Month: October 2025

  • Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi – VİDEO

    Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

    Median.Az xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır. Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur. Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.

    Sözügedən görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılaraq sürücü müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bir daha ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərindən xahiş edilir ki, özlərini və xidmət göstərdikləri sərnişinləri bu cür təhlükəyə atmaqdan çəkinsinlər.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Elektron imtahana keçid bizə nə verəcək?

    Ölkəmizdə bütün imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur. Həmçinin qəbul imtahanlarında imtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə genişləndiriləcək. Bu sistemin tətbiqi üçün beş il vaxt lazım olacağı proqnozlaşdırılır. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib. İndi sual yaranır ki, DİM-in texnoloji bazası bu prosesə nə qədər hazırdır? Və ya yeni sistemdə imtahan nəticələrinin tam şəffaflığına etimad olacaqmı?

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    “Süni intellektin rolu artacaq”

    Bizi maraqlandıran suallara birbaşa DİM sədrinin özündən cavab aldıq: “

    Bu il ərzində dövlət qulluğu imtahanları elektron formatdadır. İşə qəbul, sertifikasiya imtahanlarının hamısını da elektron formata keçirəcəyik. Peşəkar mühasib imtahanlarını keçirmiş və ictimaiyyətə təqdim etmişdik. Rus bölməsində Azərbaycan dili imtahanlarının da elektron formata keçirmək fikrindəyik. Magistr imtahanlarını da elektron formatda keçirəcəyik. Bu imtahanlar yəqin ki, bir neçə mərhələdə – ingilis dili, informatika və məntiq-təfəkkür fənləri ayrıca olacaq. Tam kütləvi – buraxılış və qəbul imtahanlarını elektron formata keçirmək üçün biz gərək Elm və Təhsil Nazirliyi ilə birgə işləyək”.
    İmtahan nəticələrinin yoxlanılmasında süni intellektin istifadəsinə gəlincə, sədr bildirdi ki, burada xüsusi avadanlıqlar xüsusi proqram təminatına əsaslanır: “Nəticələrə insanın təsiri olmasın deyə, bu alqoritmlər yazılır, yoxlanılır və tətbiq olunur. Amma “proses yalnız süni intellektin roludur”, – demək olmaz. Kifayət qədər mexaniki işlər var – onları robot görmür, işçi qrupu həyata keçirir. Düşünürəm ki, elektron imtahanlara keçəndən sonra prosesdə süni intellektin rolu kifayət qədər artacaq. Bu, xüsusən imtahan nəticələrinin yoxlanması zamanı tətbiq olunacaq”.

    Hüquqi tənzimləmə, insan resursları və təhlükəsizlik mexanizmləri

    Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin baş müəllimi Orxan Kərimzadə hesab edir ki, bütün imtahanların tam şəkildə elektronlaşdırılması üçün yalnız texniki infrastruktur yetərli deyil. Eyni zamanda, hüquqi tənzimləmə, insan resursları və təhlükəsizlik mexanizmlərinin də hazır olması vacibdir:

    “DİM-in mövcud texniki bazası müəyyən qədər yetərlidir: on minlərlə şagirdin eyni anda elektron imtahana daxil olması, nəticələrin avtomatik emalı və idarəetmə sistemlərinin işləməsi buna sübutdur. Ancaq prosesin 100% elektronlaşdırılması üçün regionlardakı məktəb və mərkəzlərin texniki imkanlarının da gücləndirilməsi, yüksək sayda ehtiyat serverlər və informasiya təhlükəsizliyi sistemlərinin qurulması, eyni zamanda elektron qiymətləndirmə alqoritmlərinin şəffaflığı və etibarlılığı təmin olunmalıdır. Elektron imtahanın mexanizmi ilə yanaşı, insan faktorunu və ictimai etimadı nəzərə alaraq, narazılıqların araşdırılması üçün açıq apellyasiya sisteminin qalması, test bazalarının müntəzəm yenilənməsi və pilot sınaqların keçirilməsi bu keçidin uğurla tamamlanması üçün vacib olacaq”. O.Kərimzadənin fikrincə, bu sistemlərin tətbiqi daima insan nəzarəti ilə müşayiət olunmalıdır: “Çünki alqoritmlər müəyyən hallarda kontekstual məqamları düzgün dəyərləndirməyə, dil və ifadə müxtəlifliyi, xüsusilə də esse cavablarında qeyri-dəqiqlik edə bilər. Bu səbəbdən süni intellekt yeganə qərarverici mexanizm kimi yox, yardımçı alət kimi istifadə olunmalıdır”.

