Month: October 2025

  • Nizami Rəmzinin qızı saxlanıldı

    Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı həbs edilib.

    Oxu.Az-ın məlumatına görə, N.Rəmzinin qızı Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.

    R.Baxşıyeva barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.

  • Bakıda oğurluq edən iki nəfər saxlanıldı – Biri 66 yaşlı qadındır

    Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.

    Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda qızıl istehsalı kəskin artıb

    2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə metallurgiya sektorunda istehsal göstəriciləri açıqlanıb.

    Bu dövrdə 2 349 kiloqram qızıl istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34.1 faiz çox olub

    Mis konsentratı istehsalı 2 766.6 ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24.7% artım deməkdir.

    Eyni zamanda, gümüş istehsalı 2 984.3 kq təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisə 29.3 faiz çox olub.
    //oxu.az

  • Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı

    Sentyabr ayı üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

    Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür.

    Ölkələr üzrə Türkiyə Respublikasından 292, Rusiya Federasiyasından 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarus Respublikasından 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10, İtaliya, Latviya respublikalarının və Macarıstanın hər birindən 6, Çex, Litva və Polşa respublikalarının hər birindən 5, Almaniya Federativ və Çin Xalq respublikalarının hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstan respublikalarının hər birindən 2, Pakistan İslam Respublikası, Avstriya, Estoniya, Qırğız respublikaları, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən 1 müraciət qeydə alınıb.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.

  • Группа преподавателей получит финансовое вознаграждение

    Агентство по обеспечению качества в образовании (TKTA) выделит финансовое вознаграждение группе преподавателей высших учебных заведений Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на iqtisadiyyat.az, агентство заключило контракты с 12 преподавателями вузов.

    Согласно подписанным соглашениям, следующим преподавателям, привлеченным к оценке институциональной аккредитации высших учебных заведений, будут выплачены указанные суммы:

    1) Араз Азад оглу Асланлы – 1 300 манатов;

    2) Лачын Везир оглу Абышлы – 1 300 манатов;

    3) Севиндж Бариз гызы Сейидова – 1 175 манатов;

    4) Ислам Ахмед оглу Гусейнов – 1 175 манатов;

    5) Милана Юнис гызы Аббасова – 1 175 манатов;

    6) Галиб Халил оглу Аббасзаде – 1 175 манатов;

    7) Наргиз Асеф гызы Алиева – 1 175 манатов;

    8) Джахангир Ханоглан оглу Джахангирли – 1 175 манатов;

    9) Шамхал Беюкага оглу Абилов – 1 175 манатов;

    10) Хадиджа Ариф гызы Салахлы – 1 175 манатов;

    11) Лала Халил гызы Абасова – 1 175 манатов;

    12) Эсмира Гасым гызы Османова – 1 175 манатов.

  • Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək

    Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentlik ümumilikdə 12 ali məktəb müəllimi ilə müqavilə bağlayıb.

    Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:

    1) Aslanlı Araz Azad oğlu – 1 300 manat;

    2) Abışlı Laçın Vəzir oğlu – 1 300 manat;

    3) Seyidova Sevinc Bariz qızı – 1 175 manat;

    4) Hüseynov İslam Əhməd oğlu – 1 175 manat;

    5) Abbasova Milana Yunis qızı – 1 175 manat;

    6) Abbaszadə Qalib Xəlil oğlu – 1 175 manat;

    7) Əliyeva Nərgiz Asəf qızı – 1 175 manat;

    8) Cahangirli Cahangir Xanoğlan oğlu – 1 175 manat;

    9) Əbilov Şamxal Böyükağa oğlu – 1 175 manat;

    10) Salahlı Xədicə Arif qızı – 1 175 manat;

    11) Abasova Lalə Xəlil qızı – 1 175 manat;

    12) Osmanova Esmira Qasım qızı – 1 175 manat.

  • Полковник упразднённого МНБ досрочно освобожден из-под стражи

    Полковник Эльджан Абдуллаев, работавший в ныне расформированном Министерстве национальной безопасности Азербайджана (МНБ) и осуждённый по тому же делу, что и генерал Низами Ширинов и лишённый звания Мовлам Шихалиев, досрочно освобождён.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, по решению суда оставшийся год наказания полковника засчитан условно.

    Освобождён он из исправительного учреждения, где отбывал срок.

    Отметим, что Эльджан Абдуллаев занимал должность начальника управления в МНБ. Он был признан виновным в превышении должностных полномочий, вымогательстве с угрозами и других тяжких преступлениях.

    Напомним, генерал Низами Ширинов по тому же делу был освобождён две недели назад, а Мовлам Шихалиев в настоящее время находится в заключении.

  • Generaldan sonra polkovnik də azadlığa çıxdı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şirinov və rütbədən məhrum edilmiş Mövlam Şıxəliyevlə eyni cinayət işi üzrə məhkum edilmiş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa çıxıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.

    Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

    Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.

    Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şıxəliyev isə hazırda həbsdədir.

  • Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi

    Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının həyətində qohumlar arasında dava olub.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü rayon sakini Teymur Babayev RİH-in inzibati binasının həyətində ucadan səs-küy salıb. Qayınatası Cəfər Quliyev (adı və soyadı şərti verilib – red.) və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

    T.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

    İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə boşanma ərəfəsindədir:

    “Məlum hadisə günü qəyyumluqla bağlı Ağstafa RİH-də iclasda olan zaman qayınatam və qayınanamın mənim anamla kobud rəftar etdiyi üçün əsəbiləşdim. İclasdan çıxanda onlara qarşı nalayiq ifadələr işlətdim”.

    İş üzrə zərərçəkmiş bildirib ki, kürəkəni RİH-in binasının həyətində ucadan səs-küy salıb, ünvanlarına təhqiramiz ifadələr işlədib, onları öldürəcəyi ilə hədələyib.

    Ağstafa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətə inzibati qaydada həbs edilib.

  • В Мингячевире скончалась 80-летняя женщина, по неосторожности выпив уксусную кислоту

    В Мингячевире отравилась 80-летняя женщина.

    Как сообщает Oxu.Az, Диляра Оруджова (1945 г.р.) по неосторожности выпила уксусную кислоту.

    Женщина была госпитализирована, однако она скончалась в медучреждении.

    По данному факту ведется расследование.