Month: October 2025

  • Avropada yeni Şengen sistemi tətbiq edilir: Ölkələrə giriş-çıxışda hansı dəyişikliklər olacaq?

    Avropa İttifaqı (Aİ) on ildən artıq davam edən hazırlıqlardan sonra bu gün (11 oktyabr) yeni giriş-çıxış sisteminin (EES) tətbiqinə başlayır.

    Bbarədə DW.com nəşri məlumat verib.

    Məlumata görə, barmaq izi və üztanıma vasitəsilə həyata keçiriləcək yoxlamaların uzun növbələr yaratmasından ehtiyat edilir.

    Yeni sistemlə artıq ziyarətçilərin pasportlarına möhür vurulmayacaq, bunun əvəzinə barmaq izi və üz fotosunun skanı tətbiq olunacaq.

    Aeroportlar, limanlar və dəmiryol stansiyalarına yerləşdirilən xüsusi skanerlər vasitəsilə Aİ-yə qısa müddətə gələn ziyarətçilərin giriş-çıxış məlumatları avtomatik olaraq qeyd ediləcək. Bu üsul səlahiyyətlilərə viza müddəti keçən və ya ölkəyə girişinə icazə verilməyən şəxsləri dərhal müəyyən etməyə imkan verəcək. Qısamüddətli ziyarət 180 gün ərzində ən çox 90 gün Şengen bölgəsində qalmağı nəzərdə tutur.

    Bu məlumat İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə kimi Şengen üzvlərindən də tələb olunacaq və əksər hallarda üç il müddətində saxlanılacaq.

    Aİ-də hesab edirlər ki, bu proses ilk qeydiyyatdan sonra daha qısa zamanda tamamlanacaq. Sistem 2026-cı il aprelin 10-dək altıaylıq keçid dövrü ərzində mərhələli şəkildə tətbiq ediləcək.

    Fransa və Almaniya kimi böyük ölkələr hava limanlarında uzun növbələr yaranmaması üçün ilkin mərhələdə yalnız məhdud sayda yoxlama həyata keçirəcəklər. Estoniya və Lüksemburq kimi kiçik ölkələr isə sistemi ilk gündən etibarən tam şəkildə tətbiq edəcəklər. Xorvatiyada biometrik məlumatların toplanması başlanğıcda gündə dörd saat olacaq, dekabrdan etibarən isə 12 saata qədər artacaq. Sloveniya isə bəzi Şengen giriş nöqtələrində sistemi mərhələli olaraq tətbiq edəcək.

    Yeni qaydalar vizasız səyahət hüququna malik ölkələrin vətəndaşlarını da təsir altına alacaq ki, buraya Böyük Britaniya, Avstraliya, ABŞ və Cənubi Amerikanın əksər hissəsi də daxildir.

    Aİ-yə üzv Türkiyə, Albaniya və Şimali Makedoniya kimi ölkələrdə vətəndaşların gecikmələrlə üzləşməməsi üçün dəyişikliklər barədə əvvəlcədən məlumatlanmaları ilə bağlı xəbərdarlıq edilir.

  • Учитель из Гедабейского района арестован на пять суток за неповиновение полиции и нецензурную брань

    Учитель средней школы села Паракенд Гедабейского района Аббас Мурадов подвергнут административному аресту.

    Причиной стало неповиновение законным требованиям сотрудников полиции.

    Ранее в доме жителя села Лешкер Гедабейского района Азада Гулиева, соседа Мурадова, произошла кража. А.Гулиев заявил, что подозревает в этом Аббаса Мурадова. Учителя вызвали в районное отделение полиции, однако он не ответил на звонки и не явился на работу. После этого сотрудники полиции прибыли к нему домой, где обнаружили его в состоянии алкогольного опьянения и доставили в отделение.

    Во дворе отделения А.Мурадов попытался закурить. Полицейские объяснили ему, что курение в административном здании и на его территории запрещено. В ответ мужчина начал громко выражать недовольство и использовать нецензурные выражения в адрес сотрудников полиции и заявителя.

    По решению Гедабейского районного суда Аббас Мурадов признан виновным по статье 510 Кодекса Азербайджана об административных проступках и приговорён к пяти суткам административного ареста.

