Month: September 2025

  • Азербайджан представил культуру и национальную кухню на ярмарке в Париже

    Культура и национальная кухня Азербайджана представлены на гастрономической ярмарке в Париже.

    Об этом говорится в публикации Ассоциации друзей Азербайджана во Франции в соцсети “Х”.

    “В Международном гастрономическом городке павильон Азербайджана подарил уникальное вкусовое и культурное путешествие. Плов, азербайджанские вина, мелодии Узеира Гаджибейли и традиционные танцы…Париж вибрировал в ритме Кавказа”, – говорится в публикации.

  • Azərbaycanın mədəniyyəti və milli mətbəxi Parisdə təqdim edilib

    Azərbaycanın mədəniyyəti və milli mətbəxi Parisdə qastronomiya yarmarkasında təqdim olunub.

    Bu barədə Fransada Azərbaycanın Dostları Assosiasiyasının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “Beynəlxalq Qastronomiya şəhərciyində Azərbaycan pavilyonu unikal dad və mədəni səyahət bəxş edib. Plov, Azərbaycan şərabları, Üzeyir Hacıbəylinin melodiyaları və ənənəvi rəqslər. Paris Qafqazın ritmi ilə titrəyirdi”, – paylaşımda qeyd olunub.

  • “Bakı Taksi Xidməti” Heydər Əliyev Beynəlxalq Aeroportundakı vəziyyətə münasibət bildirib

    Müştərilər Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər

    Bunu “Report”a açıqlamasında “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib.

    Onun sözlərinə görə, hava limanında fəaliyyət göstərən şirkət Azərbaycana gələn qonaqlara və vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib: “Bu, müştərilərə göstərilən xidmətin dəyərini nağdsız qaydada rahat şəkildə ödəmək imkanı yaradır. Eyni zamanda, hava limanının sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə şəhərin tanınmış obyekt və hotellərinə qədər gediş qiymətlərini, həmçinin Azərbaycan manatının müxtəlif beynəlxalq valyutalara ekvivalentini əks etdirən elektron tablo quraşdırılıb”.

    F.Əliyev qeyd edib ki, müştərilər köşkdə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər: “Şirkət bundan sonra da müştərilərin rahatlığı və şəffaflığı təmin etmək məqsədilə yeni texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək”.

  • 2002-ci ildən sonra prokurorluq orqanlarına işə qəbulla bağlı 26 müsabiqə keçirilib

    2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 26 müsabiqə keçirilib.

    Bunu Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov Baş Prokurorluğun sosial şəbəkəsində keçirilən canlı yayımda deyib.

    O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Prezidenti olarkən 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 26 müsabiqə keçirilib:

    “Uğur qazanmış hüquqşünaslar hazırda prokurorluq işçilərinin 93.2 faizini təşkil edir. Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır”.

  • В Милли Меджлисе пройдут общественные слушания, посвященные наследию Гейдара Алиева

    В Милли Меджлисе пройдут общественные слушания на тему “Наследие Гейдара Алиева в развитии местной демократии, самоуправления и регионов в Азербайджане”.

    Этот вопрос включен в План работы парламентского комитета по делам молодежи и спорта на осеннюю сессию 2025 года.

    План также предусматривает встречу с молодежью в регионах на тему “Великий лидер Гейдар Алиев как основатель азербайджанской молодежной и спортивной политики”.

  • Milli Məclisdə Heydər Əliyev irsinə həsr olunan ictimai dinləmə keçiriləcək

    Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçiriləcək.

    Bununla bağlı məsələ parlamentin Gənclər və İdman komitəsinin 2025-ci il payız sessiyası üzrə İş planına daxil edilib.

    İş planında, həmçinin, “Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi” mövzusunda regionlarda gənclərlə görüş də nəzərdə tutulub.

  • Azərbaycanda ətin bahalaşması davam edəcəkmi? (FOTO)

    Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir.

    Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib.

    “Report” ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb.

    Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az olmasına çalışır, odur ki, heyvanları əsasən Bərdə bazarından, yəni birbaşa istehsalçıdan alır: “Əhali mal-qarasını və qoyun-quzusunu özü bazara çıxarır, biz isə oradan tədarük edirik. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Satışın maya dəyərinə nəqliyyat və kəsim xərcləri də əlavə olunur ki, bu da yekun qiymətə təsir göstərir. Bundan başqa, iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Son vaxtlar yayılan dabaq xəstəliyinin də bazara müəyyən təsiri var”.