    “DİM-in elektron bazası beş il ərzində yetərli ola bilər”

    ABŞ-də çalışan təhsil eksperti Qoşqar Məhərrəmov da bildirdi ki, inkişaf etmiş ölkələrin əksəriyyətində imtahanların elektronlaşdırılması təcrübəsi var: “Artıq insanlar imtahanı kağız üzərindən yox, kompüter üzərindən verəcək. Aşağı siniflərdən etibarən şagirdlər məktəbin onlara verdiyi laptoplar, xüsusi brauzerlərlə daxil olur, həmin an da sistemdən çıxa, “google”a girə bilmirlər. Ekranda şagirdin və ya abituriyentin qarşısına çıxan sual başqa şagirdin qarşısına çıxmır. Bu, testin əslində daha etibarlı olmasına gətirib çıxarır. Amma kənar müdaxilələr hər zaman ola bilir”. Ekspertin fikrincə, DİM-in elektron bazası beş il ərzində yetərli ola bilər: “Çünki elektron xidmətlər mühəndislik işidir. Kodlaşdırma yüksək texnologiya sayılır, yerli və xarici mühəndislərin əməyi ilə bunu etmək çətin deyil”.

    Əlavə investisiyalara ehtiyac olacaq

    Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Azərbaycan təhsil sistemində elektron imtahanlara keçid artıq bir neçə ildir ki, mərhələli şəkildə həyata keçirilir:

    “Lakin ölkə üzrə bütün imtahanların elektronlaşdırılması üçün yalnız texniki infrastruktur deyil, həm də təhlükəsizlik, hüquqi mexanizmlər, müəllim və şagirdlər üçün texnoloji hazırlıq, eləcə də sosial bərabərlik məsələləri nəzərə alınmalıdır. Elektron bazanın genişmiqyaslı tətbiqi üçün əlavə investisiyalara, bulud əsaslı sistemlərin inteqrasiyasına və texniki heyətin davamlı inkişafına ehtiyac var”. Sədr hesab edir ki, süni intellektin imtahan nəticələrinin qiymətləndirilməsi və sualların təhlili prosesində tətbiqi təhsildə obyektivliyin artırılmasına mühüm töhfə verir: “Xüsusilə açıq tipli sualların və esse tipli cavabların yoxlanmasında süni intellekt texnologiyaları mətnin məna strukturu və məntiqi ardıcıllığını analiz edə bilir. Bu isə insan faktorundan qaynaqlanan subyektivliyi minimuma endirir”.

    AİKTSA sədri bildirir ki, elektron imtahan prosesi ənənəvi imtahanlarla müqayisədə daha çevik və vaxt baxımından səmərəlidir. Lakin hər bir elektron sistemdə olduğu kimi, burada da müəyyən texniki və təhlükəsizlik riskləri mövcuddur.

  • Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

    Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    “Azərenerji” ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika konsepsiyası” üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq “Culfa” elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.

  • В Мексике более 30 человек погибли при наводнениях

    В результате наводнений, вызванных обрушившимися на центральные и прибрежные районы Мексики сильными ливнями, погиб 31 человек.

    Об этом сообщила газета El Universal со ссылкой на руководство пострадавших штатов.

    Согласно информации, наибольшее количество погибших зарегистрировано в штате Идальго – 18 человек. Еще 9 человек погибли в Пуэбле, три – в Веракрусе и один – в Керетаро. Стихия также вызвала масштабные разрушения и перебои с энергоснабжением, в том числе подтопления в городе Поcа-Рика (штат Веракрус), где уровень воды местами превышал три метра.

    Власти сообщили о сотнях поврежденных домов, десятках разрушенных мостов и дорог. Несколько населенных пунктов остаются без связи и электричества.

    Ранее президент Мексики Клаудия Шейнбаум сообщила в соцсети Х, что для оказания помощи пострадавшим районам задействован персонал министерств национальной обороны и военно-морских сил.

    Гидрометеорологическая служба Мексики предупредила, что в ряде пострадавших регионов ожидаются повторные сильные дожди, что может привести к новым наводнениям, оползням и разрушениям.

  • Meksikada daşqınlar 31 nəfərin həyatına son qoyub

    Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

    Bu barədə “El Universal” qəzeti zərərçəkmiş ştatların rəsmilərinə istinadən məlumat yayıb.

    Ən çox ölənlərin sayı 18 nəfərlə Hidalqo ştatında qeydə alınıb. Pueblada daha doqquz, Verakruzda üç, Queretaroda bir nəfər ölüb.

    Təbii fəlakət, həmçinin Posa-Rika şəhərində suyun səviyyəsinin yerlərdə üç metri keçdiyi daşqın da daxil olmaqla, geniş dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

    Səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib.

  • Səudiyyə Ərəbistanı klubu “Real”ın futbolçusunu rekord məbləğ qarşılığında transfer edə bilər

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun transferi ilə bağlı İspaniyanın “Real” kollektivi ilə danışıqlara başlayıb.