  • Gədəbəydə polisin tələbinə tabe olmayan MÜƏLLİM HƏBS EDİLDİ

    Gədəbəy rayon Parakənd kənd tam orta məktəbinin müəllimi Abbas Muradov inzibati qaydada həbs edilib.

    Buna səbəb onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması olub.

    Belə ki, barəsində tədbir görülən şəxsin qonşusu Gədəbəy rayonu, Leşkər kənd sakini Azad Quliyevin yaşadığı evdə oğurluq hadisəsi baş verib və Azad Quliyev Abbas Muradovdan şübhələndiyini bildirib. A.Muradov sözügedən oğruluq hadisəsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) dəvət edilsə də o telefona cavab verməyib və həmin gün məktəbə getməyib. Ona görə də, polis əməkdaşları onun yaşadığı ünvana yollanıblar. A.Muradov yaşadığı ünvanda sərxoş vəziyyətdə olub, polis əməkdaşları onu Gədəbəy RPŞ-yə gətiriblər.

    A.Muradov polis şöbəsinin həyətində siqaret çəkmək istəyib. Polis əməkdaşları ona polis şöbəsinin inzibati binasında və həyətində siqaret çəkməyə icazə olmadığını izah ediblər. Bu zaman A.Muradov səs-küy salmağa və yersiz ifadələr işlətməyə başlayıb. Polis əməkdaşları A.Muradovu sakitləşdirməyə çalışsalar da oğurluq hadisəsi ilə bağlı gətirildiyinə görə, barəsində şikayət verən şəxsə (Azad Quliyev) və onlara (polislər) qarşı nalayiq ifadələr işlədib.

    Gədəbəy Rayon Məhkəməsinin qərarına görə, A.Muradov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən təqsirli bilinərək, beş gün müddətinə inzibati qaydada həbs edilib.

  • Bakıya gətirilən ətlər təhlükəlidir?

    Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir. Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır. İnsanları düşündürən əsas sual budur: Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayır? Ümumiyyətlə, narahatçılığa əsas varmı?

    “Kaspi” qəzeti mövcud vəziyyətə aydınlıq gətirmək məqsədilə dövlət qurumlarına müvafiq sorğu ünvanlayıb.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir: “Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq, dezinfeksiya işləri də həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar”.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, heyvan mənşəli məhsulların – insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir: “Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsulların qəbuluna və satışına icazə verilir. Bu məhsulların qəbuluna və satışına yalnız yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsullar buraxılır və həmin proses səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında həyata keçirilir”.

    Qurumun açıqlamasında o da vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə görə, heyvan kəsimi yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalıdır: “Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi isə həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır. AQTA istehlakçılara tövsiyə edir ki, yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvan mənşəli məhsullar alsınlar. Bu sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir”.

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıların narahatçılığını başadüşülən hesab edir. Onun sözlərinə görə, əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından, bu halın təkrarlanması istisna olunmur: “Mənşəyi bilinməyən, xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq”.

    AİB sədri onu da qeyd edib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil: “Bu məsələyə yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. İstehlakçı ət və ət məhsullarını təsadüfi kəsim yerlərindən deyil, iri marketlərdən almalıdır. Biz buna öyrəşməliyik. Çünki iri ticarət mərkəzlərinə daxil olan məhsullara AQTA tərəfindən ciddi nəzarət edilir. Həmin məhsullar rəsmi satış icazəsi olmadan marketlərə daxil ola bilməz. Təsadüfi kəsim yerlərində isə nəzarət yoxdur. İstehlakçı bu cür kəsim məntəqələrindən ət almaqla sağlamlığını təhlükəyə atır”.

  • Mandatına vəzifəyə görə xitam verilən deputatlar (SİYAHI)

    Məlum olduğu kimi, Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) baş katib kimi fəaliyyətini davam etdirəcək millət vəkili Ramil Həsən parlamentdəki işini dayandıracaq. Yeni vəzifəyə gedən politoloqun mandatına bu səbəbdən vaxtından əvvəl xitam veriləcək.

