Month: Sentyabr 2025

  • Arzu Əliyeva Tiencin şəhərindən paylaşım edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Tiencin şəhərindən paylaşım edib.

    Arzu Əliyeva Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə fotosunu paylaşıb.

    Xatırladaq ki, Tiencində hazırda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilir.

    Arzu Əliyevanın paylaşımını təqdim edirik:

  • AYNA: “Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur”

    İctimai nəqliyyatda gediş haqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    “Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkədə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə “Bakı metropoliteni” QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib”, – deyə məlumatda vurğulanıb.

  • İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxış edib

    Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

  • Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs HƏBS EDİLDİ

    Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

    Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.

    Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlbetmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

    İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

  • Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub – FOTO

    Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

    Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

  • Əməkdar müəllimin ölkədən çıxışına “STOP” qoyuldu

    Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.

    İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.

    Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Nehrəmdə enerji verilişində dörd gün fasilə yaranacaq

    Naxçıvanın Nehrəm qəsəbəsində enerji verilişində dörd gün fasilə yaranacaq.

    35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-dək Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

    Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Qeyd edək ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

    Gəncədə III MDB Oyunlarının rəsmi gerisayım mərasimi keçirilib.

    Tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

    Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə, həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

    Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunublar.

    Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə gerisayım saatlarının işə salınması olub.

    III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

  • Tovuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova, 2017-ci il təvəllüdlü Z.İsmayılov və 2023-cü il təvəllüdlü C.İsmayılovdur.

    Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.

    Faktla bağlı araşdırma aparılır.