Month: September 2025

  • İdarə rəisi: Heyvanlara qarşı rəhmsiz rəftar və yaxud işgəncə verilməsi ilə halları ilə bağlı qanunvericilikdə müddəalar sərtləşdirilib

    Heyvanlara qarşı rəhmsiz rəftar və yaxud işgəncə verilməsi ilə halları ilə bağlı qanunvericilikdə müddəalar sərtləşdirilib.

    Bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Baş Prokurorluğun sosial şəbəkəsində keçirilən canlı yayımda deyib.

    O bildirib ki, heyvanlara qarşı edilən rəhmsiz rəftar, işgəncə halları, onların döyüşdürülməsi İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib:

    “Hazırki qanunvericiliklə məsuliyyət şərtləşib və bu cür hərəkətlər edən şəxslər daha ağır cəzalandırılır”.

  • Azərbaycan əsas tədarük bazarına alma satışından qazancını 70 %-ə yaxın artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 38,3 milyon ABŞ dolları dəyərində 54 min 387 ton alma göndərilib.

    Median.Az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 54 % çoxdur.

    Hesabat dövründə Rusiyaya 34,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 49 min 905 ton (+64 %), Türkiyəyə 1,11 milyon ABŞ dolları dəyərində 744,21 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 907 min ABŞ dolları dəyərində (+23 %) 1 min 16 ton (-23 %), Qazaxıstana 635 min ABŞ dolları dəyərində (+2,3 %) 1 min 575 ton (+3,6 %), Özbəkistana 633 min ABŞ dolları dəyərində (-49 %) 542 ton (-60 %) məhsul satıb.

    2024-cü ildə Azərbaycandan ixrac edilmiş 54 min 387 ton almanın 91,8 %-i Rusiyanın payına düşüb.

  • Yevlaxda yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir – Video

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

    Median.Az agentliyə istinadən xəbər verir ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir. Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib.

    Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.

  • Азербайджан и страны ЦА обсудили сотрудничество с Пакистаном по морским перевозкам

    Послы Азербайджана и стран Центральной Азии (ЦА) в Исламабаде обсудили с министром по морским делам Пакистана Мухаммадом Джунаид Анвар Чаудри развитие морских перевозок и портовой логистики.

    Об этом передает Median.Az со ссылкой на туркменские.

    Стороны обсудили вопросы развития сотрудничества в области морских перевозок и портовой логистики как на двусторонней, так и на многосторонней основе. Участники подчеркнули, что расширение взаимодействия в данной сфере играет ключевую роль в укреплении региональной связности и устойчивого экономического роста.

    По итогам переговоров стороны подтвердили взаимную заинтересованность в дальнейшем укреплении партнерства и договорились о регулярных контактах для обсуждения путей расширения сотрудничества в области транзитных и морских перевозок между странами региона.

  • Azərbaycan Pakistanla dəniz daşımaları üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin İslamabaddakı səfirləri Pakistanın dəniz məsələləri üzrə naziri Məhəmməd Cüneyid Ənvər Çaudri ilə müzakirələr aparıblar.

    Bu barədə “Report” Türkmənistan mənbələrinə istinadən xəbər verir.

    Tərəflər dəniz daşımaları və liman logistikası sahəsində həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. İştirakçılar bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin regional bağlantıların və davamlı iqtisadi artımın gücləndirilməsində əsas rol oynadığını vurğulayıblar.

    Danışıqların yekunları üzrə tərəflər tərəfdaşlığın daha da gücləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər. Bununla yanaşı, region ölkələri arasında tranzit və dəniz daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirəsi üçün müntəzəm əlaqələr barədə razılığa gəliblər.

  • Abşeronda hündürlükdən yıxılan kişi ölüb

    Abşeronda hündürlükdən yıxılan kişi ölüb.

    Hadisə Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü Ayaz Zərbəliyev hündürlükdən yerə yıxılıb. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır

  • TƏBİB: Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib

    TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 7 917 064 tibbi xidmət göstərilib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Xidmətlərdən 960 871-i stasionar, 6 956 193-ü ambulator olub.

    Məlumata əsasən ötən ay 1 956 902 müraciət qeydə alınıb, bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artıb.

    Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub.

    Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb. Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 002 olub. Onlardan 28 690-u stasionar, 2 312-si ambulatordur.

  • Азербайджанские таможенники предотвратили контрабанду товаров из Китая

    Сотрудники Главного таможенного управления на воздушном транспорте предотвратили незаконный ввоз в Азербайджан различных видов товаров.

    Как сообщает Median.Az со ссылкой на комитет, во время досмотра вещей, принадлежащих гражданину Азербайджана, прибывшему авиарейсом Пекин-Баку, были обнаружены не задекларированные 20 меховых изделий различных марок, 400 комплектов брекетов, 143 комплекта для использования в стоматологической сфере и 46 штук искусственных накладных волос.

    По факту проводится расследование.

  • Azərbaycanda malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

    Median.Az Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 20 ədəd müxtəlif markalı xəz dəri məmulatları, 400 ədəd breket dəsti, 143 ədəd stomatoloji sahədə istifadə olunan dəst və 46 ədəd süni taxma saç aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан увеличил квоты на перевозки для Украины

    Азербайджан и Босния и Герцеговина предоставили Украине дополнительные разрешения на международные грузоперевозки.

    Об этом сообщил заместитель министра развития общин и территорий Украины Сергей Деркач в сети Facebook.

    По информации Деркача, Азербайджан передал стране 100 дополнительных разрешений на перевозку грузов из и в третьи страны, что составляет прирост около 20% к базовой квоте.

    Босния и Герцеговина предоставила 300 дополнительных бланков на двусторонние, транзитные и международные перевозки – это увеличение на 100% к ранее установленному лимиту.

    По словам замминистра, новые квоты позволят украинским компаниям выполнять больше рейсов, формировать устойчивые логистические маршруты и расширять направление бизнеса.

    Заместитель министра уточнил, что бланки разрешений находятся на этапе передачи и в ближайшее время будут доступны перевозчикам через компанию “Укртрансбезопасность”.