Month: October 2025

  • BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy salaraq narahatçılıq yaradıb, DYP əməkdaşları ilə mübahisə edib. 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb və barəsində məlum protokol tərtib olunub.

    Məhkəmə iclasında Rəvan Həsənzadə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib və bağışlanması barədə qərar qəbul edilməsini xahiş edib.

    Məhkəmə onun səhvini və beynəlxalq təşkilatındakı fəaliyyətini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəyə xitam verib. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib və 50 manat məbləğində cərimə edib.

  • İranlı milyonçu qadın Bakıda aldadılıb – “3 milyonumu mənimsəyiblər”

    İranlı milyonçu, iş xanımı Mojgan Abodi Bakıda təsis etdiyi “Azer Pak” MMC-nin sabiq baş mühasibi Fərhad Əfəndiyevin də aralarında olduğu şəxsləri 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edib.

    70 yaşlı F.Əfəndiyev istintaqın əvvəlində həbs edilib.

    İş materiallarına əsasən, “Azer Pak” MMC iranlı qadın tərəfindən yaradılmış, sabun və digər yuyucu vasitələrin satışı ilə məşğul olan şirkətdir. Fərhad Əfəndiyev on il ərzində şirkətdə baş mühasib, bir müddət isə direktor vəzifəsini icra edib. O, təqaüdə çıxdıqdan sonra Mojgan Abodinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

    Cinayət baş verən dövrdə Amerikada yaşamış Mojgan Abodi ifadəsində deyib ki, şirkətin yaradılması üçün 5-6 milyon ABŞ dolları sərmayə qoyulub: “İttiham aktında göstərilən 3 milyon 218 min manat zərər düzgündür. Bizim bir neçə ölkədə şirkətlərimiz var. Mən onlayn qaydada dörd şirkət idarə edirəm, hesabatları alır və yoxlayıram. Əgər mühasib, auditor və hüquqşünas birləşməsə belə oğurluq mümkün deyil. Onlar birləşib pulu mənimsəyiblər. Axırda məcbur qalıb polisə üz tutdum. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və bütün pulumun qaytarılmasını tələb edirəm”.

    Fərhad Əfəndiyev isə ittihamı qəbul etməyib. Onun sözlərinə görə, müəssisənin direktoru Seyfi Mirhəmid olub və onun mənimsəmədə iştirak edib-etmədiyini bilmir. Özünü təqsirli saymasa da, vurulmuş ziyanın bir hissəsini ödəyib.

    Bundan əlavə, mənimsəmədə şirkətin direktoru işləmiş Seyfi Mirhəmidin də rol oynadığı bildirilir. Zərərçəkmiş onun da məsuliyyətə cəlb edilməsində maraqlı olsa da, Seyfi Mirhəmidin harada olması hələ müəyyən edilməyib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əfəndiyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və ağır dərəcəli ürək xəstəliyi nəzərə alınaraq, cəzanın şərti hesab edilməsinə qərar verilib. Məhkəmə zalından azadlığa buraxılan F.Əfəndiyevin avtomobili üzərinə qoyulmuş həbs də zərərçəkmişin razılığı ilə götürülüb.
    //qafqazinfo

  • Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Qiymət 35% bahalaşıb

    Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.

    Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.
    Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5% bahalaşıb.

    Onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.

    Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib.

    Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.

    Ötən ildən fərqli olaraq, bu il Azərbaycana Səudiyyə Ərəbistanından da böyük miqdarda – 1 011,4 ton kərə yağı gətirilib.

    Bu ilin ilk 8 ayında Azərbaycan aşağıdakı ölkələrdən kərə yağı idxal edib:

    İran – 5 372,89 ton (bir kiloqramının orta gömrük dəyəri 10,5 manat)
    Türkiyə – 161,62 ton (13,1 manat)
    Yeni Zelandiya – 3 205,55 ton (13,1 manat)
    Ukrayna – 1 078,7 ton (12,6 manat)
    Səudiyyə Ərəbistanı – 1 011,42 ton (14,5 manat)
    Belarus – 924,55 ton (12,9 manat)
    Finlandiya – 749,51 ton (16 manat)
    Hindistan – 429 ton (9,8 manat)
    Fransa – 259,68 ton (16,6 manat)
    Almaniya – 236,89 ton (16,4 manat)
    Belçika – 82,5 ton (15,2 manat)
    Litva – 55,12 ton (15,4 manat)
    Türkmənistan – 20 ton (9,9 manat)
    İtaliya – 17,46 ton (20,6 manat)
    Polşa – 14,95 ton (15 manat)
    Rusiya – 5,07 ton (17,9 manat)
    Portuqaliya – 0,64 ton (38,3 manat)
    İspaniya – 0,01 ton (11,9 manat)
    Lüksemburq – 0,01 ton (117,3 manat)

    Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə kərə yağının orta pərakəndə satış qiyməti bir kiloqram üçün 24,1 manat olub.