    Onun proqnozuna görə, yaxın aylarda ət qiymətlərində ciddi artım gözlənilmir: “Yalnız cüzi bahalaşma mümkündür. Ümumilikdə isə noyabr ayına qədər qiymətlərin sabit qalacağı gözlənilir”.

    Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, son illər ətin sürətlə bahalaşmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Onun sözlərinə görə, hər şeydən əvvəl ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalıb: “Bu azalma bir tərəfdən heyvan saxlamağın əvvəlki illərə nisbətən baha başa gəlməsi, digər tərəfdən isə intensiv heyvandarlıq sahəsindəki müəyyən çətinliklərlə bağlıdır”.

    Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.


    Bundan başqa, 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.

    Ekspert vurğulayıb ki, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən əsas amillərdən biri yemdir: “Son illər yem komponentlərinin, xüsusilə də taxıl məhsullarının qiymətlərində müəyyən azalma olsa da, bu, ümumi bazarda ciddi ucuzlaşma yaratmayıb. Qarğıdalı, arpa və buğdanın qiymətlərində kəskin artımlar olmasa da, yem zavodlarının bu məhsulları bazara baha təqdim etməsi nəticə etibarı ilə ətin bahalaşmasına təsir göstərir. Bundan başqa, bazarların tənzimlənməsi mexanizmləri zəif olduğundan istehsalçıların məhsulu birbaşa bazara çıxarma imkanı məhduddur, odur ki, aradakı vasitəçi qurumlar məhsulları onlardan alıb daha yüksək qiymətə bazara çıxarırlar. Beləliklə, rayon və şəhər qiymətləri arasında kəskin fərqlər yaranır. Bu fərq bəzən 30-40%-ə qədər çata bilir. Bu da o deməkdir ki, qiymət təkcə istehsal xərcləri ilə bağlı deyil, həm də bazarda fəaliyyət göstərən vasitəçilərdən asılıdır”.

    Bundan başqa, onun sözlərinə görə, son dövrlərdə ölkədə örüş yerlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb: “Bu, həm kənd təsərrüfatı üçün mövcud torpaq fondunu məhdudlaşdırıb, həm də heyvandarlıq sahəsində bəzi çətinliklərin yaranmasına gətirib çıxarıb. Çünki örüş sahələrinin azalması heyvanların yemlənməsində əlavə xərclərə səbəb olur və fermerlərin məhsuldarlığına təsir göstərir”.

    Bununla belə, ekspert müsbət məqam kimi qeyd edib ki, artıq əhalinin işğaldan azad edilmiş ərazilərə təsərrüfatlarını çıxarmaq imkanı yaranıb: “Bu isə həm yeni örüş sahələrinin istifadəyə verilməsi, həm də kənd təsərrüfatı istehsalının miqyasının genişlənməsi baxımından mühüm fürsət hesab olunur. Onun fikrincə, bu imkanlardan düzgün istifadə edildiyi təqdirdə, həm heyvandarlığın inkişafına, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfə vermək mümkündür”.

    R. Orucovun sözlərinə görə, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən mühüm amillərdən biri də logistika və daşınma xərcləridir: “Əvvəllər yem və digər məhsulların daşınması nisbətən ucuz başa gəlirdisə, indi qiymətlərdə 40-60%-ə qədər artım var Bu artım təkcə yanacaq xərclərinin artması ilə bağlı deyil, həm də ümumilikdə daşınma xidmətlərinin bahalaşması ilə əlaqədardır. Beləliklə, yem və digər komponentlərin qiymətində ciddi artım olmasa da, onların istehsalçıya çatdırılması xərcləri yüksəldir”.

    O həmçinin deyib ki, heyvandarlıq təsərrüfatlarında baytarlıq xidmətlərinin, dərmanların və digər sanitar-gigiyenik tədbirlərin xərcləri də son illərdə əhəmiyyətli dərəcədə artıb: “Bu isə birbaşa məhsulun maya dəyərinə əlavə olunur və nəticədə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Avropadan gətirilən yüksək məhsuldar heyvan cinslərinin yerli şəraitə uyğunlaşdırılmasında çətinliklər var. Təcrübəsiz şəxslərin təsərrüfatlara girişməsi, müasir texnologiyalardan istifadə olunmaması və səhv yemləmə üsulları istehsalın səmərəliliyini azaldır. Bu da ümumi rentabelliyə mənfi təsir göstərir”.

