Month: October 2025

  • Kriptovalyuta bazarında apreldən bəri ən böyük eniş qeydə alınıb

    ABŞ Prezidenti Donald Trampın Çinə tarifləri elan etməsindən sonra kriptovalyuta bazarında aprelin əvvəlindən bəri ən böyük eniş qeydə alınıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Agentliyin məlumatına görə, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin, Trampın “Truth Social” platformasındakı paylaşımından sonra 12 %-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb.

    Qeyd edilir ki, 6 milyard dollardan çox kriptovalyuta mövqeləri Trampın açıqlamasından bir saat sonra ləğv edilib.

  • На юге Чили объявили угрозу цунами после сильного землетрясения

    Национальная служба по борьбе со стихийными бедствиями Чили предупредила об угрозе цунами на юге страны после землетрясения, которое произошло в проливе Дрейка.

    Об этом говорится на сайте ведомства.

    “Служба объявляет красный уровень угрозы цунами в коммуне Кабо-де-Орнос в регионе Магальянес. Тревога действует с сегодняшнего дня и будет сохраняться до тех пор, пока условия того требуют”, – отмечается в материале.

    Гидрографическая и океанографическая служба ВМС Чили также выпустила предупреждение для антарктических баз страны. Находящемуся там персоналу рекомендовали не приближаться к берегу.

  • Çilidə güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib

    Çilinin Təbii Fəlakətlə Mübarizə Milli Xidməti Dreyk boğazında baş verən zəlzələdən sonra ölkənin cənubunda sunami təhlükəsi barədə xəbərdarlıq edib.

    Bu barədə Xidmətin saytında məlumat verilib.

    “Xidmət Maqallanes bölgəsindəki Kabo-de-Oornos kommunasında qırmızı sunami xəbərdarlığı edib. Xəbərdarlıq bu gündən qüvvədədir və şərait tələb edənə qədər qüvvədə qalacaq”, – məlumatda deyilir.

    Çilinin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti də ölkənin Antarktika bazaları üçün xəbərdarlıq edib. Orada yerləşən şəxsi heyətə sahildən uzaq durmaq tövsiyə olunub.

  • KİV: Beynəlxalq qüvvələr Qəzza zolağında oktyabrın 12-də yerləşdiriləcək

    Beynəlxalq qüvvələr atəşkəs rejiminə nəzarət etmək üçün Qəzza zolağına oktyabrın 12-də yerləşdiriləcək.

    Bu barədə “Al Hadath” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

    Rəsminin sözlərinə görə, ABŞ hərbçilərinin də daxil olacağı bu qüvvələr atəşkəs rejiminə nəzarət edəcək. O, ABŞ hərbçilərinin Qəzzaya gəlişinin bazar günü səhər baş tutacağını vurğulayıb.

    Qeyd edək ki, ABŞ qoşunlarının sülh sazişinin icrasına nəzarət etmək üçün İsrailə gəlişi artıq başlayıb.

  • Venesuela ABŞ tərəfdən mümkün işğala qarşı hazırlıq görür

    Venesuelada ABŞ tərəfindən gözlənilən işğala qarşı hazırlıqlar başlayıb.

    Median.Az bu barədə oxu.az-a istinadən xəbər verir.
    Bununla bağlı yayılan fotolarda paytaxtın girişində keçidin qarşısını alan konstruksiyaların və blokpostların quraşdırıldığı əks olunub.
    Qeyd edək ki, daha əvvəl ABŞ silahlı qüvvələrinin Venesuela yaxınlığındakı beynəlxalq sularda olan gəmiyə zərbə endirdiyi bildirilmişdi. Məlumatlara görə, gəminin qanunsuz narkotik ticarəti və terror təşkilatları ilə əlaqəli olub.
    Bundan əvvəl isə ABŞ-nin Venesuelaya hərbi müdaxilə edə biləcəyi barədə məlumat verilmişdi.

  • Livan İranın yardımından imtina edib

    Livan hökuməti İranın 60 milyon dollarlıq yardım təklifindən imtina edib.

    Median.Az “Report” xəbər verir ki, məlumatı “Ettelaat.com” yayıb.

    İranın Livandakı səfiri Müctəba Əmaninin sözlərinə görə, rəsmi Beyrut bu addımı İslam Respublikasına tətbiq edilən sanksiyalardan çəkindikləri üçün atdığını bildirib.

    Səfir Livan hökumətinin mövqeyini tənqid edərək deyib ki, ABŞ bu ölkəyə vəd etdiyi yardımı üç ildir yerinə yetirmir: “İranın təklif etdiyi yardım isə Livanın iqtisadi və sosial böhran şəraitində yaşayan əhalisinin bir sıra problemlərinin həllinə kömək edə bilərdi”.

  • Tramp Zelenski ilə telefon danışığı aparır

    Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparır.

    Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

    “Zelenski hazırda Prezident Tramp ilə danışır”, – deyə Yermak vurğulayıb.

    Liderlərin müzakirə etdiyi mövzular barədə məlumat verilməyib.

  • Ağadadaş Ağayev: “O qədər pulum var idi ki, bir binanın bir blokunu bütöv almışdım”

    “Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur, onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq”.

    Median.Az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Həftənin qonağı” proqramında deyib.

    Müğənni yığdığı kolleksiyadan da danışıb:

    “Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edirlər. Mənim evimdə isə 40 ildir, döymə əsərlər var. 250-300 il yaşı olan əntiq əşyalarım var. Hara getmişəm, oradan almışam. Dostlarım hədiyyə göndəriblər”.

    A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:

    “Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. İcarəyə verdim, 15 il. Bir gün icarə verən adam dedi, mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən, et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, “Ağadadaş MMC”. O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi oraya buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdilər içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası – evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan”.

  • Yeni tikilən binada TƏHLÜKƏ: Mənzilin arakəsməsi aşmaq üzrədir – Video

    Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşmaq təhlükəsi ilə üz-üzədir.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.

    Mövzu ilə bağlı danışan inşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.

    Ekspert bildirib ki, yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bu səbəbdən də bəzi tikinti şirkətləri xərcləri azaltmaq səbəbi ilə kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edirlər. Lakin sözügedən materialın bazarda yüksəkkeyfiyyətli əvəzediciləri mövcuddur.

    Onun sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Qazi “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı – TƏFƏRRÜAT

    Bakıda sosial şəbəkədə yaranan mübahisə ağır cinayətlə nəticələnib.

    Median.Az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Elvin M. (ad şərtidir – red.) “TikTok”da yazılan bir şərh üstündə əvvəllər tanımadığı Rauf A. ilə mübahisə edib. Elvin məsələyə aydınlıq gətirmək üçün Raufla əlaqə saxlayaraq görüş təyin edib.

    28 aprel 2025-ci il tarixində, axşam saatlarında Biləcəri qəsəbəsində görüşən gənclər əvvəlcə söhbət ediblər, sonra birlikdə Raufun evinə gediblər.

    Qısa söhbətdən sonra ərazidən ayrılan Elvin bir qədər keçmiş, gecə saat 01:00 radələrində yenidən həmin evə qayıdıb. O, evə icazəsiz daxil olaraq çantasında olan bıçaqla Rauf A.-ya çoxsaylı zərbələr endirib.

    Ağır yaralanan Rauf A. hadisədən sağ çıxıb. Elvin M. isə törətdiyi əməl barədə dərhal “102” xidmətinə zəng edib və polisə könüllü şəkildə təslim olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin M. qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmaqda təqsirli bilinib. Məhkəmə qərarı ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, cinayəti törətməkdə ittiham olunan şəxs Vətən müharibəsi qazisisir.