Month: October 2025

  • Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesə ekspertlər onlayn formada qoşulub.
    Baş verən qəza ilə bağlı rəy verən Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev tərəflərin suallarını cavablandırıb.
    Təqsirləndirilən həkim Azər Maqsudovun vəkili Musa Abdinov qeyd edib ki, ekspertlər təqdim etdikləri rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyib.
    Vəkil, ekspertlərin hadisə ilə bağlı verdiyi rəyin yanlış olduğunu bildirib.
     
    Ekspertlər hadisə ilə bağlı verdikləri rəyi izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.
    Zərərçəkmiş tərəfin vəkilləri ekspertin rəyi ilə razılaşıb.
    Daha sonra məhkəmə mülki iddiaya baxıb.
    Təqsirləndirilən Azər Maqsudov mülki iddianı qəbul etməyib: “Biz mərhumun 3-7-40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Mülki iddia yenidən 400 min manat olub. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm”.
    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı məhkəmədən çıxış üçün vaxt istəyib.

    Proses oktyabrın 27-də davam etdiriləcək.
    Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
    Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
    Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
     
    Apa

  • Bölgələrdə heyvan bazarları bağlandı – Ətin qiymət bahalaşacaq? (VİDEO)

    Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıdan olan fermerlərin sözlərinə görə. mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.

    Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.

    Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər.

    Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

  • В Баку совершена кража на 15 тысяч манатов

    В Баку задержан мужчина, подозреваемый в краже золотых украшений.

    Как сообщили в МВД, в полицию поступила информация о краже из одного из домов, расположенных в Насиминском районе столицы. Из жилища были похищены золотые украшения и наличные деньги на общую сумму 15 тысяч манатов.

    Сотрудниками 19-го отделения Насиминского РУП был задержан подозреваемый – 38-летний З. Гасымов.

    По факту ведется расследование.

  • Bakıda evdən 15 min manatlıq oğurluq olub

    Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.

    Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Число отравившихся в Бурятии выросло до 89

    Количество отравившихся продукцией в магазинах “Николаевский” в Улан-Удэ (Республика Бурятия, РФ) выросло с 43 до 89 человек.

    Об этом сообщила в своем Telegram-канале министр здравоохранения региона Евгения Лудупова.

    “Данные оперативного штаба Минздрава Бурятии и регионального управления Роспотребнадзора по вспышке острой кишечной инфекции и сальмонеллеза: на 10:00 (06:00 по бакинскому времени) сегодня зарегистрировано 89 случаев, из них 11 сальмонеллеза, в том числе 49 детей”, – сообщила она.

    Лудупова добавила, что всего 55 человек госпитализированы, из них 34 ребенка. Состояние всех пострадавших стабильное, один человек в реанимации с положительной динамикой. Ранее сообщалось о госпитализации 40 человек, в том числе 22 детей.

  • Buryatiyada zəhərlənənlərin sayı 89-a çatıb

    Ulan-Udedəki (Rusiya – red.) “Nikolayevski” mağazasının məhsullarından zəhərlənənlərin sayı 43-dən 89-a yüksəlib.

    Bu barədə regionun səhiyyə naziri Yevgeniya Ludupova öz “Telegram” kanalında məlumat paylaşıb.

    “Buryatiya Səhiyyə Nazirliyinin və regional “Rospotrebnadzor” idarəsinin kəskin bağırsaq və salmonella infeksiyaları ilə bağlı əməliyyat qərargahının məlumatlarına əsasən, bu gün saat 10:00-a (Bakı vaxtı ilə 06:00) qədər 49-u uşaq olmaqla, 89 hadisə qeydə alınıb”, – deyə o bildirib.

    Ludupova əlavə edib ki, ümumilikdə 55 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 34-ü uşaqdır. Bütün zərərçəkənlərin vəziyyəti sabitdir, bir nəfər müsbət dinamika ilə reanimasiyadadır. Daha əvvəl isə 40 nəfərin, o cümlədən 22 uşağın xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

  • Ведется расследование по факту попытки заключения раннего брака в Азербайджане

    В Государственный комитет поступила информация о готовящейся свадьбе жительницы села Туркеди Сабирабадского района Салманлы Захры Ганимат гызы 2008 г.р. с Мехбалыевым Орханом Енгибар оглу 1990 г.р. – жителем села Йолчубейли.

