Month: October 2025

  • Gələn ildən Şuşada “hiking” turları başlayacaq

    Gələn ilin yaz fəslindən etibarən Şuşada “hiking” (piyada dağ yürüşü) turları təşkil olunacaq.

    “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

    Onun sözlərinə görə, hazırda Şuşada kanat yolunun tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.

    A.Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, onların 23 mini şəhərdə gecələyib.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa 2026-cı il üçün “ECO-nun turizm paytaxtı” elan olunub. Bu qərar Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatında mühüm yer tutan Şuşaya xüsusi ehtiramın göstəricisidir və üzv dövlətlər arasında turizm əməkdaşlığının genişlənməsinə töhfə verəcək.

  • Азербайджан увеличил транспортировку газа по TANAP более чем на 2%

    В январе–сентябре 2025 года по Трансанатолийскому газопроводу (TANAP) из Азербайджана экспортировано почти 4,3 млрд кубометров газа, что на 0,1 млрд кубометров или 2,4 % больше, чем за аналогичный период прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на данные Минэнерго Азербайджана.

    По данным ведомства, экспорта азербайджанского газа за девять месяцев текущего года составил 18,3 млрд кубометров, что на 0,5 % меньше, чем годом ранее.

    Из этого объема 9,4 млрд кубометров направлено в Европу (показатель остался на уровне прошлого года). В Турцию за отчетный период экспортировано 7,3 млрд кубометров (сохранился на прежнем уровне), а в Грузию – 1,6 млрд кубометров (снизились на 5,9%).

  • Azərbaycan TANAP ilə qaz nəqlini 2 %-dən çox artırıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,3 milyard kubmetrə yaxın qaz nəql edib.

    Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

    Bildirilib ki, bu, illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,4 % çoxdur.

    Ümumilikdə, bu ilin üç rübü ərzində Azərbaycandan xaricə qaz satışı 18,3 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 0,5 % azdır.

    Eyni zamanda, ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə eynidir.

    Hesabat dövründə Azərbaycandan Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb, Gürcüstana qaz ixracı isə 0,1 milyard kubmetr və ya 5,9 % azalıb.

    Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

    TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

    Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

    Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

  • Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib

    Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 200 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

    Bu barədə Median.Az ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

    Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 202,4 dollar (+0,64%) təşkil edib. Bakı vaxtı ilə saat 05:17-yə olan vəziyyətə görə, qızılın dəyəri bir unsiya üçün 4 199,8 dollara qədər artımını yavaşladıb (+0,58%).

  • Türkiyədə zavodda partlayış: Ölən və yaralılar var

    İstanbulun Tuzla bölgəsində gəmiqayırma zavodunda partlayış baş verib.

    Median.Az DHA-ya istinadən xəbər verir ki, hadisə zamanı zavodun 1 işçisi ölüb, 3 nəfər xəsarət alıb.

    Məlumata görə, hadisə zavodun mühərrik zalında qeydə alınıb.

    Partlayış baş verən əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib. Yaralılar xəstəxanaya aparılıblar.

    Hadisənin dəqiq səbəbi bilinmir.

  • Premyer Liqada 11-ci tur “Zəfər turu” adlanacaq

    Azərbaycan Premyer Liqasında 11-ci tur “Zəfər turu” adlanacaq.
     
    Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
     
    Xatırladaq ki, 8 noyabr – 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib. 
     
    7 noyabr (cümə)
     
    “Şamaxı” – “İmişli”
    Şamaxı şəhər stadionu, 13:44
     
    “Qəbələ” – “Sumqayıt”
    Qəbələ şəhər stadionu, 16:44
     
    8 noyabr (şənbə)
     
    “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
    “Liv Bona Dea Arena”, 15:44
     
    “Zirə” – “Turan Tovuz”
    Zirə İK stadionu, 18:44
     
    9 noyabr (bazar)
     
    “Kəpəz” – “Sabah”
    Qəbələ şəhər stadionu, 15:44
     
    “Qarabağ” – “Neftçi”
    “Azersun Arena”, 18:44

  • В Баку спасли животных, содержащихся в кафе в неприемлемых условиях

    В Баку из кафе “Колорит” изъяли животных, содержащихся в неприемлемых условиях.

    Как сообщает Median.Az со ссылкой на Агентство продовольственной безопасности Азербайджана (АПБА), в кафе в клетках держали 5 голубей, 15 кроликов, 2 петухов и 4 черепах.

    Отмечается, что в отношении животных не производилось необходимого ветеринарного контроля. Они изъяты и переданы по назначению, при этом принимаются другие необходимые меры.

  • Bakıda kafedə baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar xilas edildi

    “Kolorit” kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Fərid Fərhad oğlu Ələkbərzadəyə məxsus “Kolorit” kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.

  • Ramil Həsənin deputat fəaliyyətinə xitam verildi – FOTO

    Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

    İclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

    Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də TÜRKPA-nın Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.

  • Əhməd əl-Şaraa Putinlə görüşdü

    Rusiya Suriyanın inkişafında mühüm rol oynayacaq.
     
    Bu sözləri Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib. 

    “Bu gün biz yeni Suriyada yaşayırıq. Biz bu yeni Suriyanı da dünyaya tanıtırıq və dünya Suriyanı tanımağa başlayır. Biz siyasi məqsədlərimizi irəlilətmək üçün səylər göstəririk və başa düşürük ki, artıq qeyd etdiyim kimi, bizi tarixi bağlar bağlayır və Rusiyanın bu prosesdə mühüm rolu olacaq”, – deyə o əlavə edib. 
    //sfera.az