Month: October 2025

  • İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.




  • Первый замглавы Госагентства по охране стратегических объектов Азербайджана подал в отставку

    Первый заместитель главы Государственного агентства по охране стратегических объектов Азербайджанской Республики Исмайыл Гусейнов покинул свою должность.

    Как сообщает Bakupost, Гусейнов был освобожден от занимаемой должности на основании собственного заявления.

    И.Гусейнов родился 16 ноября 1974 года в Нахчыване. С 2018 по 2023 год он работал первым заместителем председателя Государственного таможенного комитета Азербайджана. В этот период ему было присвоено высшее звание генерал-лейтенанта таможенной службы. С 2023 года Исмайыл Гусейнов перешел на службу в Государственное агентство по охране стратегических объектов.

  • Məşhur general işdən azad edildi

    Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifəsindən azad olunub.

    Median.Az “Bakupost”a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

    İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

  • Samuxda teplovoz yandı

    Samuxda yanğın qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Belə ki, Bakı-Böyük-Kəsik dəmiryolu xəttində hərəkətdə olan teplovozda anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

    Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.

  • İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

    Narkotik tərkibli həblərin oktybarın 13-də Azərbayana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Xırdalanda 19 yaşlı oğlan həmyaşıdını qətlə yetirdi

    Abşeronda ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Abşeron rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

  • Tikilməkdə olan məktəb binasından oğurluq etdi

    Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

    Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

    Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Oktyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbaraatan, 4 tapança, 3 qumbara, 6 tüfəng, 2 patron darağı və 767 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı

    Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

  • Hindistanda 20 sərnişin diri-diri yanaraq öldü

    Hindistanın Codhpura şəhərində dəhşətli hadisə baş verib.

    Sərnişin avtobusunun anidən alovlanması nəticəsində azı 20 nəfər diri-diri yanıb.

    Hadisə nəticəsində 16 sərnişin isə ağır yaralanıb. Polisin bildirdiyinə görə, içərisində 57 sərnişin olan avtobusda yanğına qısaqapanma səbəb olub.

    Məlumata görə, Caysalmer-Codhpur magistralında avtobusun arxa hissəsindən tüstü qalxmağa başlayıb. Sürücü avtomobili kənara çəksə də, qısa müddətdə bütün avtobus alovlara bürünüb. Yerli sakinlər və yoldan keçənlər hadisə yerinə gələrək xilasetmə işlərinə kömək ediblər. Əməliyyatda hərbçilər də iştirak edib. Polis əlavə edib ki, ağır yaralanan 16 sərnişin Codhpurdakı xəstəxanaya aparılıb.