Month: September 2025

  • Cəlilabadda iribuynuzlu heyvan quduzluqdan tələf oldu

    Cəlilabad rayonunda iribuynuzlu heyvan quduzluqdan tələf olub.

    Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

    Kənd sakini, Mirhüseyn Hüseynov bir neçə gün öncə təsərrüfatındakı iribuynuzlu heyvanlardan birinin yem yemədiyini görərək baytar həkiminə müraciət edib. Əvvəlcə heyvanın zəhərləndiyi ehtimal edilsə də, aparılan müayinə zamanı onun quduzluq xəstəliyinə yoluxduğu məlum olub.

    Bu müddət ərzində biləmədən heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına müraciət edərək quduzluq əleyhinə vaksin vurulublar.

    Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
    //oxu.az

  • 51 yaşlı kişi qızdırmadan şoka düşüb öldü

    Xırdalan sakini qızdırmadan ölüb.

    Sentyabrın 4-ü saat 17 radələrində Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Sentyabrın 5-i saat 01 radələrində ona həkim tərəfindən təyin olunmuş iynə vurulub.

    Lakin E.Rəhimovun qızdırması düşməyib və o koma vəziyyətinə girərək vəfat edib.

    Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

    ///Lent.az

  • Ermənistanın ABŞ-dəki səfirinin qardaşına qarşı ittiham irəli sürüldü

    Ermənistanın ABŞ-dəki səfirinin qardaşı Mkrtç Mkrtçyana qarşı ittiham irəli sürülüb.

    Median.Az -ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Mkrtçyan sentyabrın 3-də Parakarda saxlanılıb.

    İstintaqın məlumatına görə, polis əməkdaşları onun olduğu avtomobili yoxlamaq üçün dayandırıblar, bu zaman sərnişinlərdən biri avtomobildən düşüb və yola tapançanı və tozlu maddə olan bağlamanı ataraq qaçmağa cəhd edib. Avtomobilin sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.

    Ermənistan İstintaq Komitəsi bu faktla bağlı odlu silahın, onların əsas hissələrinin, döyüş sursatlarının və digər materialların və ya qurğuların qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açıldığını bəyan edib.

    Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, saxlanılan şəxsin qardaşı Narek Mkrtçyan avqustun sonunda ABŞ-yə səfir təyin edilib.

  • Rusiyada məşhur “Yaşkino” brendinin sahiblərinin əmlakı həbs olundu

    Rusiyada məhkəmə icraçıları məşhur “KDV Qrupu”nun sahibləri Nikolay və Denis Ştenqelov qardaşlarının, həmçinin onların “Kiriyeşki” və “Yashkino” brendlərinə sahib olan “Konditerus Kom” SC şirkətinin əmlakının həbsinə başlayıblar.

    Median.Az bu barədə “RIA Novosti”yə istinadla xəbər verir.

    Bildirilib ki, Moskvanın Tver Rayon Məhkəməsi tərəfindən 271 icra vərəqəsi verilib və bunlar iddiaçıya təqdim edilib.

    Qeyd edək ki, avqustun sonunda Rusiya Baş Prokurorluğu Nikolay və Denis Ştenqelovun “ekstremist birlik” kimi tanınması üçün məhkəməyə inzibati iddia qaldırıb. Qərarda Ştengelovların gəlirlərinin, o cümlədən “KDV” şirkətlər qrupunun (“Konditerus Kom” SC) dövlət xeyrinə müsadirə edilməsi tələb olunub.

    Baş Prokurorluğun iddiasına əsasən, hazırda xaricdə yaşayan iş adamları Rusiyadakı biznesdən əldə etdikləri gəlirləri Ukrayna ordusunun və terrorçu təşkilatların maliyyələşdirilməsinə, həmçinin “düşmən ölkələrin” iqtisadiyyatının dəstəklənməsinə yönəldirlər.

  • Beyləqanda kafedə iki nəfər g*llələndi

    Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, odlu silahdan açılan atəş nəticəsində iki nəfər kənd sakini xəsarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.

  • Ötən gün 65 cinayətin açılması təmin olunub

    Sentyabrın 5-də ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • В Казахстане начали расследование против экс-секретаря Совбеза

    В отношении экс-председателя Агентства по борьбе с экономической и коррупционной преступностью Казахстана Кайрата Кожамжарова начато досудебное расследование.

    Как передает Median.Az со ссылкой на tengrinews.kz, об этом заявили в Генеральной прокуратуре.

    Как говорится в распространнном сообщении, “расследование начато по фактам превышения должностных полномочий, а также легализации денежных средств, полученных преступным путём, в разные периоды его пребывания на руководящих должностях”.

    “По всем уголовным делам образованы следственно-оперативные группы под руководством спецпрокуроров. Иная информация в соответствии со статьей 201 Уголовно-процессуального кодекса разглашению не подлежит”, – заявили в надзорном ведомстве.

    Кайрат Кожамжаров – бывший председатель Национального бюро по противодействию коррупции, ранее был председатель Агентства по делам государственной службы и противодействию коррупции Казахстана, генерал-майор финансовой полиции. В разное время был акимом Акмолинской области, секретарем Совета безопасности Казахстана.

    В начале июля стало известно о задержании бывшего главы Национального бюро по противодействию коррупции Талгата Татубаева. Его признали подозреваемым в пытках. Позже подозреваемой в пытках стала Олеся Кексель, ранее занимавшая высокие должности в антикоррупционных и надзорных органах. При этом связано ли дело Талгата Татубаева с расследованием в отношении Олеси Кексель – неизвестно. При этом и Татубаев, и Кексель ранее работали в команде Кожамжарова. Кроме этого, накануне в розыск был объявлен бывший транспортный прокурор Казахстана Максат Дуйсенов, назначенный на эту должность приказом Кайрата Кожамжарова, занимавшего на тот момент должность генпрокурора.

  • Qazaxıstanda Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı araşdırma başlanıb

    Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarova qarşı məhkəməyə qədərki araşdırma başlanıb.

    Bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

    Məlumatda bildirilib ki, onun rəhbər vəzifələrdə çalışdığı müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə araşdırmalara başlanılıb.

    Qeyd edək ki, Kojamjarov Qazaxıstan Təhlükəsizlik Şurasının katibi vəzifəsində də çalışıb.

  • Объявлены результаты вступительных экзаменов в музыкальные и художественные школы и центры

    Объявлены результаты этапа выбора специальности и школы вступительных экзаменов для учащихся I и VIII классов в музыкальные и художественные школы и центры, функционирующих при Министерстве культуры, на 2025/2026 учебный год.

    Об этом сообщили в ведомстве.

    Было отмечено, что кандидаты могут ознакомиться с результатами через портал exam.culture.az.

    В течение пяти дней с даты объявления результатов кандидаты должны загрузить в систему требуемые документы через личный кабинет MyCulture для подтверждения зачисления. ️

  • Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlandı

    2025/2026-cı tədris ili üzrə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

    Nəticələr elan olunduğu tarixdən etibarən beş gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər. ️