Month: October 2025

  • Yağışlar Qubada meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə düşüb

    İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə təklif olunur.

    “Report”un Şimal bürosunun məlumatına görə, alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.

    Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.

    Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların “çil” adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.

    Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı “Report”un yerli bürosuna bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:

    “Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur”.

    Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko”, “Qrani smit” və “Fuji” sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.

  • Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

    Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

    “Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

  • Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edib

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində, nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala rayonları sakinlərinin qəbulunu keçirib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, Salyan və Neftçala rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

    Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

  • Австрийская бригада судей обслужит матч Украина-Азербайджан

    Матч Украина – Азербайджан в рамках отбора на Чемпионат мира по футболу (ЧМ-2026) будет обслуживать бригада судей из Австрии во главе с Себастьяном Гисхамером.

    Ему будут помогать Йорген Роланд Ридель и Сантино Шрайнер.

    Функции четвертого арбитра будет выполнять Вальтер Альтман.

    Отметим, что сборная Азербайджана сыграет с Украиной 13 октября. Матч начнется в 22:45 по бакинскому времени.

  • DÇ-2026: Ukrayna – Azərbaycan oyununu avstriyalı hakim idarə edəcək

    DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna – Azərbaycan oyunun avstriyalı hakim idarə edəcək.

    Baş hakim Sebastyan Qisxamer olacaq.

    Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

    Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

  • В Кяльбаджаре прошел общегородской субботник

    В городе Кяльбаджаре прошел масштабный общегородской субботник.

    Как сообщили в Службе восстановления, строительства и управления Кяльбаджарского района, целью мероприятия является благоустройство и очистка города, продвижение экологической культуры и повышение общественной активности.

    В субботнике приняли участие сотрудники Службы, жители города, школьники, а также представители госучреждений.

  • Kəlbəcərdə ümumşəhər iməcliyi keçirilib

    Kəlbəcər şəhərində genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.

    Bu barədə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdən məlumat verilib.

    Bildirilib ki, məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub.

    İməclikdə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.

    İştirakçılar birgə formada şəhərin müxtəlif ərazilərində məişət tullantılarının yığışdırılması, yaşıllıq zolaqlarının abadlaşdırılması və küçələrin təmizlənməsi işlərini həyata keçiriblər. Bu təşəbbüs Kəlbəcərin ekoloji baxımdan sağlam mühitə çevrilməsi və şəhər sakinlərində təbiətə qayğılı münasibətin formalaşdırılmasına xidmət edir.

  • Завтра в Баку ожидается до 27 градусов тепла

    12 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром местами возможен туман.

    Будет преобладать северо-западный ветер, который днем сменится умеренным юго-восточным.

    Температура воздуха ночью составит 14-17, днем – 22-27° тепла. Атмосферное давление – 760 мм ртутного столба, относительная влажность воздуха ночью составит 80-85, днем – 60-65%.

    В регионах Азербайджана преимущественно без осадков, однако в некоторых западных районах вечером временами не исключаются дожди и грозы, местами ливни и град. В некоторых местах возможен туман. Будет преобладать западный ветер.

    Температура воздуха ночью составит 11-16, днем – 20-25, в горах ночью – 1-6, днем – 8-13° тепла.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

  • Азербайджан возобновил поставки винограда в Украину

    Азербайджан в январе-июле текущего года экспортировал 583,3 тонны винограда на сумму 474 тыс. долларов США.

    Как сообщает Report со ссылкой на Госкомстат, это соответственно на 24% и 35% меньше, чем за аналогичный период 2024 года.

    За отчетный период Азербайджан экспортировал в Россию 563,8 тонны винограда (на 26% меньше, чем годом ранее) на сумму 442 тыс. долларов США (-39%), в Украину – 19,3 тонны на сумму 28,9 тыс. долларов США, в Саудовскую Аравию – 0,2 тонны на сумму 3,1 тыс. долларов США (год назад поставок не было).

    Поставки винограда в Украину возобновлены спустя год и 9 месяцев.