Month: September 2025

  • Ermənistanın viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı Türkiyənin tələbləri ilə bağlıdır?

    “Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyənin hər hansı tələbi ilə bağlı deyil”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

    “Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızda mühümdür. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə ərazi bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq da. Dövlətimizin sabitliyini təmin etmək üçün strategiyamız var. Bunun üçün də dövləti düzgün vəziyyətə gətirməliyik”, – deyə o qeyd edib.

    Xatırladaq ki, sərhəd keçidlərində viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.

  • İmişlidə 1000-ə yaxın abonentin qazı kəsiləcək

    Sabah İmişli rayonunun dörd kəndində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilir ki, diametri 200 mm-lik “Qaraqaşlı kənd” ortatəzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.

    Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Babək rayonunda kişi paltarı geyinib oğurluq edən qadın saxlanılıb

    Babək rayonunda oğurluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Babək rayonunda yerləşən evlərin birindən 45 000 manat məbləğində pulun oğurlanması barədə polisə məlumat daxil olub.

    Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • В Баку мужчина пытался угнать свой автомобиль со штрафной стоянки

    Мужчина, пытавшийся угнать автомобиль со штрафной стоянки в Низаминском районе столицы, привлечен к ответственности.

    Как передает Qafqazinfo, в связи с тем, что житель столицы Мансур Керимов (1984 г.р.) управлял транспортным средством в состоянии алкогольного опьянения, его автомобиль был помещен на штрафную стоянку.

    Ночью мужчина пришел на штрафстоянку, заявив, что забыл в машине ключи от своего дома. Заметив, что ворота приоткрыты, М.Керимов завел автомобиль и попытался выехать за пределы стоянки.

    Попытка была предотвращена сотрудниками 23-го отдела полиции Низаминского района.

    Решением районного суда М.Керимову назначено наказание в виде административного ареста сроком на 10 суток.

  • Gecə saatlarında maşınını cərimə meydançasından qaçırmaq istədi – Həbs olundu

    Paytaxtın Nizami rayonunda yerləşən müvəqqəti mühafizə olunan duracaqdan sərxoş vəziyyətdə avtomobilini qaçırmağa cəhd edən sürücü məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 3 radələrində baş verib.

    Belə ki, hadisədən əvvəl paytaxt sakini 1984-cü il təvəllüdlü M. Kərimovun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilib. Sərxoş vəziyyətdə ictimai qaydaya və təhlükəsizliyə real təhlükə yaradan nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq duracağa yerləşdirilib.

    Bundan sonra sürücü gecə saatlarında duracağa gələrək evinin açarını maşında unutduğunu bildirib və avtomobilinin açarını alıb. O, maşını işə salaraq meydançanın qapısının bir qədər aralı olmasından istifadə edib və avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərib.

    Cəhdin qarşısı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb və sürücü saxlanılıb.

    M.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə sürücüyə 10 sutka inzibati həbs verilib.

  • Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

    Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisnadır.

    İclasda qeyd olunub ki, son illərdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kompleks tədbirlər icra olunur, o cümlədən normativ hüquqi bazanın təkmiləşdirilməsi həyata keçirilir. Qanun layihəsi həmin məqsədlərdən irəli gələrək yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir.

    Pasportlaşdırma bu qanun qüvvəyə mindikdən sonra binalar üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

    Qüvvədə olan Qanunun 17.1.2-ci maddəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb və həmin qaydaları Nazirlər Kabineti təsdiq edəcək.

  • В Азербайджане будет создана система Единого реестра культуры

    В Азербайджане предусмотрено создание системы Единого реестра культуры.

    В связи с этим ООО “Капитальное строительство и снабжение” при Министерстве культуры приступило к подготовительным работам.

    Для создания системы необходимо осуществить закупку и внедрение необходимых подсистем, а также обеспечить их интеграцию.

    Предполагаемая стоимость работ составляет 4.5 млн манатов.

  • Azərbaycanda 4.5 milyon manata yeni sistem yaradılır

    Azərbaycanda “Vahid Mədəniyyət Reyestri” sisteminin yaradılması nəzərdə tutulur.

    Bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus “Əsaslı Tikinti və Təchizat” MMC hazırlığa başlayıb.

    Məlumata görə, sistemin yaradılması üçün ilkin olaraq tələb olunan altsistemlərin satın alınması və tətbiq edilməsi, onların bir-birinə inteqrasiyası həyata keçiriləcək.

    İşlərin ehtimal olunan qiyməti 4.5 milyon manatdır.

  • Бакинский аэропорт готовится к наплыву гостей: важные рекомендации перед Гран-при Азербайджана 2025

    В связи с предстоящим Гран-при Азербайджана “Формулы-1” в Баку Международный аэропорт Гейдар Алиев обратился к пассажирам.

    Как сообщили в пресс-службе воздушной гавани, в столице уже введены ограничения на движение транспорта на ряде улиц и проспектов:

    “Ситуация осложняется прогнозируемым значительным увеличением числа международных гостей, прибывающих в Азербайджан.

    В связи с этим Международный аэропорт Гейдар Алиев настоятельно рекомендует пассажирам тщательно планировать свои поездки заранее и предусмотреть дополнительное время для своевременного и комфортного прибытия в воздушную гавань.

    Для комфортного и беспрепятственного путешествия пассажирам рекомендуется соблюдать следующие рекомендации:

    – прибыть в аэропорт заранее: Будьте в аэропорту как минимум за 2 часа до вылета, чтобы своевременно пройти процедуры безопасности и регистрации;

    – пройти онлайн-регистрацию: пройдите онлайн-регистрацию перед полетом, чтобы минимизировать время ожидания. Некоторые авиакомпании предоставляют возможность регистрации за 48 часов до вылета;

    – использовать киоски самостоятельной регистрации и сдачи багажа (self check in; baggage drop off): используя эти услуги, вы можете избежать длинных очередей у стоек регистрации и завершить процесс быстрее;

    – заранее проверить информацию о терминале вылета: Уточните, из какого терминала будет осуществляться ваш рейс, в электронном билете или на официальном сайте авиакомпании;

    – воспользоваться услугой “Аэроэкспресс”: используйте общественный транспорт “Аэроэкспресс” от станции метро “28 Мая” для комфортного прибытия в аэропорт без пробок;

    – соблюдать правила парковки: оставляйте свой транспорт только в официальных местах парковки. В противном случае вы можете заблокировать проезды и создать искусственные пробки, мешая движению других автомобилей. Для кратковременной остановки (3 минуты) используйте специальные зоны drop-off.

    – оплачивать парковку онлайн: Чтобы сэкономить время, вы можете легко оплатить парковку онлайн, используя мобильные приложения AzParking, ABB, Birbank или платформу Tezödə. За первые 15 минут парковки оплата не требуется;

    – пассажиры, нуждающиеся в особом уходе: если вам требуется дополнительная поддержка, обратитесь в авиакомпанию не менее чем за 48 часов до вылета.

    Отметим, что все службы Международного аэропорта Гейдар Алиев будут работать в усиленном режиме в период проведения “Формулы-1”.

    Планируя поездку заранее, вы сможете обеспечить комфортное, безопасное и беспрепятственное передвижение”.

  • Heydər Əliyev Beynəlxalq Aeroportu “Formula-1” ilə bağlı sərnişinlərə müraciət edib

    Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-prisi 2025” ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, ölkəmizə gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

    Verilən məlumata görə, qeyd olunan səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

    Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

    – Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

    – Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

    – Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

    – Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

    – “Aeroexpress” xidmətindən istifadə etmək: “28 May” metro stansiyasından hava limanına rahat və tıxacdankənar çatmaq üçün “Aeroexpress” ictimai nəqliyyatından yararlanın.

    – Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi “drop-off” zonalarından istifadə edin.

    – Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün “AzParking”, Azərbaycan Beynəlxalq Bankı, “Birbank” mobil tətbiqləri və ya “Tezödə” platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

    – Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi öncədən planlaşdırmaqla siz rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişinizi təmin edə bilərsiniz.