Month: Sentyabr 2025

  • Azərbaycan Prezidenti slovakiyalı həmkarını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim.

    Bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, bu potensialdan tam bəhrələnərək və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail ola bilərik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək

    Sabah Biləsuvar rayonunda 900-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, rayonun Bağbanlar kəndində yerləşən qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar olaraq sentyabrın 2-də saat 10:00-dan başlayaraq işlər başa çatana qədər həmin yaşayış məntəqəsində 854 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Prezident təqaüdünün məbləği sentyabrın 1-dən ARTIRILDI

    Bu gündən Prezident təqaüdünün məbləği artırılıb.

    Bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

    Qeyd edək ki, öncə bu məbləğ 270 manat təşkil edirdi.

  • Ərdoğanla Paşinyan arasında baş tutan görüşün bəzi detalları məlum olub (Yenilənib)

    Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra qeyd edib ki, Ankara ilə İrəvan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların dəyərləndirilməsi aparılır.

    Məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.

    Məlumatda qeyd olunur ki, R.T.Ərdoğanla N.Paşinyan arasında baş tutan görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə edilib.

    Türkiyə prezident rəsmi Ankaranın bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.

    * * * * *

    Sentyabrın 1-də Çinin Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

    Median.Az bu barədə “Sputnik Ermənistan”a istinadən məlumat verib.

    İki ölkə rəhbərinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində baş tutub.

    Görüşün təfərrüatı hələlik açıqlanmayıb.

  • Tələbələrə ŞAD XƏBƏR – Bu gündən təqaüdlərin məbləği ARTIRILDI

    Bu gündən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

    Bununla bağlı iyulun 24-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

    doktorantura səviyyəsi üzrə:

    – elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

    – fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

    ali təhsil müəssisələrində:

    magistratura səviyyəsi üzrə:

    – akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 240 manat;

    – akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 180 manat;

    – akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

    bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

    akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

    akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

    akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 110 (yüz on) manat;

    orta ixtisas təhsili müəssisələrində:

    akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 110 (yüz on) manat;

    akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 90 (doxsan) manat;

    akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

    peşə təhsili müəssisələrində:

    akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

    akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

    akademik göstəriciləri “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

  • Yanğınsöndürən balonunda ölkəyə narkotik vasitə keçirmək istədilər

    İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

  • Tiencində İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub (Yenilənib)

    Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.

    Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub.

    Bir neçə gün əvvəl Qars-Iğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.

    Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.

    Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.

    Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

    * * * * *

    Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

    * * * * *

    Bu dəqiqələrdə Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilir.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Balakəndə polis dağlarda əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu – Video

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.

    Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Güclü geomaqnit qasırğası Yerə yaxınlaşır

    Sentyabrın 2-nə keçən gecə ötən günlərdə baş verən Günəş partlayışı zamanı atılan plazma buludunun planetimizə çatacağı gözlənilir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

    Proqnozlara görə, plazma buludu Yerdə güclü geomaqnit qasırğasına səbəb olacaq.

    Mütəxəssislər qeyd edirlər ki, budəfəki geomaqnit fırtınası güclü kimi təsnif edilsə də, insanlar və texnoloji sistemlər üçün təhlükə yaratmır.

  • Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

    Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur.

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium bu gün başa çatıb.

    Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.