    “Report” “Indykaila News” portalına istinadən xəbər verir ki, futbolçu “Kral klubu” ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə müddətini uzatmasa, Asiya təmsilçisi “Real”a 300 milyon funt-sterlinq (345 milyon avro) təklif etməyə hazırdır.

    Vinisiusun keçidi futbol tarixinin ən bahalı transferi ola bilər. Hazırkı rekord braziliyalı hücumçu Neymara məxsusdur. O, 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə üz tutmuşdu.

    Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real”da çıxış edir.

  • Qara Qarayevin yaşadığı mənzil 750 minə satılır – Video

    Dahi bəstəkar Qara Qarayevin yaşadığı mənzil satışa çıxarılıb.

    Median.Az “Oxu.Az”a istinadən xəbər verir ki, mənzil mülkiyyətçisi tərəfindən 750 000 manata satılır.

    Mənzil metronun “İçərişəhər” metrostansiyası yaxınlığında, arxitektur binada yerləşir.

    Vasitəçi mənzildə vaxtilə dahi bəstəkarın yaşadığını qeyd edib.

  • “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” – Video

    “Avqust ayında xalçaları bu şirkətə verdim ki, yuyulsun. Bir aydan çox keçdikdən sonra hamısını çirkli formada geri qaytardılar”.

    Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Züleyxa Xəlilova müraciət edib.

    O iddia edib ki, “Xəmsə xalçayuma” şirkəti xalçaları yumaq əvəzinə, ona ziyan vurub: “Avqustun 28-i 7 ədəd xalçanı adıçəkilən şirkətə verdim, ödənişi də əvvəldən aldılar. Ümumilikdə 47 AZN ödədim, lakin bir aydan çox xəbər çıxmadı. Bu yaxınlarda xalçaların hamısını qapımızın yanına atıb getdiklərini gördüm, hər biri ləkəli idi. Bu şirkət insanları aldadır”.

    Z.Xəlilova, həmçinin əlavə edib ki, xalça şirkətə təqdim edildikdə üzərində bu qədər çirk olmayıb: “Açanda gördüm ki, içinə zibil yığıblar. Xalçaların sapları qopub, bərbad vəziyyətdədir. Zəng edirəm, telefona cavab vermirlər. Dəymiş ziyanı ödəməlidirlər”.

    Məsələ ilə bağlı qarşı tərəfə sorğu ünvanlasaq da, günlərdir “Xəmsə xalçayuma”dan müraciətimizə cavab ala bilmədik.

    Maraqlıdır ki, şirkətin vatsap hesabındakı fotoda belə bir açıqlama yazılıb: “Biz başa düşürük, zəhmət olmasa, siz də anlayış göstərin. Avadanlıqlar elektrikdə yaranan gərginliyə görə sıradan çıxmışdı, indi isə düzəlib. Hər kəsin xalçası maksimum bir həftə ərzində təmiz vəziyyətdə təhvil veriləcək”.

    Sözügedən açıqlamanın nə zaman hesab fotosuna qoyulduğu isə məlum deyil.

  • Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəklər

    Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna ordusunu dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək barədə razılığa gəliblər.

    Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

    Bildirilib ki, bu barədə razılıq üç ölkə lideri – Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertz arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

    Məlumata görə, tərəflər həmçinin beynəlxalq mövqelərin möhkəmləndirilməsi və fəaliyyətlərin razılaşdırılması üçün ABŞ ilə koordinasiyanın vacibliyini vurğulayıblar.

    Bizi Telegramda izləyin

  • Televizorda oyun oynaya biləcəksiniz – “Netflix”dən yenilik

    “Netflix” yaxın vaxtlarda televizorlarda videooyunlara çıxış imkanı təqdim edəcək. Yeni funksiya sayəsində abunəçilər tək və ya dostları ilə birlikdə oyun oynaya biləcəklər.

    Bunu şirkətin baş direktorlarından Qreq Piters deyib.

    Onun sözlərinə görə, bu təşəbbüs “Netflix”in inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.

    Yeni xüsusiyyətdən istifadə etmək üçün abunəçilərə “Smart TV” funksiyalı televizor və ya “Roku Inc” kimi uyğun striminq cihazları lazım olacaq. Oyunu idarə etmək üçün isə smartfonlar nəzarətçi kimi istifadə olunacaq. İstifadəçilər smartfonlarını nəzarətçiyə çevirmək üçün televizorda göstərilən QR kodu skan etməlidirlər.

    Oyunlar həm fərdi, həm də dostlarla və ya qrup şəklində oynana biləcək. Layihənin ilk mərhələsində təqdim olunan bütün oyunlar “Netflix” abunəçiləri üçün tamamilə pulsuz olacaq.

    Qeyd edək ki, “Bloomberg”in məlumatına görə, “Netflix”in təqdim etdiyi “Lego Party” oyunu bazarda adətən təxminən 40 dollara satılır.