Month: October 2025

  • Prezident: “ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır”

    “ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı bildirib ki, Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

  • Prezident: “Azərbaycan beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir”

    “Azərbaycan, eyni zamanda, beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.

    Prezident İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilib.

  • İlham Əliyev ICAPP Asiya Mədəniyyət Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən müraciətin tam mətnini təqdim edir:

    “Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

    Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.

    ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

    Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

    Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.

    Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.

    Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.

    Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.

    İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.

    Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram”.

  • На Солнце 17 октября произошли две сильные вспышки

    Две вспышки предпоследнего класса мощности – М произошли на Солнце в ночь на 17 октября.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики.

    “17 октября в 02:19 мск (03:19 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4246 (N23W67) зарегистрирована вспышка M1.0 продолжительностью 16 минут. <…> в 04:28 мск (05:28 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4246 (N23W67) зарегистрирована вспышка M1.5 продолжительностью 25 минут”, – отмечается в сообщении.

    16 октября сообщалось о пяти сильных вспышках из той же группы пятен.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə iki güclü partlayış baş verib

    Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M güc sinfinə aid iki partlayış baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Oktyabrın 17-də Moskva vaxtı ilə saat 02:19-da (Bakı vaxtı ilə 3:19-da – red.) 4246-cı (N23W67) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 04:28-də (Bakı vaxtı ilə 05:28 – red.) 4246 (N23W67) günəş ləkələri qrupunda rentgen diapazonunda 25 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, oktyabrın 16-da eyni günəş ləkəsi qrupundan beş güclü partlayış baş vermişdi.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb

    Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

    Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.

    Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.

  • Обогнав BMW и Mercedes: Toyota стала самым дорогим автобрендом в мире

    Консалтинговая компания Interbrand выпустила традиционный ежегодный отчет о стоимости мировых брендов. Несмотря на изменение позиций и оценок, а также появление новых участников из Китая в первой сотне, аналитики подчеркнули устойчивость автомобильного сектора.

    Среди мировых автопроизводителей самой дорогой маркой была признана Toyota, которая заняла шестое место в общем списке, уступая только представителям IT-индустрии. Аналитики отмечают устойчивый рост стоимости японского бренда с 2020 года, когда она оценивалась в 51.6 млрд долларов, а к 2025-му ожидается увеличение до 74.2 млрд, что на 2% превысит показатель предыдущего года.

    В то же время Mercedes-Benz потерял 15% своей ликвидности, опустившись до 50.1 млрд долларов и заняв 10-е место в списке. BMW также продемонстрировал негативную динамику, потеряв 10% и достигнув оценки в 46.8 млрд долларов и заняв 14-ю строчку.

    В топ-25 автомобильных брендов вошла только Tesla, заняв 25-е место. Стоимость марки Илона Маска снизилась на 35% за год и теперь составляет 29.5 млрд долларов. Отрицательная динамика Tesla наблюдается с 2023 года.

    Также в списке оказались Honda, Hyundai, Audi, Ferrari, Volkswagen, Porsche, Nissan и Kia. На 97-м месте расположился Range Rover. Отметим, что традиционные американские марки в рейтинге не представлены, хотя есть несколько китайских. На 81-м месте оказалась Xiaomi с оценкой в 9.5 млрд долларов, а на 96-м – Huawei (7.6 млрд долларов). Впервые в рейтинге оказался BYD, который занял 90-е место с оценкой в 8.1 млрд долларов.

  • Dünyanın ən bahalı avtomobil brendləri – SİYAHI

    “Interbrand” konsaltinq şirkəti dünya brendlərinin dəyərləri ilə bağlı ənənəvi illik hesabatını dərc edib.

    Median.Az-ın “Carscoops” nəşrinə istinadən verdiyi məlumata görə, hesabatda “Toyota” dünya avtomobil istehsalçıları arasında ən bahalı marka kimi göstərilib.

    Belə ki, dəyəri 74.2 milyard dollar olan “Toyota” şirkəti siyahıda altıncı yerdə qərarlaşaraq yalnız IT nəhənglərindən geri qalıb. Şirkətin dəyəri ötən ilə nisbətən 2% artıb.

    Almaniya brendləri olan “Mercedes-Benz” (50.1 milyard dollar) və BMW (46.8 milyard dollar) müvafiq olaraq 10-cu və 14-cü yerləri tutublar.

    2024-cü ildə 12-ci pillədə olan “Tesla” bu il 25-ci yerlə kifayətlənib. Siyahıda 29-cu yerdə “Honda”, 30-cu yerdə “Hyundai” gəlir. “Audi” yalnız “Ferrari”ni iki pillə qabaqlayaraq 52-ci yerə yüksələ bilib.

    “Volkswagen” və “Porsche” müvafiq olaraq 56 və 57-ci yerləri tutublar. “Nissan” 82-ci yerə yüksələ bilib. Siyahını 89-cu yerdə “Kia”, 97-ci yerdə isə “Range Rover” tamamlayır.

  • ABŞ-də təyyarə qəzaya uğradı, 3 nəfər öldü

    ABŞ-nin Miçiqan ştatının Bat şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

    Median.Az “CBS News”a istinadən xəbər verir ki, faciə oktyabrın 16-da yerli vaxtla təxminən 17:00-da baş verib.

    Məlumata görə, polis və yanğınsöndürənlər dərhal qəza yerinə gəlib və təyyarədə olanların hamısının cəsədlərini aşkar ediblər.

    Həlak olanların adları və yaşları hələlik açıqlanmır. Federal Aviasiya Administrasiyası qəzanın səbəblərini araşdırır.

    Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil.

  • Dönərin pulunu verməyən müştərini döydü, 1 200 manat ziyana düşdü

    Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nofəl Cəbrayılovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.Az-a istinadla xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 1 200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

    İttiham aktına görə, hadisə 14 may 2025-ci il tarixdə, saat 13:15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən dönərxananın qarşısında qeydə alınıb.

    Belə ki, Nofəl Cəbrayılov dönərçi işlədiyi sözügedən dönərxanaya gələn müştəri, zərərçəkmiş Səlim Kərimli (adı və soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin sifariş verdiyi dönərin pulunu verməməsi olub.

    Sonra Nofəl zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, ona fiziki zor tətbiq edib və yumruqla sol qoltuqaltı nahiyəsindən vuraraq bədən xəsarəti yetirib.

    Daha sonra Nofəl Cəbrayılov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.