ilə əlaqədar göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

    AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

  • Azad edilmiş ərazilərdə daha 198 mina aşkarlandı

    Azad olunan ərazilərdə sentyabrın 1-dən 7-nə qədər 33 tank əleyhinə mina, 165 piyada əleyhinə mina, 726 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Bildirilib ki, 1304.6 hektar ərazi minalardan təmizlənib.

  • Zaqatala şəhərində bir nəfər körpüdən yıxılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə Zaqatala şəhərində bir nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar hadisə yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sözügedən şəxs xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Fərmana əsasən, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri” təsdiq edilib.

  • Киберпреступники рассылают гражданам поддельные сообщения от имени “Азерпочт”

    По наблюдениям Службы электронной безопасности (СЭБ), действующей при Министерстве цифрового развития и транспорта, в последние дни киберпреступники осуществляют целенаправленную мошенническую кампанию против граждан, злоупотребляя именем и логотипом ООО “Азерпочт”.

    Мошенники предоставляют гражданам ложную информацию об оплате определенной суммы посредством SMS, звонков или поддельных электронных писем. Для этого они перенаправляют их на подозрительные и поддельные ссылки. По этим ссылкам отображаются фиктивные статусы заказа, такие как “ожидается оплата”, “поступают наличные”, “наличные сохранены” и “доставка подтверждена”. Затем пользователю предлагается кнопка “Получить оплату”, при нажатии которой запрашивается номер карты, срок действия карты, код CVV/CVC, а также мобильный номер. После ввода данных либо напрямую снимаются средства с банковского счета гражданина, либо получается доступ к мобильному банковскому приложению, и счет берется под полный контроль.

    Такие сообщения обычно отправляются с иностранных номеров. Содержание поддельных сообщений в большинстве случаев составлено неправильно, слова не имеют логической связи друг с другом. Граждане также должны обязательно проверять правильность URL ссылки, представленной в сообщении.

    Служба электронной безопасности и ООО “Азерпочт” призывают граждан не переходить по ссылкам в сообщениях, отправленных из неизвестных источников, и не передавать данные банковских карт и другую личную информацию через подозрительные ссылки. В то же время рекомендуется проверять достоверность полученных уведомлений через официальные источники – Центр обработки вызовов 169 “Азерпочт” и горячую линию СЭБ – 1654, а также обращаясь к официальным аккаунтам обеих организаций в социальных сетях.

  • Kiberdələduzlar “Azərpoçt” adından vətəndaşlara saxta mesajlar göndərirlər

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər kiberdələduzlar “Azərpoçt” MMC-nin adı və loqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədli fırıldaqçılıq kampaniyası həyata keçirirlər.

    Fırıldaqçılar SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdə vəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər. Bu məqsədlə onları şübhəli və saxta keçidlərə yönləndirirlər. Sözügedən keçidlərdə sifarişin guya “ödəmə gözlənilir”, “nağd pul gəlir”, “nağd pul qorunur” və “çatdırılma təsdiqlənir” kimi uydurma statusları göstərilir. Daha sonra istifadəçiyə “Ödənişi almaq” düyməsi təqdim olunur. Düyməyə klik edildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlar daxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsait çıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tam nəzarətə götürülür.

    Məlumat üçün bildiririk ki, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin URL-nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

    Elektron Təhlükəsizlik Xidməti və “Azərpoçt” MMC vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “Azərpoçt”un “169” Çağrı Mərkəzi və ETX-nin qaynar xətti – “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

  • Громкое дело о коррупции: экс-глава Приморского бульвара не признает вину

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное заседание по уголовному делу в отношении экс-председателя правления “Управления Приморского бульвара” Ильгара Мустафаева, его помощника Рашада Бадалова, директора ООО GİRASOL Фуада Бабаева и других обвиняемых.

    Как передает Oxu.Az, на процессе под председательством судьи Лейлы Аскеровой-Мамедовой государственный обвинитель продолжил зачитывать обвинительный акт подсудимым.

    Судья напомнила бывшему председателю, что в случае доказательства совершенных им преступлений, ему грозит до 14 лет лишения свободы.

    Обвиняемые И.Мустафаев, Р.Бадалов и Ф.Бабаев не признали себя виновными по предъявленным им обвинениям по 14 эпизодам.

    Суд первоначально предоставил слово Ильгару Мустафаеву, однако тот попросил время для подготовки, после чего возможность выступить была предоставлена другому обвиняемому – Рашаду Бадалову. Однако и он попросил у судьи отсрочку.

    Следующее заседание суда назначено на 29 сентября.

    Напомним, расследование было начато на основании материалов, поступивших из Счетной палаты Азербайджана в Главное управление по борьбе с коррупцией при генеральном прокуроре.

    Следствие установило, что Ильгар Мустафаев, занимая должность председателя правления “Управления Приморского бульвара”, вступил в преступный сговор со своим помощником Рашадом Бадаловым, директором GIRASOL Фуадом Бабаевым и другими лицами. По данным следствия, они вносили заведомо ложные сведения в официальные документы и присвоили более 12 млн манатов, полученных от аренды нежилых помещений, деятельности коммерческих объектов, организации прогулок на судах и других видов деятельности на территории бульвара.

    Кроме того, установлены обоснованные подозрения в том, что Мустафаев уклонился от уплаты налогов на сумму более 1.8 млн манатов и легализовал свыше 10 млн манатов преступных доходов, приобретая имущество на свое имя и имя родственников.

    На основании собранных доказательств Мустафаеву предъявлены обвинения по статьям 179.4 (присвоение в особо крупном размере), 193-1.3.2 (легализация имущества, приобретённого преступным путём, в крупном размере), 213.3 (уклонение от уплаты налогов в особо крупном размере), 308.2 (злоупотребление должностными полномочиями, повлёкшее тяжкие последствия) и 313 (должностной подлог) Уголовного кодекса Азербайджана. Бадалову и Бабаеву инкриминируются статьи 179.4, 308.2 и 313.

    По решению суда Мустафаев взят под стражу, в отношении других фигурантов избрана мера пресечения в виде полицейского надзора. Для возмещения причинённого ущерба наложен арест на имущество общей стоимостью более 11 млн манатов.

    Расследование по делу продолжается, материалы в отношении других лиц выделены в отдельное производство.

  • İlqar Mustafayev məhkəmədə özünü təqsirli bilmədi

    “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəməsinin növbəti baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktının davamını elan edib.

    Hakim sabiq sədrin törətdiyi cinayət əməllərinin sübuta yetiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini ona xatırladıb.

    Təqsirləndirilənlər İlqar Mustafayev, Rəşad Bədəlov və Fuad Babayevin hər biri ayrı-ayrılıqda özlərini 14 epizodlu ittihama görə təqsirli bilməyiblər.

    Məhkəmə ilkin olaraq sərbəst ifadə üçün İlqar Mustafayevə söz versə də, o, çıxışı üçün vaxt istədiyindən sərbəst ifadə imkanı digər təqsirləndirilən Rəşad Bədəlova verilib.

    Rəşad Bədəlovda öz növbəsində buna hakimdən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

    Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

    Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
    //oxu.az

  • Prezidentdən İslam İnkişaf Bankı Qrupunun Bakı toplantısı ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

    Təşkilat Komitəsi sədrinin müavini

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Təşkilat Komitəsinin üzvləri:

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri

    Adil Kərimli – Azərbaycan Respublikasının mədəniyyət naziri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

    Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.