    Teleqraf bu məqamda son illərdə başqa bir vəzifəyə təyin olunma səbəbindən Milli Məclisdən gedən sabiq deputatlarla bağlı məlumatları təqdim edir:

    Muxtar Babayev

    Hazırda ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev bu vəzifəyə təyinat alana qədər IV və V çağırış deputatı olub. M.Babayev hər iki seçkidə 43 saylı Sumqayıt III seçki dairəsindən seçicilərin etimadını qazanmışdı. 2018-ci ilin aprelindən isə ekologiya və təbii sərvətlər naziridir. O, eyni zamanda 2025-ci ildə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsidir.

    Vüsal Hüseynov

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da keçmiş deputatlardandır. V çağırış deputatı olmuş V.Hüseynov 91 saylı Ucar seçki dairəsində etimad qazanmışdı. O da Muxtar Babayevlə eyni tarixdə vəzifəyə yüksəlib, Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

    Rövşən Rzayev

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırkı sədri Rövşən Rzayev isə IV çağırış deputatı olub. Göygöl-Daşkəsən bölgəsinin sabiq deputatı 7 ildir ki, “Qaçqınkom”un sədridir.

    Ramin Məmmədov

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Milli Məclisin VI çağırış deputatı ötən il Komitəyə sədr təyin olunub.

    Fuad Muradov

    İki dəfə deputat seçilən Fuad Muradovun mandatına isə 2018-ci ildə xitam verilib. O, həmin tarixdən Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. F.Muradov əvvəlcə 29 saylı Səbail seçki dairəsindən, daha sonra isə 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmişdi.

    Elşad Həsənov

    2019-cu ildə Yasamalın icra başçısı təyin edilən Elşad Həsənov isə V çağırış deputatı olub. O, hazırda icra başçısı olduğu Yasamaldan da deputat seçilmişdi.

    Rövnəq Abdullayev

    Hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayev üç dəfə 24 saylı Nizami I seçki dairəsindən deputat seçilib. 16 il SOCAR-ın prezidenti vəzifəsini daşıyan Abdullayev 2022-ci ildən iqtisadiyyat nazirinin müavinidir. O, SOCAR prezidenti olduğu müddətdə də deputat mandatında qalıb. Konstitusiyanın 89-cu maddəsi isə şəxsin dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə xitam verilməsini tələb edir.

    Rüstəm Xəlilov

    Salyanın hazırkı icra başçısı Rüstəm Xəlilov isə III , IV və V çağırış deputatı olub. Sabirabad II seçki dairəsinin sabiq deputatı 2019-cu ildə Hacıqabulun icra başçısı təyin edilmişdi, 5 il bu rayonda işlədikdən sonra işdən azad olunmuş və Salyana rayonuna eyni vəzifəyə göndərilmişdi.

    Şahin Seyidzadə

    VI çağırış Milli Məclisin deputatı olmuş Şahin Seyidzadənin mandatına isə 2022-ci ildə xitam verilib. Buna səbəb olun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması idi. Ancaq Seyidzadənin yeni vəzifə sevinci çox uzun çəkməyib. O, ötən il bu vəzifəsindən azad olunub.

  • Bir ildə sürücülük vəsiqəsi alanları sayı açıqlandı

    Azərbaycanda bir il ərzində neçə nəfərə nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəziqəsinin verildiyi məlum olub.

    Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 360 346 nəfərə sürücülük vəziqəsi verilib.

    Ötən il sürücülük vəziqəsi alanların 57 153 nəfərini qadınlar, 303 193 nəfərini kişilər təşkil edib.

    Xatırladaq ki, Azərbaycanda sürücülük vəsiqəsi 18 yaşını tamamlayan vətəndaşa verilir.

  • Azərbaycanda orta aylıq əmək haqqı 1093 manat oldu

    2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub.

    Bu barrədə Dövlət Statistika Komitəi (DSK) məlumat yayıb.

    Bildirilib ki, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,0 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Bank kartlarından oğurluq edənlər saxlanıldı

    Paytaxtın Xəzər və Qaradağ rayonlarındada iki nəfərin bank kartından oğurluq edilib.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, rayon sakinləri polisə müraciət edərək kartlarından pul vəsaitlərinin talanmasını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov saxlanılıblar.

    Araşdırmalar davam etdirilir.

  • Axtarışda olan 50 nəfər saxlanılıb

    Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

  • Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edir.

    Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, agentlik Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

    Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.

    Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.

    Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

    Növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu əlaqələdirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilib.