Month: September 2025

  • Ucarda ər ondan xəbərsiz anası evinə gedən həyat yoldaşını döydü

    Ucarda ərindən xəbərsiz anasının evinə gedən qadın döyülüb.

    Hadisə Ucar rayonunun Küçəkənd kəndində baş verib.

    Kənd sakini, 1979-cu il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir) 2007-ci ildə Arzu ilə ailə həyatı qurub və birgə nikahdan üç övladları dünyaya gəlib.

    Bir müddətdən sonra Arzunun atası ilə anası boşanıb və onun anası qardaşının evində qalıb, atası isə başqa qadınla evlənib. 2024-cü ildə atasının ikinci dəfə ailə həyatı qurduğu qadın xəstəlikdən vəfat edib.

    Bir müddət əvvəl Mətləb həyat yoldaşı ilə birlikdə qadının il mərasimində iştirak etmək üçün Qaradağ rayonunun Ümid qəsəbəsinə gedib, mərasimdə iştirak ediblər. Axşam saatlarında Arzu Mətləbdən xəbərsiz Ümid qəsəbəsində anasının yaşadığı evə gedib. Mətləb həyat yoldaşını yas mərasimində axtarsa da, tapa bilməyib. Məlum olub ki, Arzu ondan xəbərsiz anasıgilə gedib.

    Arzu evə qayıdandan sonra Mətləb onunla birlikdə Ucar rayonuna, yaşadığı evə gəliblər. Mətləb avə çatandan sonra mağazaya gedərək, oradan spirtli içki alıb, yenidən evə qayıdıb. Spirtli içki qəbul edən Mətləb Arzu ilə mübahisə edib və onun anasının evinə xəbərsiz getməsini irad tutub. Mübahisə nəticəsində Mətləb həyat yoldaşına yumruq zərbələri endirib.

    Xəsarət alan Arzu evdən qaçaraq polisə məlumat verib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq, iş məhkəməyə göndərilib.

    Ucar Rayon Məhkəməsinin hökmü ilə M.Məmmədova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.
    //oxu.az

  • Bakıda aeroportda yeni taksi qaydaları: ƏRAZİLƏR və QİYMƏTLƏR açıqlandı

    Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni taksi terminalı quraşdırılıb. Bu yenilik sayəsində sərnişinlər artıq taksi sürücülərinin müəyyən etdiyi ixtiyari qiymətlərlə qarşılaşmayacaqlar.

    Bunun əvəzində şəffaf və sabit tariflər tətbiq olunacaq ki, bu da həm yerli sakinlər, həm də turistlər üçün səyahəti daha rahat və proqnozlaşdırıla bilən edəcək.

    Median.Az Baku.ws-ə istinadla xəbər verir ki, yeni sistem aeroportdan şəhər mərkəzinə və məşhur otellərə gedən marşrutlar üçün standart qiymətlər müəyyənləşdirib.

    Qiymətlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) ilə göstərilir ki, bu da beynəlxalq səyahətçilərin işini asanlaşdırır. Terminalın istifadəyə verilməsi ilə taksi xidmətləri daha mütəşəkkil hala gətirilib, uzun növbələr azalıb və ödənişlərin elektron şəkildə edilməsi mümkün olub.

    Əsas marşrutlar və qiymətlər:

    Ünvan Qiymət (AZN) Qiymət (USD)
    20 Yanvar M/S 29 ₼ 17 $
    Əhmədli M/S 25 ₼ 14 $
    Baku Marriott Hotel Boulevard 26 ₼ 15 $
    Hilton Baku 26 ₼ 15 $
    JW Marriott Absheron Baku 26 ₼ 15 $
    Winter Park Hotel 27 ₼ 16 $
    Courtyard Baku 27 ₼ 16 $
    The Merchant Baku 27 ₼ 16 $
    Ibis Baku City Hotel 25 ₼ 15 $
    Holiday Inn Hotel 25 ₼ 15 $
    Altus 24 ₼ 14 $
    Fairmont Hotel Baku 29 ₼ 17 $
    Four Seasons Hotel Baku 28 ₼ 16 $
    Sheraton Baku Intourist Hotel 28 ₼ 16 $
    InterContinental Hotel 27 ₼ 16 $
    Sea Breeze Hotel/Resort 30 ₼ 18 $
    Excelsior Hotel 24 ₼ 14 $
    Melissa Park 29 ₼ 17 $
    Stonepay Royal Park 30 ₼ 18 $

    Qiymətlər məsafəyə əsasən hesablanır:
    • Açılış qiyməti (3 km qədər): 6 ₼;
    • 3-25 km arası: Hər km üçün 0.95 ₼;
    • 26 km-dan yuxarı: Hər km üçün 0.70 ₼.

  • В Азербайджане отмечается День национальной музыки

    Сегодня, 18 сентября, в Азербайджане отмечается День национальной музыки.

    Этот праздник вошел в историю как день рождения выдающегося композитора, музыковеда, педагога, публициста, драматурга, основоположника азербайджанского профессионального музыкального искусства Узеира Гаджибейли (1885-1948).

    Именно его опера “Лейли и Меджнун” стала первым классическим музыкальным произведением в Азербайджане и во всем мусульманском мире. Впервые она прозвучала со сцены в 1908 году.

    Узеир Гаджибейли – автор музыки к гимну Азербайджана, а его яркие, полные живого юмора и национального колорита музыкальные комедии “Аршин мал алан” и “Не та, так эта” не теряют своей актуальности до сих пор. К ним вновь и вновь обращаются не только азербайджанские, но и зарубежные постановщики.

    Отметим, что День национальной музыки ежегодно отмечается в стране в соответствии с указом общенационального лидера Гейдара Алиева от 18 сентября 1995 года.

  • Bu gün Milli Musiqi Günüdür

    18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

    1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

    Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

    Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın – indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

    Mədəniyyət Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirirː Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.

    “Bakı Metropoliteni” QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.

  • İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq deyib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.

    Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırlayıb.

    Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.

    Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunan dövlətimizin başçısı Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğu deyib və ixrac coğrafiyasının genişləndiyini qeyd edib.

    Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




  • СМИ: Пугачёвой может грозить до пяти лет колонии из-за хвалебных слов о Дудаеве

    Российский певице Алле Пугачёвой может грозить до пяти лет колонии из-за высказываний о Джохаре Дудаеве в недавнем интервью. В них могут усмотреть оправдание терроризма.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал SHOT.

    По информации SHOT, поводом для возбуждения дела могут стать слова о том, что Дудаев был “порядочный человек”, и других высказываниях о нём в положительном ключе. Всё это попадает под действие статьи 205.2 Уголовного кодекса РФ об оправдании терроризма. Теперь артистке может грозить до 5 лет колонии. Проводится проверка.

    Ранее в суд на Пугачёву из-за её слов о Дудаеве подал адвокат Александр Трещёв. С певицы он требует 1.5 млрд рублей (30.5 млн манатов – ред.). По словам Трещёва, артистка своими заявлениями оскорбляет всех ветеранов боевых действий. В интервью Пугачёва извинилась за то, что не смогла ничего сделать для того, чтобы Дудаев был жив, а также назвала его “порядочным человеком”.

    Сама Пугачёва после интервью выложила пост, в котором написала, что у неё пропал “минутный порыв говорить”.

  • Puqaçovanın müsahibəsi ona baha başa gələ bilər: Beş illik həbs təhlükəsi

    Tanınmış rusiyalı müğənni Alla Puqaçovaya son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında söylədiyi tərifli sözlərə görə cinayət işi açıla bilər.

    Median.Az bu barədə “Shot” “Telegram” kanalına istinadla xəbər verir.

    Bildirilir ki, Puqaçovanın Dudayevi “vicdanlı insan” adlandırması və onun haqqında müsbət fikirlər səsləndirməsi Rusiya Cinayət Məcəlləsinin terrorçuluğun təbliği ilə bağlı 205.2-ci maddəsinə uyğun qiymətləndirilə bilər. Bu halda müğənniyə beş ilədək həbs cəzası verilə bilər. Hazırda məsələ araşdırılır.

    Bundan əvvəl vəkil Aleksandr Treşşyov Puqaçovanı məhkəməyə verib və Dudayev haqqında dediklərinə görə ondan 1.5 milyard rubl (təxminən 30.5 milyon manat) təzminat tələb edib. Onun sözlərinə görə, müğənni bu bəyanatları ilə döyüş veteranlarını təhqir edib.

    Qeyd edək ki, Puqaçova müsahibəsində Dudayevin sağ qalması üçün heç nə edə bilmədiyinə görə üzr istəmiş və onu “vicdanlı insan” adlandırmışdı.

  • Премьер-министр Али Асадов прибыл с рабочим визитом в Кыргызстан – ФОТО

    18 сентября премьер-министр Азербайджанской Республики Али Асадов прибыл с рабочим визитом в Кыргызстан.

    Об этом сообщили в Кабинете министров АР.

    В международном аэропорту “Манас” города Бишкек Али Асадова встретили заместитель председателя Кабмина Кыргызстана, сопредседатель совместной межправительственной комиссии по сотрудничеству в экономической и гуманитарной сферах между двумя странами Бакыт Торобаев, заместитель министра иностранных дел Кыргызстана Темирбек Эркинов и другие официальные лица.

  • Baş nazir Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib – FOTO

    Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

    Bu barədə Nazirlər Kabinetdən məlumat verilib.

    Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.

  • FTB “Discord” ilə Kirkin ehtimal olunan qatilinin radikal fikirləri arasında əlaqələri araşdırır

    Federal Təhqiqat Bürosu (FTB) sağçı aktivist Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinsonun radikal baxışlarının formalaşmasında “Discord” platformasının rolunu ciddi şəkildə araşdırır.

    Median.Az-ın “Fox News” telekanalına istinadən məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.

    “FTB bu məsələni hərtərəfli araşdırır. Bu vəziyyətdə bir çox qəribə məqamlar var. Məsələn, “Discord” rəhbəri (Robinsonun) iştirak etdiyi söhbətlərin platformada olmadığını bildirmişdi, lakin sonradan məlum oldu ki, belə söhbətlər mövcud imiş. Hər şeyi araşdırmaq, hər daşın altına baxmaq lazımdır”, – deyə o bildirib.

    ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi sentyabrın 17-də “Twitch” və “Steam” xidmətlərinin, həmçinin “Discord” və “Reddit” platformalarının rəhbərlərini oktyabrın 8-də internetdə radikal ideyaların yayılması ilə bağlı dinləmələrə dəvət edib.