Month: September 2025

  • Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

    Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

    Median.Az xəbər verir ki, diplomatik mənbələrdən APA-ya məlum olub ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.

    Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.

    Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

    Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.

    Çünki Çin Şanxay ruhuna uyğun olaraq təşkilatın genişləndirilməsi üçün addımlar atır. Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla həm də Çinə qarşı hörmətsizlik nümayiş etdiriblər.

  • Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürüblər

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Markovo yaşayış məntəqəsini nəzarətə götürüblər.

  • TƏBİB Formula-1 çərçivəsində tibbi xidmət təşkil edəcək

    TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.

    Bu barədə TƏBİB məlumat yayıb.

    18-21 sentyabr 2025-ci il tarixlərində Formula-1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.

    Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

    Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.

    Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.

    Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

  • Azərbaycana qarşı dayanmadan kiberhücumlar olur

    Azərbaycana qarşı kiber hücumlar dayanmadan, daimi olur, biz bu kiberhücumları hər gün müşahidə edirik.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

    T.Məmmədov deyib ki, bunların həcminin artıb azalması müəyyən dövrlərdə müşahidə olunur: “Amma normalda, DDoS hücumlarını biz gündəlik müşahidə edirik. Eyni zamanda, müəyyən fişinq hücumları olsun, elektron poçt üzərindən həyata keçirilən və ya bu günlərdə daha çox danışılan teleqram üzərindən vətəndaşların yoluxdurulması və ya məlumatların ələ keçilməsi üzrə həyata keçilmiş kiber əməliyyatları misal göstərə bilərik. Bunların hər biri tərəfimizdən daima monitorinq olunur və daha əhəmiyyətli kiber hücumlar müşahidə olunanda onlara xüsusi qruplar ayırılaraq onların araşdırılması, tətqiqi həyata keçirilir və təbii ki, əldə edilmiş nəticələrdə müəyyən qurumlarla bölüşdürülməklə bu kiber hücumu təşkil edən tərəflərin aşkarlanması və sair istiqamətində fəaliyyət həyata keçirilir”.

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Sentyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəc isti olacaq.

  • Президент Ильхам Алиев выделил 2 млн манатов на строительство дорог

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение “О мерах, связанных с капитальным ремонтом автомобильной дороги Гёйгёль – Топалгасанли – Шахрияр (8 км) – Зурнабад – Гянджа – Молладжалилли Гёйгёльского района”.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. В целях капитального ремонта автомобильной дороги Гёйгёль – Топалгасанли – Шахрияр (8 км) – Зурнабад – Гянджа – Молладжалилли, соединяющей 3 населенных пункта с населением две тысячи человек, из суммы, указанной в подпункте 1.19.21 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2025 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 10 января 2025 года номер 445, выделить Государственному агентству автомобильных дорог Азербайджана первоначально 2.0 млн (два) манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Министерству экономики Азербайджанской Республики предусмотреть в разделе расходов на государственные капиталовложения в проекте государственного бюджета Азербайджанской Республики на 2026 год финансовые средства, необходимые для продолжения капитального ремонта автомобильной дороги, указанной в части 1 настоящего распоряжения.

    4. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident İlham Əliyev yol çəkilişi üçün iki milyon manat ayırdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonunun Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla iki min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

  • Azərbaycan vətəndaşı övladının Almaniyada əlindən alındığını deyir – Video

    Azərbaycan vətəndaşı Rəşad Cavadov övladının Almaniyada əlindən alındığını deyir.

    Bu iddianı “Xəzər Xəbər”ə açıqlamasında Rəşad Cavadov səsləndirib.

    Onun iddiasına görə, 2 il əvvəl 15 yaşlı qızı Səadət Cavadovanı müalicə üçün Almaniyaya aparıb.

    Xezerxeber.az-ın məlumatına görə, ata qızının əməliyyat olunacağını gözləsə də, proses baş tutmayıb. Həmin vaxtdan da orada qalıb. Bu ilin aprelində isə Rəşad Cavadov özünün müalicəsi üçün övladını Almaniya uşaq müdafiəsi qurumuna həvalə edib. Elə hadisələr də bundan sonra baş verib.

    Psixoloji problemi olduğunu deyən Rəşad Cavadov orada paranoidal şizofreniyadan müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra övladını geri almaq üçün yenidən uşaq müdafiəsi qurumu olan Jugendamta müraciət edib, lakin gözləmədiyi vəziyyətlə üzləşib. Qurum övladını ona geri qaytarmayıb.

    Rəşad Cavadov onu da bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

    2 ilə yaxın proses gedib. Azərbaycan səfirliyi müvafiq tədbirlər görüb və vətəndaşın da bu haqda məlumatı var.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb

    Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.

    Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.

  • Назначен новый проректор Азербайджанского медицинского университета

    В Азербайджанский медицинский университет (АМУ) назначен новый проректор.

    Об этом сообщили в вузе.

    Анар Агаев назначен на должность проректора по учебной работе университета.

    Отметим, что А.Агаев в 2001-2004 годах работал старшим лаборантом на кафедре Общественного здоровья и организации здравоохранения АМУ, в 2004-2005 годах – стажером-ассистентом, в 2005-2008 годах – старшим преподавателем, в 2008-2017 годах – заместителем декана, в 2017-2022 годах – деканом, в 2018-2025 годах – профессором.

    В 2022-2023 годах он работал руководителем Департамента первичной медицинской помощи и скорой помощи TƏBİB, в 2023-2024 годах – руководителем Департамента организации медицинских услуг TƏBİB, в 2024-2025 годах – руководителем Департамента организации специализированной медицинской помощи TƏBİB, со 2 апреля 2025 года по 3 сентября 2025 года – советником исполнительного директора TƏBİB.

    А.Агаев назначен на должность проректора по учебной работе АМУ с 5 сентября 2025 года.