Month: October 2025

  • Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb

    Bu ilin doqquz ayında Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb.

    Bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bu müddətdə zəhərlənmə hallarının 29-u ambulator formada qeydə alınıb və xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

    Vurğulanıb ki, dəm qazı ilə zəhərlənmə halları əsasən qış aylarında, xüsusilə, yanvar və mart aylarında daha çox müşahidə olunub.

  • Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 18-19-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

    Bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

    Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

  • В Астаре зафиксирована вспышка ящура среди скота

    В Астаринском районе зарегистрированы случаи заболевания ящуром среди крупного и мелкого рогатого скота.

    Как сообщает южное бюро Report, инфекция распространилась в селах Селякяран, Гилякяран, Келедяхна, Бёюк Шахагаджы, Супарибаг, Шиакяран и поселке Эрчиван.

    В Агентстве пищевой безопасности заявили, что принимаются необходимые меры для локализации болезни и предотвращения ее распространения. Ведутся серологические мониторинги и лабораторные исследования проб, отобранных у крупного и мелкого рогатого скота.

    В агентстве подчеркнули, что с целью защиты эпизоотического благополучия и здоровья населения действует временное ограничение на импорт животноводческой продукции из стран, где по данным Всемирной организации здоровья животных выявлены вспышки заболеваний.

  • Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib

    Astara rayonunda mal-qara arasında dabaq xəstəliyi yayılıb.

    “Report”un Cənub bürosunun məlumatına görə, xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində müşahidə olunur.

    Kənd sakinlərinin sözlərinə görə, son 10 gün ərzində xəstəlik sürətlə yayılır, yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır.

    Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qurum ölkədə və dünyada epizootik vəziyyəti diqqət mərkəzində saxlayır:

    “Bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edilir. Ölkə ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur”.

    Qeyd olunub ki, xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir:

    “Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir”.

  • Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 360,3 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 9 ayı ilə müqayisədə 7,1 % azdır.

    Bu il oktyabrın 1-nə 38,2 min ton hazır məhsul qalığı yaranıb.

    Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi – “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

  • Элина Валтонен: ОБСЕ готова поддержать мирный процесс между Арменией и Азербайджаном

    Действующий председатель ОБСЕ, министр иностранных дел Финляндии Элина Валтонен сообщила, что провела в Ереване содержательные дискуссии с официальными лицами Армении.

    Об этом Валтонен написала на своей странице в соцсети Х.

    “Выражаю признательность премьеру Николу Пашиняну и министру иностранных дел Армении Арарату Мирзояну за содержательные дискуссии сегодня. Поздравляю вас с историческими шагами на пути к миру с Азербайджаном. ОБСЕ готова поддержать усилия по достижению прочного мира в регионе”, – написала она.

  • Elina Valtonen: ATƏT Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə hazırdır

    ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan rəsmiləri ilə geniş müzakirələr apardığını bildirib.

    O, bu barədə “X” hesabında yazıb.

    “Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyana bugünkü məhsuldar müzakirələrə görə təşəkkür edirəm. Sizi Azərbaycanla sülhə aparan yolda atdığınız tarixi addımlar münasibətilə təbrik edirəm. ATƏT regionda davamlı sülh səylərini dəstəkləməyə hazırdır”, – nazir qeyd edib.

  • В промпарках Карабаха и Восточного Зангезура начнут работу новые предприятия

    В Экономической зоне долины Араз в Восточном Зангезуре и Агдамском промышленном парке в Карабахе реализуются новые перспективные проекты.

    Об этом заявил пресс-секретарь Агентства по развитию экономических зон Эльчин Казымлы.

    В частности, в Экономической зоне долины Араз будет создано предприятие по производству холодильного оборудования с инвестициями в размере 8 млн манатов. Планируется ежегодно выпускать более 3 680 единиц оборудования 5 различных видов.

    В Агдамском промышленном парке начнет работу мебельная фабрика стоимостью 6 млн манатов. На предприятии будут производиться мебель различного назначения, мягкие панели и металлические аксессуары.

    “Запуск этих двух предприятий позволит создать еще 100 постоянных рабочих мест”, – пояснил представитель ведомства.

  • Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq

    Şərqi Zəngəzurda yerləşən “Araz Vadisi iqtisadi zonası” və Qarabağda yerləşən Ağdam sənaye parklarında yeni layihələr həyata keçirilir.

    Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib.

    “Belə ki, “Araz Vadisi” Sənaye Parkında 8 milyon manat investisiya ilə soyutma avadanlıqlarının istehsalı müəssisəsi qurulacaq, ildə 5 növdə 3 680-dən çox avadanlıq istehsal ediləcək. Ağdam Sənaye Parkında isə 6 milyon manat dəyərində mebel fabriki fəaliyyətə başlayacaq. Müəssisədə müxtəlif təyinatlı mebellər, yumşaq panellər və metal aksesuarlar istehsal olunacaq. Bu iki müəssisənin işə düşməsi ilə əlavə olaraq 100-ə yaxın daimi iş yeri yaradılacaq”.

    “Ağdam və “Araz Vadisi” sənaye parklarında rezident olmaq üçün sahibkarlar 10-dan çox yeni layihə təqdim edib. Əsas istiqamətlər tikinti materialları, mebel, tekstil və məişət məhsullarının istehsalıdır”, – deyə mətbuat katibi əlavə edib.

  • Доходы населения Азербайджана выросли почти на 8%

    За январь-сентябрь этого года номинальные доходы населения Азербайджана составили 66 млрд 267,3 млн манатов, что на 7,6% больше, чем за аналогичный период прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    За последний год номинальный доход на душу населения в стране увеличился на 7,2%, и достиг 6 471,8 маната.