Month: September 2025

  • АПБА: Причиной массового отравления в Астаре стала домашняя еда

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) провело расследование для установления причин массового отравления в Астаринском районе.

    Об этом сообщает Median.Az со ссылкой на АПБА.

    В результате расследования установлено, что распространенная информация об отравлении арбузом не соответствует действительности. Выявлено, что жители Астаринского района употребили приготовленную за день до этого домашнюю еду во время церемонии торжества, отмечаемого в доме Самира Гейдарлы в селе Мотлаятаг Астаринского района.

    Образцы еды были взяты для лабораторного анализа.

    Отметим, что в результате инцидента отравились 15 человек, двое из которых находятся в тяжелом состоянии.

  • Astarada toyda baş verən kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI

    Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Samir Firdovsi oğlu Heydərliyə məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub:

    “Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.

    Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir”.

    Qeyd edək ki, baş tutan toy mərasimindən sonra sentyabrın 5-də səkkizi uşaq olmaqla, ümumilikdə 15 nəfər (doqquzu qadın, altısı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

  • DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib – Onlarla saxlanılan var

    DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.

    Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.

    Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

  • Самолёт Пашиняна пролетел над Азербайджаном – ФОТО

    Самолет премьер-министра Армении Никола Пашиняна вылетел с зарубежным визитом через воздушное пространство Азербайджана 30 августа этого года и вернулся в Армению в ночь на 6 сентября.

    Об этом пресс-секретарь премьер-министра Армении Назели Багдасарян сообщила в Facebook.

    “После установления мира в Вашингтоне 8 августа этого года соответствующие органы Армении запросили у Азербайджана разрешение на пролет самолета премьер-министра РА и получили положительный ответ. Мы рассматриваем этот факт как практический шаг на пути к разблокированию коммуникаций в регионе, продвижению повестки мира и созданию атмосферы взаимного доверия”, – написала она.

  • Paşinyanın təyyarəsi Azərbaycan üzərindən uçub – FOTO

    Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi bu il avqustun 30-da xarici səfərə Azərbaycan hava məkanı üzərindən uçub və sentyabrın 6-sı gecə Ermənistana qayıdıb.

    Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabından yazıb.

    Onun sözlərinə görə, bunun üçün Bakıya müvafiq sorğu göndərilib.

    “Bu il avqustun 8-də Vaşinqtonda sülh bərqərar olunduqdan sonra Ermənistanın müvafiq qurumları Azərbaycandan Ermənistanın baş nazirinin təyyarəsinin uçuşu üçün icazə istəyib və müsbət cavab alıb. Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk”, – deyə o yazıb.

  • Bakıda DƏHŞƏT! – Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü – 3 nəfər ÖLDÜ – Video (Yenilənib)

    Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:

    “Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb”.

    Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

    * * * * *

    Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

    FHN-dən verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    * * * * *

    Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    İdarədən verilən məlumatda bildirilir ki, sentyabrın 6-da saat 09:30-da paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

    Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

    Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.

    1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

    Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd olunub ki, səhər saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.

    Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

  • Оверчук: Зангезурский коридор наладит связь между Арменией и Россией

    Москва обсуждала с Ереваном вопрос транспортного маршрута (проект “Маршрут Трампа” (TRIPP), Зангезурский коридор – ред.) на юге республики, в Москве считают, что он поспособствует связанности России и Армении.

    Как передает Median.Az, об этом заявил ТАСС вице-премьер РФ Алексей Оверчук в интервью на полях Восточного экономического форума.

    “Конечно, мы обсуждали этот вопрос и во время моей поездки в Ереван, и во время встреч с азербайджанскими коллегами в Астрахани. У нас есть понимание, как это будет”, – сказал вице-премьер, отвечая на вопрос о согласованном ранее в США транспортном маршруте.

    “Строительство такой дороги будет способствовать формированию общего транспортного каркаса Евразии. И если такая дорога появится, то будет, в том числе способствовать связанности Армении с Россией. По нашим оценкам, это, пожалуй, будет основная дорога для перевозки грузов между нашими странами”, – подчеркнул Оверчук.

  • Overçuk: “Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq”

    “Moskva İrəvanla Ermənistanın cənubundakı nəqliyyat marşrutu (“Tramp marşrutu” layihəsi (TRIPP), Zəngəzur dəhlizi – red.) məsələsini müzakirə edib, Moskva hesab edir ki, marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq”.

    Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.

    “Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var”, – deyə o vurğulayıb.

    “Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək. Əgər belə bir yol yaranarsa, bu, digər şeylərlə yanaşı, Ermənistanın Rusiya ilə bağlantısına da imkan yaradacaq. Bizim hesablamalarımıza görə, bu, çox güman ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq”, – deyə Overçuk əlavə edib.

  • На территории Азербайджана прошли ливни – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 12:00 6 сентября на территории Азербайджана прошли ливни.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Дашкесане составило 10 мм, Гедабее – 6 мм, Гёйгёле – 5 мм, Тертере – 3 мм, Барде и Евлахе – 2 мм, Кельбаджаре, Лачыне, Губадлы, Гусаре, Губе, Халтане, Шабране, Гяндже, Загатале, Балакене, Товузе, Шамкире, Огузе, Гахе, Нафталане, Гёйчае, а также в Баку и на Абшеронском полуострове – 1 мм.

  • Bəzi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

    Azərbaycan ərazisində sentyabrın 6-da saat 12:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.

    Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.