    “Azərbaycanda ət məhsulları gündəlik qida rasionunda, xüsusilə də toy, yas və digər mərasimlərdə geniş istifadə olunur. Əhalinin həyat tərzində bu məhsullar mühüm yer tutduğu üçün tələb sabit qalır və bu, istehsal azalması fonunda qiymət artımını qaçılmaz edir. Çox güman ki, bahalaşma davam edəcək”,- deyə o əlavə edib.

    Ətin bahalaşmasına münasibət bildirən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə qeyd edir ki, Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər. Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər.

    “Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır. Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib. Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir.

    Rəqabət qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı dövlət nəzarəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Qiymətlərdəki dəyişikliklərin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədlər və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə mahiyyəti üzrə baxıla bilər”, – deyə məlumatda qeyd olunub.

    2024-cü ildə ölkədə bütün növ ət ehtiyatlarının həcmi 476 min 917 ton olub ki, bu da 2023-cü illə müqayisədə 4,1 % çoxdur. Ət ehtiyatlarının 2,5%-i ilin əvvəlindən qalan qalıq hesabına, 81 %-i istehsal, 16,4 %-i idxal hesabına formalaşıb.

    Ötən il ölkədə 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur. İl ərzində ölkəyə ət idxalı 17,5 % artaraq 78 min 453 tona çatıb. İlin əvvəlinə qalıq isə 14 % artaraq 12 min 241 ton olub.

    Hesabat dövründə Azərbaycanın bütün növ ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2,2 % azalaraq 83,4 % olub.

    Bir sözlə, Azərbaycanda ətin bahalaşması həm istehsal xərclərinin artması, həm də bazar mexanizmlərində mövcud olan problemlərlə bağlıdır. Belə şəraitdə, həm dövlətin, həm də fermerlərin qarşısında duran əsas vəzifə heyvandarlıq təsərrüfatlarının dayanıqlı inkişafını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması, yem bazasının möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsalçıların birbaşa bazara çıxış imkanlarının artırılması qiymət artımının qarşısını almaq üçün vacibdir. Əks halda, istehsalın azalması fonunda tələbin yüksək qalması ətin bahalaşmasını davamlı edəcək.

  • Пашинян: В правительстве Армении отставок не планируется

    В правительстве Армении, в частности, на уровне вице-премьеров, отставок не планируется.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр Никол Пашинян в ходе брифинга.

    “В партии “Гражданский договор” рассветы всегда мирные, однако этот мир никогда не превращался в болото”, – отметил он.

    По его словам, “рассветы в партии “Гражданский договор” настолько мирные, что партия живет своей повседневной жизнью”.

    “В партии постоянно бывают дискуссии, где царит конкурентная среда. Наша цель – сохранить эту конкурентную среду в рамках здоровой, политической логики”, – сказал Пашинян.

  • Baş nazir: Ermənistan hökumətində istefalar gözlənilmir

    Ermənistan hökumətində, xüsusilə baş nazirlərin müavinləri səviyyəsində istefalar planlaşdırılmır.

    Median.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

    Onun sözlərinə görə, “Mülki müqavilə” partiyası gündəlik həyatını yaşayır.

    “Partiyada daim müzakirələr olur, rəqabət mühiti hökm sürür. Məqsədimiz bu rəqabət mühitini sağlam, siyasi məntiq çərçivəsində qoruyub saxlamaqdır”, – N.Paşinyan qeyd edib.

  • Суд вынес приговор обвиняемому в убийстве в Шамкире

    В Гянджинском суде по тяжким преступлениям завершился процесс по уголовному делу А.Аббасова, обвиняемого в убийстве И.Абдуллаева в селе Махмудлу Шамкирского района.

    Как сообщает Report, приговор был оглашен на процессе под председательством судьи Абдуллы Мамедова.

    Согласно приговору, он лишен свободы сроком на 7 лет 6 месяцев. Аббасов будет отбывать наказание в воспитательном учреждении общего режима.

    Напомним, что инцидент произошел в октябре прошлого года.

    Согласно обвинению, между А.Аббасовым и И.Абдуллаевым возник спор на почве взаимных оскорблений. Аббасов нанес Абдуллаеву смертельные ножевые ранения.

    А.Аббасов признан виновным по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР.