Month: October 2025

  • Два объекта недвижимости АBB выставят на аукцион

    27 ноября 2025 года в 10:00 на аукцион будут выставлены два объекта недвижимости, находящиеся на балансе ОАО Azərbaycan Beynəlxalq Bankı (ABB).

    Как сообщает Median.Az со ссылкой на Государственную службу по вопросам имущества, на продажу выставлены два нежилых здания в разных регионах страны.

    Первый объект расположен в городе Шамахы по адресу улица Мамедамина Расулзаде, 85. Общая площадь нежилого здания составляет 273.2 квадратных метра, земельный участок – 0.0233 гектара. Стартовая цена объекта установлена на уровне 186 385 манатов.

    Второй объект находится в городе Агдаш по адресу проспект Гейдара Алиева, 190. Это нежилое здание общей площадью 191.8 квадратных метров с земельным участком 0.0429 гектара. Начальная стоимость данного объекта составляет 210 022 маната.

  • Beynəlxalq Bank iki daşınmaz əmlakı hərraca çıxarır

    2025-ci il noyabrın 27-də saat 10:00-da “Azərbaycan Beynəlxalq Bankı” (ABB) Açıq Səhmdar Cəmiyyətinin balansında olan iki daşınmaz əmlak hərraca çıxarılacaq.

    Median.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan obyektlərdən biri Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 85 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Obyektin ümumi sahəsi 273.2 kvadratmetr, torpaq sahəsi isə 0.0233 hektar təşkil edir. Əmlakın start qiyməti 186 385 manatdır.

    Digər obyekt Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 190 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Binanın ümumi sahəsi 191.8 kvadratmetr, torpaq sahəsi 0.0429 hektardır. Bu əmlakın start qiyməti 210 022 manatdır.

  • Siyəzəndə 35 yaşlı kişini və altı inəyini elektrik cərəyanı vurdu

    Siyəzən rayon sakini və onun heyvanlarını elektrik cərəyanı vurub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sədan kəndində baş verib.

    Kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov gecə saatlarında heyvanlarını sahədən gətirərkən həmin ərazidə dirəkdən qırılmış 6 min voltluq elektrik naqilinə toxunub. Hadisə zamanı ona məxsus 6 inəyi və özünü elektrik cərəyanı vurub.

    Nəticədə 6 inək tələf olub, S.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • В Астане состоялась церемония официальной встречи Президента Азербайджана Ильхама Алиева – ФОТО (Обновлено)

    21 октября в президентском дворце “Акорда” в столице Казахстана Астане состоялась церемония официальной встречи Президента Азербайджанской Республики (АР) Ильхама Алиева.

    Как сообщает АЗЕРТАДЖ, в президентском дворце “Акорда” в честь главы нашего государства был выстроен почетный караул.

    Президент Республики Казахстан (РК) Касым-Жомарт Токаев встретил Президента АР Ильхама Алиева.

    Члены делегации РК были представлены Президенту Ильхаму Алиеву, а члены азербайджанской делегации – президенту Касым-Жомарту Токаеву.

    Начальник почетного караула отдал рапорт Президенту Азербайджана.

    Прозвучали государственные гимны Азербайджана и Казахстана.

    Президенты обошли строй почетного караула.

    Главы государств сделали совместное фото.

    * * * * *

    21 октября в президентском дворце “Акорда” в столице Казахстана Астане проходит церемония официальной встречи Президента Азербайджанской Республики Ильхама Алиева.

    Об этом сообщает АЗЕРТАДЖ.



























  • Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – FOTO (Yenilənib)

    Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

    Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Dövlət başçıları birgə foto çəkdiriblər.

    * * * * *

    Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.



























  • В Турции в ходе операций против FETÖ задержаны 286 человек

    За последний месяц в рамках операций против FETÖ в Турции задержаны 286 человек.

    Об этом сообщил министр внутренних дел Турции Али Ерликая на своей странице в социальной сети.

    По его словам, операции проводились на большей части территории страны, включая Стамбул, Анкару и Измир.

    “В ходе продолжающихся в течение последнего месяца операций задержаны 286 подозреваемых. В отношении 154 из них вынесены решения об аресте. Во время операций в рамках расследований по делу FETÖ также были задержаны те, чьи имена упоминались в показаниях, приговоренные к тюремному заключению и находящиеся в розыске”, – сказал он.

  • Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 286 nəfər saxlanılıb

    Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda son bir ayda 286 nəfər saxlanılıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

    Onun sözlərinə görə, əməliyyatlar İstanbul, Ankara və İzmir də daxil olmaqla ölkənin əksər ərazilərində həyata keçirilib:

    “Son bir ayda davam edən əməliyyatlarda 286 şübhəli şəxs saxlanılıb. Onlardan 154-ü barədə həbs qərarı çıxarılıb. Əməliyyatlar zamanı FETÖ istintaqları çərçivəsində ifadələrdə adları hallananlar, həbs cəzası kəsilən və axtarışda olanlar da ələ keçirilib”.

  • “Üstünlük bəlkə də rəqib tərəfdədir” – Qurban Qurbanov

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik” ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlama verib:
    “Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar – çünki hələlik xalları yoxdur. Amma hər halda biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq. Ümumiyyətlə, onların son oyunlarına baxmışam – oyunun dinamikası çox yüksək olur və onlar çox sürətlə hücumlara çıxırlar. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq”.

  • “Green Card” üçün qeydiyyat niyə gecikir? – RƏSMİ CAVAB

    ABŞ-nin “Green Card” (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın gecikməsi çoxsaylı suallara səbəb olub. Prosesin gecikməsi səbəbindən rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.

    Məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən  bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:
    “Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır”.

    Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.

  • Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır

    Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws-ə AQTA-dan bildirilib.

    Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

    “Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.
    Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:

    “Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

    Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, – deyə məlumatda vurğulanıb.//qaynarinfi.