Month: October 2025

  • Yevlaxda yetkinlik yaşına çatmayan ana ilə bağlı ARAŞDIRMA BAŞLADI

    Yevlax rayonunda 16 yaşında ana olan yeniyetmə ilə bağlı istintaq araşdırmaları aparılır.

    Məsələ Yevlax Rayon Polis Şöbəsində araşdırılır.

    Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

    Xatırladaq ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında 16 yaşlı yeniyetmənin körpəsi ilə birlikdə sığınacağa yerləşdirilməsi və uşağın atasının harada olduğunun bilinmədiyi haqqında məlumat yayılmışdı.
    //oxu.az

  • Стартовал процесс электронного перевода учащихся

    С 11:00 14 октября стартовал процесс электронного перевода учащихся на 2025/2026 учебный год.

    Об этом сообщили в Государственном агентстве дошкольного и общего образования.

    Процесс осуществляется через портал www.sy.edu.az.

    “Доводим до вашего сведения, что в настоящее время осуществляется перевод учащихся 2-11 классов, а процесс перевода для групп дошкольной подготовки и 1-х классов будет активирован с 28 октября в 11:00”, – говорится в информации.

  • Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

    2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

    “Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək”, – deyə məlumatda bildirilib.

  • В Баку загорелся автомобиль – Видео

    На улице М.Алиева в Низаминском районе Баку загорелся автомобиль.

    Как сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана, в связи с информацией на место происшествия прибыли силы Государственной службы пожарной охраны ведомства.

    Благодаря оперативному вмешательству пожарных возгорание в моторном отсеке легкового автомобиля Range Rover было потушено в кротчайшие сроки, что предотвратило распространение огня на другие части транспортного средства.

    В результате инцидента пострадало только электронное оборудование автомобиля.

    Остальная часть машины была защищена от огня.

  • Paytaxtın Nizami rayonunda avtomobil yanıb – Video

    Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

  • Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsin cəzası azaldıldı

    Ali Məhkəmədə keçmiş arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ramil İmanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən həmin məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilib və Ramil İmanova 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Qeyd edək ki, hadisə 2023-cü il iyulun 1-də Gəncə şəhərində qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Ramil İmanov şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

    Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Onun 14 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilmişdi.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.08 доллара, или 0.12% – до 66.28 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 66.36 доллара.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.08 ABŞ dolları və ya 0.12% azalaraq 66.28 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.36 ABŞ dolları təşkil edib.

  • В Баку организованы новые парковочные места

    Агентство наземного транспорта Азербайджана (AYNA) организовало новые парковочные места в столице.

    Платные парковочные зоны были созданы на проспектах Гусейна Джавида и Ататюрка, а также на 2-й улице Феввареляр, 1-й Яшыл Ада, Сейида Джафара Пишевари, Ландау, Гасан бека Зардаби, Наджаф бека Везирова, Агададаша Гурбанова, братьев Мардановых, Дилары Гадирбековой и Адиля Мамедова.

    При организации парковочных мест особое внимание уделено созданию надлежащих условий для водителей с ограниченными физическими возможностями.

  • Paytaxtda yeni pulsuz parklanma yerləri təşkil edilib – ÜNVANLAR

    Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bilirilib ki, Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

    Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

    Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

    Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

    Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.