  • Bu 5 peşəni süni intellekt əvəz edə bilməyəcək – Daim tələbat olan iş sahələri

    Süni intellektin bir çox tapşırıqları icra edə bildiyi dövrdə insanlar getdikcə daha çox praktik və əl peşələrinə üstünlük verirlər.

    Qaynarinfo xəbər verir ki, “Forbes” gələcəkdə də tələbatı yüksək qalacaq bir sıra peşələri sadalayıb.

    1. Santexnik

    İstər fərdi evdə, istər çoxmənzilli binada yaşasınlar, santexniklər həmişə əvəzolunmaz mütəxəssislər sayılır. Bu peşə təkcə tələb olunan deyil, həm də yaxşı gəlir gətirən sahədir. Təcrübəli santexniklər dördəillik universitet təhsili və ya böyük tələbə krediti olmadan da yüksək qazanc əldə edə bilirlər.

    2. İstilik və iqlim sistemləri üzrə mütəxəssis

    İstilik, havalandırma və kondisioner sistemləri üzrə texniki mütəxəssislər (HVAC) həm evlərdə, həm də iş yerlərində rahat şəraitin qorunmasına cavabdehdir. Yayda kondisionerlərin, qışda isə istilik sistemlərinin sıradan çıxması bu mütəxəssislərə daimi tələbat yaradır. “Forbes” qeyd edir ki, bu cür işləri süni intellekt əvəz edə bilməz, ona görə də bu sahədə iş yerləri sabit qalacaq.

    3. Mexanik

    Mexaniklər sayəsində insanlar gündəlik həyatlarını davam etdirə, səyahət edə və işə gedə bilirlər. Müasir avtomobillər texnoloji cəhətdən getdikcə mürəkkəbləşdiyindən, peşəkar mexaniklər daha dəyərli kadr hesab olunur və yüksək maaş alırlar. Onlar artıq yalnız yağ dəyişimi ilə deyil, həm də avtomobilin diaqnostikası, elektronika və texniki problemləri ilə məşğul olurlar.

    4. Dülgər

    Dülgərlər yalnız dam və terrasları təmir etmir, həm də mebel və interyer detallarını sifarişlə hazırlayaraq insanların ideal ev arzusunu reallaşdırırlar. Ev təmiri və bərpa işlərinə tələbatın daim yüksək olması bu sahəni gələcəklə təmin edir.

    5. Bərbər

    Saç baxımı və üslubla maraqlananlar üçün bu peşə həm yaradıcılıq, həm də sabit gəlir mənbəyidir. Bərbərlər və stilistlər yalnız toy, yubiley kimi tədbirlər üçün deyil, gündəlik saç düzümü və boyama xidmətlərinə görə də müştərilərlə işləyirlər.

    “Forbes” vurğulayır ki, bu peşələr praktiki yönümlüdür, həm məmnunluq gətirir, həm də süni intellektin əmək bazarında yaratdığı dəyişikliklərə qarşı dayanıqlıdır.

  • Marketlərdə 40, köşklərdə 80 qəpik – Fərqin səbəbi nədir?

    Təcili nəsə almaq lazım olanda, yol keçəndə üz tutduğumuz yerlərdən biri də köşklərdir. Lakin burada məhsullar eyni olsa da, qiymətləri daha fərqli – baha olur. Məsələn, marketdən 45 qəpiyə aldığımız su köşklərdə 80 qəpiyə satılır.

    Köşklərdə məhsulların baha satılmasının əsaslı səbəbləri varmı? Niyə köşklər məhsulları baha qoyur?

    Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, köşklə supermarketin biznes modeli fərqlidir:

    “Supermarketdə hər şey var. Supermarketlər qazanclarını çoxlu satışdan əldə edir. Hər məhsulun üzərinə kiçik marja qoyur və qazancını dövriyyədən götürür. Amma köşklərdə isə biznes modeli fərqlidir. Köşklər az-az satıb daha çox qazanmaq istəyir. Çünki bilir ki, onun müştərisi supermarketə girən müştəri deyil, onun müştərisi təsadüfən, təcili lazım olanda alış edən müştəridir. Yəni məsələ fərqli biznes modellərinin olmasıdır. Köşklər az satıb, satdığından daha çox qazanmaq istəyir. Supermarketlərdə isə davamlı, dayanıqlı və çoxlu satışla pul qazanmaq məqsəd qoyulur. Məsələn, köşkdə gün ərzində 10 su satılırsa, supermarketdə 150–200 və ondan çox satılır”.

    Ekspertin sözlərinə görə, həm köşkün, həm də supermarketin özünəxas xərcləri var:

    “Köşk əlçatan olduğuna görə, əsasən sürətli alış-verişlər üçün nəzərdə tutulur. Biznes modelləri fərqlidir və bizi heç kim məcbur etmir ki, gedib köşkdən nəsə alaq. Dünyanın hər yerində də bu belədir. Köşklər və turistlik məkanlardakı satış nöqtələri supermarketlərlə müqayisədə daha bahalı olur”.

  • Dənizkənarı Milli Parkda Türkmənistan Kulinariya pavilyonu təqdim olunub

    Dənizkənarı Milli Parkda Türkmənistan Kulinariya pavilyonu təqdim olunub.

    “Report”un məlumatına görə, təqdimatda iki ölkənin Mədəniyyət nazirliklərinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri və şəhər sakinləri iştirak ediblər.

    Pavilyonda Türkmənistanın milli mətbəxi nümayiş etdirilib.

    Nümayişin ardınca Türkmənistanın incəsənət xadimlərinin ifasında konsert proqramı olub.

    Qeyd edək ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinə sabah Gəncə şəhərində yekun vurulacaq.

  • В воинских частях проведены показательные тренировки – Видео

    В воинских частях и подразделениях армии Азербайджана в рамках инспекционной проверки выполнены показательные тренировки в ночное и дневное время.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    В ходе тренировок, приближенных к условиям реального боя, военнослужащие, используя современные технические средства и новые тактики ведения боя, успешно выполнили поставленные задачи.

    Действуя в составе мобильных подгрупп, военнослужащие выполнили задачи с применением аэрозольной завесы и защитных особенностей местности.

    В ходе выполнения задач был умело использован ударный беспилотный летательный аппарат.

  • Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirilib – Video

    2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

    Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyyətlər yerinə yetirilib.

    Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə edilib.

  • Сборная Азербайджана по шахматам завоевала серебро на ЧЕ в Батуми – ОБНОВЛЕНО

    Мужская сборная Азербайджана по шахматам завоевала серебряную медаль на чемпионате Европы в Батуми (Грузия).

    Команда в составе Шахрияра Мамедъярова, Рауфа Мамедова, Айдына Сулейманлы, Магомеда Мурадлы и Эльтаджа Сафарли заняла второе место, набрав 13 очков.

    Украина завоевала золотую медаль, а Сербия – бронзовую.

    * * * * *

    Мужская сборная Азербайджана по шахматам проиграла в заключительном туре чемпионата Европы в Батуми (Грузия).

    Как сообщает Report, азербайджанские шахматисты в 9-м туре уступили Сербии со счетом 1:3.

    Итоговое положение сборной Азербайджана, набравшей 13 очков, определится после завершения остальных матчей.

    Отметим, что в случае победы на сербами сборная Азербайджана становилась победителем турнира.

    Женская сборная в последнем матче уступила Польше со счетом 1.5:2.5. О том, что азербайджанские шахматистки не попадают в число призеров турнира, стало известно еще в предыдущем туре.

  • Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb – YENİLƏNİB

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

    “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv yarışı 13 xalla ikinci sırada bitirib.

    Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.

    * * * * *

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda məğlub olub.

    “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub – 1:3.

    Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.

    Qadınlardan ibarət seçmə isə sonuncu görüşdə Polşaya yenilib – 1.5:2.5. Komandanın mükafatçılar sırasında yer ala bilməyəcəyi ötən tur dəqiqləşmişdi.