Month: October 2025

  • В Саатлы скончалась ученица 8-го класса

    В Саатлинском районе скончалась несовершеннолетняя.

    Как сообщает Oxu.Az, ученица 8-го класса полной средней школы №1 имени С.Вургуна Бикя Аббасова умерла после продолжительной болезни.

    Отмечается, что в последние годы школьница боролась с онкологическим заболеванием.

  • Saatlıda 8-ci sinif şagirdi vəfat etdi

    Saatlı rayonunda 8-ci sinif şagirdi vəfat edib.

    Rayonun S.Vurğun adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Bikə Mirzəxan qızı Abbasova uzun sürən xəstəlikdən sonra həyatını itirib.

    Onun son illərdə xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilib.
    //oxu.az

  • Жители поселка Масазыр возмущены: на территории парка ведутся незаконные строительные работы? – Видео

    В парке имени Алиаги Вахида, расположенном на одноименной улице в поселке Масазыр Абшеронского района, была пресечена попытка незаконного строительства. По сообщениям местных жителей, на территории общественного парка планировалось открытие ресторана-кафе.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, жители утверждают, что после разделения ограждения парка на две части, они были вынуждены восстанавливать прилегающую к их домам часть за свой счет. По их словам, на эти действия было получено согласие муниципалитета Масазыра и представителей поселка.

    Представители Исполнительной власти Абшеронского района сообщили, что сразу после получения информации о строительных работах на территории парка сотрудники провели осмотр участка. В ходе расследования выяснилось, что аварийное ограждение было демонтировано в ночное время, а частным лицом возведена новая часть забора на территории парка. Утром строительство ограждения было приостановлено, а незаконная постройка демонтирована.

    По факту незаконных строительных работ составлен протокол, материалы переданы в правоохранительные органы для дальнейшего расследования.

    Подробнее – в видеоматериале:

  • Park ərazisində qanunsuz tikinti aparılıb? – Sakinlərdən ŞİKAYƏT (Video)

    Abşeron rayonu, Mazasır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən eyniadlı parkın ərazisində qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. İddialara görə, sakinlər üçün salınmış parkda restoran-kafe açılması planlaşdırılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, parkın hasarı iki yerə bölündüyündən onlar məcbur qalaraq həyətlərinə düşən hissəni şəxsi təşəbbüsləri hesabına bərpa etmək istəyiblər.

    Bununla bağlı Masazır bələdiyyəsi və qəsəbə nümayəndəliyinin razılığını da alıblar.

    Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Masazırda park ərazisində tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olan kimi əməkdaşlar əraziyə baxış keçiriblər. Araşdırma zamanı məlum olub ki, qəzalı vəziyyətdəki hasar gecə saatlarında sökülüb və park ərazisində vətəndaş tərəfindən hasarın bir hissəsi tikilib. Səhər saatlarında da hasarın inşası dayandırılıb, qanunsuz tikili sökülüb. Həyata keçirilən qanunsuz tikinti işləri protokollaşdırılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır

    Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır.

    Bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5 ildir. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər.

    Layihəyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün isə 10 il olacaq.

    Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılacaq.

    Mövcud qanunvericiliyə əsasən, azı tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər.

    Layihəyə əsasən, ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə biləcəklər.

    Həmçinin, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə əyani təhsilalma müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.

    Bundan əlavə, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 35, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 (hazırda 50 yaşdır) yaş olacaq.
    Mövcud qanunvericiliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər.

    Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 1 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla biləcəklər.

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hərbi qulluqçular “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində də sərəncamda olacaqlar.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır – VİDEO

    Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 320 ünvanında yerləşən 12 A saylı doqquzmərtəbəli binanın köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, yaşlılar və xəstələr də daxil olmaqla bütün bina sakinləri 1 aydır ki, binaya ayaqla çıxıb-düşməli olurlar.

    Sakinlərin sözlərinə görə, əvvəlki liftlər köhnə olsa da, işlək vəziyyətdə olub. Həmin liftlər istismar müddəti bitdiyi üçün yenilənmək məqsədilə sökülüb. Amma yenisi quraşdırılmayıb.

    Məsələ ilə əlaqədar Gəncə Mənzil Kommunal İstehsalat Birliyindən bildirildi ki, sözügedən ünvanda köhnə liftin demontaj prosesi zamanı şaxtada problem çıxıb və bununla bağlı iş dayandırılıb.

    FHN-in Dağ-Mədən Nəzarəti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Agentliyinin Qərb Regional Müfəttişliyinin mütəxəssisləri də şaxtaya baxış keçirərək akt tərtib ediblər. Yaranmış problem aradan qaldırıldıqdan sonra qurum mütəxəssislərinin növbəti rəyi əsasında montaj işləri yekunlaşdırılacaq və lift istismara veriləcək.

  • Sumqayıtda evdən oğurluq edən qadınlar ələ keçdilər

    Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsinin sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.

    Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah şimşək çaxacaq, dolu düşəcək

    Azərbaycan ərazisində oktyabrın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

  • Sumqayıtda FACİƏ: başı daşa çırpıldı, yerindəcə keçindi

    Sumqayıtda kişi küçədə yıxılaraq, ölüb.

    Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
    43 yaşlı Elşən Altay oğlu Kələntərli küçədə yıxılıb və başı daşa çırpılıb. Nəticədə zərərçəkən hadisə yerində ölüb.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Yasamaldakı atışmaya görə iki nəfər TUTULDU

    Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

         
    DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.
    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
    Qeyd edək ki, dünən Yasamal rayonu ərazisində baş verən silahlı insident zamanı iki nəfər güllələnib.