Month: October 2025

  • Bakıda yağış yağacaq – Sabahın havası

    Bakıda və Abşeron yarımadasında oktyabrın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlardan arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

  • Respublika Hərbi Prokurorluğunda YENİ TƏYİNAT

    Respublika Hərbi Prokurorluğunda yeni təyinat olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Nicat Təhmiraz oğlu Həsənov Respublika Hərbi Prokurorluğunun komendant xidmətinin rəisi vəzifəsinə təyin olunub.

  • DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib

    İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə məlumat daxil olub.

    Məlumatda qeyd edilib ki, Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

    A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.

    Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Hərbi qulluqçuların təhsillə əlaqədar sərəncamda olma müddətlərinə dəyişiklik edilir

    Hərbi qulluqçuların təhsillə əlaqədar sərəncamda olma müddətlərinə dəyişiklik edilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

    Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

    Sənədə əsasən, qanuna əlavə edilməsi nəzərdə tutulan 38.2.1-1 maddəyə görə, hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar, vəzifədə saxlanılması mümkün olmadığı hallarda təhsil müddətində sərəncamda olacaqlar.

  • Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

    Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla yanğının kənd sakini F.Rasulov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

  • Ata həbsdə olan oğluna tərliyin içində narkotik keçirmək istədi

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1.720 qram marixuana və 1.970 qram tiryək aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

    Bakalavr təhsili alan və 10 ildən az müddətə xidmət edən zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıla biləcəklər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

    Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

    Qüvvədə olan qanuna əsasən, həqiqi hərbi xidmət dövründə Azərbaycanda və xaricdə ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) 10 ildən az müddətdə xidmət etmiş kadr zabitlər də öz arzusu ilə ehtiyata buraxıla bilirlər.

    Təklif edilən dəyişikliklə isə bu siyahıya bakalavr təhsili də əlavə edilir.

  • Prezidentdən Maliyyə Monitorinqi Xidməti ilə bağlı FƏRMAN

    Maliyyə Monitorinqi Xidmətində işçilərinin say həddi artırılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Bundan başqa, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidindən 65 ştat vahidinə artırılıb.

  • Dövlət agentliyində işçilərin say həddi artırıldı – FƏRMAN

    Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 165 ştat vahidindən 181 ştat vahidinə artırılıb.

  • Президент Ильхам Алиев принял делегацию во главе с действующим председателем ОБСЕ – ФОТО

    15 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с действующим председателем ОБСЕ, министром иностранных дел Финляндской Республики Элиной Валтонен.

    Об этом сообщает АЗЕРТАДЖ.