Month: September 2025

  • Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR

    “Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimə olunacaqlar”.

    Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) xəbərdarlıq yayıb.

    Qeyd olunub ki, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektlərinə ciddi təsir göstərir.

    “Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında SİMDNX-nin qarşıya qoyduğu hədəflərindəndir.

    SİMDNX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”ə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkab quyularından istifadə etməklə idarə olunmalıdır.

    Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

    Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi ADSEA ilə razılaşdırılmalıdır.

    Nəzərinizə çatdırırıq ki, qeyd olunan tələblərə riayət edilməməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 4 000 manatadək, hüquqi şəxslər 12 500 manatadək məbləğdə cərimə edilirlər. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır.

    Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir”, – deyə məlumatda bildirilib.

  • Установлена личность женщины, пытавшейся проникнуть в квартиры в Баку

    Установлена личность женщины, пытавшейся проникнуть в квартиры в одном из зданий на проспекте Азадлыг в Наримановском районе Баку.

    Как сообщил Oxu.Az сотрудник пресс-службы Министерства внутренних дел Джасарат Ганбарли, сотрудники полиции принимают меры для задержания Саиды Кишиевой (1992 г.р.), ведущей асоциальный образ жизни.

    Напомним, что в социальных сетях распространилось видео, на котором неизвестная женщина входит в подъезд одного из жилых домов и пытается проникнуть в квартиры. Данный инцидент был взят под контроль Министерством внутренних дел, и по этому вопросу было начато расследование.

  • Bakıda evlərə girməyə cəhd edən qadının kimliyi bilindi

    Paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində evlərə girməyə cəhd edən qadının kimliyi məlum olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub:

    “1992-ci il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

    Xatırladaq ki, adıçəkilən ünvanda naməlum qadının yaşayış binalarından birinin giriş blokuna daxil olaraq mənzillərə girməyə cəhd etməsi barədə sosial şəbəkələrdə video yayılıb. Həmin məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və məsələ ilə bağlı araşdırmalara başlanılmışdı.

  • U-21 millimiz Portuqaliya ilə qarşılaşacaq

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

    Yığma B qrupunda Portuqaliya ilə qarşılaşacaq.

    Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

    Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə üz-üzə gələcək.

  • В Баку по двум адресам будут проводиться ремонтные работы: движение транспорта будет ограничено

    В связи с проведением ремонтных работ движение транспортных средств будет частично ограничено на некоторых дорожных участках города Баку.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    Адреса, где движение транспорта будет ограничено:

    – с 7 сентября и до завершения ремонтных работ на участке проспекта Хатаи от улицы Мирали Гашгая до улицы Нуреддина Сулейманова в Наримановском районе;

    – 7 сентября с 7:00 до 22:00 на боковой дороге улицы Ровшана Джафарова в Насиминском районе (от транспортной развязки “20 Января” в направлении транспортной развязки 3-го микрорайона).

    В связи с этим водителей просят с пониманием отнестись к проводимым работам, быть осторожными при движении в указанных зонах, строго соблюдать требования временных дорожных знаков и правил дорожного движения, по возможности отдавать предпочтение альтернативным маршрутам.

    “Приносим извинения за временные неудобства и благодарим за понимание”, – отметили в агентстве.

  • Paytaxtın iki ünvanında təmir işləri aparılacaq: Hərəkət qismən məhdudlaşdırılacaq

    Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Hərəkətin məhdudlaşdırılacağı ünvanlar bunlardır:

    – Sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

    – Sentyabrın 7-də saat 7:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (“20 Yanvar” dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

    Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

    Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik.

  • В городе Нафталан 69-летний мужчина скончался в парке

    В центральном парке города Нафталан произошел случай смерти.

    Как сообщает Oxu.Az, местный житель Мехьяддин Мусаев (1956 г.р.) внезапно почувствовал себя плохо во время прогулки. Он скончался в парке.

    По предварительной информации, 69-летний М.Мусаев умер от внезапного инфаркта.

    По данному факту в районной прокуратуре проводится расследование.

  • Naftalanda 69 yaşlı kişi parkda öldü

    Naftalan şəhərində parkda ölüm hadisəsi baş verib.

    Hadisə şəhərin mərkəzi parkında qeydə alınıb.

    Şəhər sakini, 1956-cı il təvəllüdlü Məhyəddin Həsən oğlu Musayev parkda gəzərkən qəfil halı pisləşib. O, elə parkda dünyasını dəyişib.

    İlkin məlumata görə, 69 yaşlı M.Musayev qəfil infarktdan vəfat edib.

    Araşdırmalar Naftalan Şəhər Prokurorluğu tərəfindən aparılır.
    //oxu.az

  • СМИ: Аглаю Тарасову задержали с наркотиками в аэропорту Домодедово

    Силовики задержали 31-летнюю российскую актрису Аглаю Тарасову в аэропорту Домодедово с наркотиками.

    Как передает Median.Az, об этом ТАСС сообщили в правоохранительных органах.

    “Тарасова задержана с наркотиками в аэропорту Домодедово. Предварительно, у нее обнаружили масло гашиша в вейпе”, – сказал собеседник агентства.

    По его словам, возбуждено уголовное дело по статье о контрабанде наркотиков.

    Аглая Тарасова – дочь актрисы Ксении Раппопорт. Тарасова известна по ролям в сериалах “Интерны”, “Беспринципные”, фильмах “Лед”, “Лед-2”, “Лед-3” и “Холоп-2”.

  • Rusiyalı aktrisa Domodedovo hava limanında saxlanıldı

    Rusiyada təhlükəsizlik qüvvələri 31 yaşlı rusiyalı aktrisa Aqlaya Tarasovanı Domodedovo hava limanında üzərində narkotiklə saxlayıblar.

    Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    “Tarasova Domodedovo hava limanında narkotiklə saxlanılıb. İlkin olaraq, onun veypindən (elektron siqaret) həşiş yağı aşkar edilib”, – deyə məlumatda bildirilib.

    Mənbənin sözlərinə görə, faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.

    Qeyd edək ki, Aqlaya Tarasova aktrisa Kseniya Rappoportun qızıdır. Tarasova “İnternlər”, “Prinsipsizlər” seriallarında, “Buz”, “Buz-2”, “Buz-3” və “Xolop-2” filmlərindəki rolları ilə tanınır.