Month: October 2025

  • Майор брал взятки за трудоустройство в санаторий – ПОДРОБНОСТИ коррупции в Минобороны

    Стали известны подробности в связи с арестом начальника Центрального военного санатория Министерства обороны Азербайджана майор Ильхама Хагвердиева.

    Как сообщает Qafqazinfo, факт коррупции выявила Военная прокуратура. По результатам расследования были приняты соответствующие меры. Предварительное следствие установило, что И.Хагвердиев, злоупотребляя служебным положением, устраивал на работу гражданских лиц за взятки.

    В частности, он получил 2 500 манатов за назначение одного человека инспектором по пожарной безопасности, а также 1 500 манатов за прием на работу женщины в качестве уборщицы. Кроме того, сообщается, что Хагвердиев взял 500 манатов за перевод администратора объекта с ночной смены на дневную, а также дополнительную сумму за продление трудового договора дизелиста-электрика.

    Майору предъявлено обвинение по статье 311.3.2 (получение взятки неоднократно) Уголовного кодекса Азербайджана. В настоящее время расследование продолжается. Не исключается, что в ходе предварительного следствия могут выявиться и другие эпизоды преступной деятельности.

    Сам обвиняемый не согласен с предъявленными обвинениями. Сегодня он подал апелляционную жалобу на решение о заключении под стражу.

  • İlham Haqverdiyevə qarşı ittiham irəli sürüldü

    Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

    Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib.

    Belə ki, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2 500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1 500 manat alıb. Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı bildirilir.

    Mayora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvətalma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun ətrafında araşdırma davam edir. İbtidai istintaq dövründə cinayət işi üzrə başqa epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.

    Təqsirləndirilən şəxs özü isə ittihamla razılaşmır. O bu gün həbs qərarından apellyasiya şikayəti verib.

  • Filippin sahillərində güclü zəlzələ oldu

    Oktyabrın 20-də Filippin sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Zəlzələnin episentri Mati şəhərindən 124 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

    İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

  • Президент Ильхам Алиев прибыл с государственным визитом в Казахстан – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев 20 октября прибыл с государственным визитом в Республику Казахстан (РК).

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту города Астана в честь азербайджанского лидера был выстроен почетный караул.

    Ильхама Алиева встретил президент РК Касым-Жомарт Токаев.

    Под звуки военного марша почетный караул прошел перед главами государств.














  • Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.














  • Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında

    Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dinidirilib.

    Şahid R.R-in (şərti inisial) 15 yaşı olduğu üçün qanuni nümayəndəsi ilə birgə ifadə verib. O, Abdulla Əliyevi tanımadığını söyləyib və tanımadığı bir şəxsin ona sosial şəbəkədən yazaraq bu işə yönləndirməyə çalışdığını əlavə edib: “Mənə “TikTok”dan yazıb dini yönəlimlə bağlı danışdırmağa çalışdılar. Daha sonra Abdulla ilə danışmışam. Mən bu məsələlərə qarışmamışam. Onların aralarında Sinaqoqa hücumla bağlı söhbət etdiklərinin şahidi olmuşam, amma əsla onlara qatılmamışam”.

    Şahid X.P. “Qış parkı” ərazisində “jek”in işçisi kimi çalışdığını və Abdullanı həmin yerin yaxınlığında tutularkən gördüyünü söyləyib: “Abdulla maşında ikən tutuldu. Maşında bıçaq, balta, benzin və sairə olduğunu gördüm. Hadisə yerində çəkiliş olanda Abdulla tapılan əşyaların onun olduğunu dedi”.

    Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib.

    Prosesin davamında vəkilinin suallarını cavablandıran Abdulla Əliyev bildirib ki, o, “Əhli-sünnə vəl-Cəmaat” adlı islam cəmiyyətinin üzvü olub. Söhbətlərinin birində yəhudiləri öldürmək istədiyini söyləyib: “Mən dedim ki, Fələstin məsələsinə görə yəhudini rahat öldürərdim. Düzdür, molotov kokteyli söhbəti olub. Özümü təqsirli bilirəm ona görə ki, Azərbaycan tolerant ölkədir və mən bütün dinlərə hörmət etməliydim”.

    Sədrlik edən hakim ondan əlində fürsət olsa, bu əməli edib-etməyəcəyini soruşub.

    Abdulla Əliyev fikirləşdirdikdən sonra bildirib ki, edə bilməzdi.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

    Növbəti proses oktyabrın 27-nə təyin edilib.

    Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

    Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

    Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olması araşdırılan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb. Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Belə ki, o, 28 dekabr 2024-cü il tarixində “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd “Molotov kokteyli” və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.

    Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.

    Onun mobil telefonunda “SimpleX” ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı “KHALIFATUL MUSLİMUN” adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.

  • AZAL: Совершивший экстренную посадку в аэропорту Пулково самолет полностью прошел плановый техосмотр

    20 октября 2025 года самолет Airbus A320, принадлежащий авиакомпании Azerbaijan Airlines (AZAL) и выполнявший рейс J2-020 по маршруту Санкт-Петербург – Баку, вернулся и совершил экстренную посадку в аэропорту Пулково.

    Как передает Median.Az со ссылкой на пресс-службу AZAL, данное воздушное судно регулярно проходило полный технический осмотр с момента ввода в эксплуатацию в парке авиакомпании и был полностью технически исправен во время вылета из Санкт-Петербурга.

    “Самолет полностью прошел плановый общий техосмотр (A-check) в сентябре 2025 года. Все технические работы были выполнены в соответствии с требованиями производителя и внутренними процедурами авиакомпании.

    Наши опытные пилоты полностью соблюдали внутренние правила AZAL и международные нормативные требования.

    Благодаря профессионализму наших пилотов все потенциальные риски, возникшие во время полета, были сведены к минимуму, безопасность пассажиров и полета была обеспечена на максимальном уровне”, – говорится в информации.

  • Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?

    20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.

    AZAL-dan verilən məlumata görə, “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.

    Bildirilib ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan (“A-check”) tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib:

    “Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.

    Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub”.

  • Арда Туран: Я испытываю большое уважение к сборной Азербайджана

    Для меня это было непросто. Я испытываю большое уважение к сборной Азербайджана.

    Об этом заявил главный тренер украинского клуба “Шахтёр” Арда Туран.

    Турецкий специалист отметил, что наблюдал за матчем отборочного этапа чемпионата мира 2026 года между сборными Украины и Азербайджана со стадиона:

    “Сейчас я работаю здесь и чувствую себя частью украинского народа. В том матче я поддерживал Украину. Сборная Украины показала отличную игру против Исландии и Азербайджана”.

    Отметим, что прошедшая в Польше встреча завершилась победой номинальных хозяев поля со счётом 2:1.

  • Arda Turan: “Azərbaycan millisinə böyük hörmətim var”

    “Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var”.

    Bu sözləri Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan deyib.

    Türkiyəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna – Azərbaycan görüşünə stadiondan baxdığını vurğulayıb:

    “Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var. Burada işləyirəm və özümü Ukrayna xalqının bir parçası kimi hiss edirəm. Həmin matçda Ukraynanı dəstəklədim. Ukrayna yığması İslandiya və Azərbaycana qarşı çox yaxşı oynadı”.

    Qeyd edək ki, Polşada keçirilən Ukrayna – Azərbaycan oyununda nominal meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.