    Как сообщили АПА в Госкомитете по проблемам семьи, женщин и детей, сотрудники Госкомитета, отдела полиции района и других структур с участием представителей местной исполнительной власти навестили обе семьи. Им была представлена информация о Законе Азербайджанской Республики «О внесении изменений в Семейный кодекс, Уголовный кодекс и Кодекс об административных правонарушениях», принятых 24 июня 2024 года и вступивших в силу 1 июля 2025 года.

  • Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb

    Dövlət Komitəsinə Sabirabad rayonu, Türkədi kənd sakini 19.06.2008-ci il təvəllüdlü Zəhra Qənimət qızı Salmanlının Yolçubəyli kənd sakini 03.01.1990-ci il təvəllüdlü Orxan Yengibar oğlu Mehbalıyev tərəfindən erkən evliliyə cəlb edilməsi faktı ilə bağlı məlumat daxil olub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, faktın araşdırılması məqsədilə komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.

    “Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib. Səfərlər zamanı hər iki ailəyə 24 iyun 2024-cü il tarixində qəbul edilən və 01 iyul 2025-ci il tarixində qüvvəyə minən Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib.

    Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi nəzərdə tutulur. Faktla bağlı qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib”, – məlumatda qeyd olunub.

  • İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?

    “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə İlqar Mustafayev ifadə verib.

    Təqsirləndirilən sabiq idarə rəhbəri prokurorun Fuad Babayevlə bağlı sualına cavabında bildirib ki, onun tabeliyində ümumilikdə 980 nəfər işçi olub və Fuad Babayev də onlardan biri kimi fəaliyyət göstərib.

    O, Dənizkənarı Bulvar İdarəsinin ərazisində sərnişinlərə xidmət edən gəmilər və digər gəlir gətirən sahələrin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib:

    “Mənim vəzifəm yalnız ümumi nəzarətin həyata keçirilməsi idi. Mənə elan olunan ittihamda göstərilən məbləğlərin bu sahələrlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Bu rəqəmlər virtual şəkildə qeyd olunub, başım çıxmır. Dayanacaqlarla bağlı da eyni vəziyyətdir. Əgər bu obyektləri işlədənlər vergi ödəyiblərsə, məni niyə vergi ödəməməkdə ittiham edirlər?”

    İlqar Mustafayev əlavə edib ki, fiziki şəxslərlə bağlanan müqavilələrdən əldə olunan gəlirlər qeyri-büdcə vəsaitləri hesabına olub və o bu gəlirlərdən vergi ödəyib.

    Onun vəkili çıxışı zamanı ittihamda əsas diqqətçəkən məqamdan danışıb:

    “İlqar Mustafayev barədə ittihamda göstərilir ki, o, 2016-cı ildə vəzifəyə təyin olunduğu ildən etibarən 8 milyon, sonrakı altı il ərzində isə 6 milyon manat mənimsəyib”.

    Məhkəmə araşdırması noyabrın 3-də davam edəcək.

    Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” PHŞ-nin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materiallar əsasında istintaq aparılıb.

    İstintaqla müəyyən edilib ki, İlqar Mustafayev idarə heyətinin sədri olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Onlar qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti və gəmi gəzintilərindən əldə edilən ümumilikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq vergi borcunu ödəmədiyi və 10 milyon manatdan çox məbləğdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özünün və qohumlarının adına əmlak alqı-satqısı yolu ilə leqallaşdırdığı bildirilir.

    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

    İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    İş üzrə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

  • Mingəçevirdə maşın velosipedçini vurdu

    Mingəçevirdə maşın velosipedçini vurub.

    “Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində baş verib. “VAZ-2107” markalı avtomobil velosipedçini vurub. Qəza zamanı yaralanan velosipedçi, 30 yaşlı Qərib Sabirzadə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.