Month: October 2025

  • Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

    Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan “Diadem” ASC 2024-cü ili 5,504 milyon manat xalis zərərlə başa vurub. Halbuki, Şirkət 2023-cü ildən 1,856 milyon manat xalis mənfəətlə çıxmışdı.

    Ötən il “Diadem”in vergiyəqədərki zərəri 6,88 milyon manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 1,376 milyon manat (əvvəlki il ödəmə olub) təşkil edib.

    Bu il yanvarın 1-nə “Diadem”in aktivləri 114,408 milyon manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17,2 % artaraq 114,817 milyon manata, 4,995 milyon manatlıq balans kapitalı isə 409 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb, faktiki müflis olub), o cümlədən nizamnamə kapitalı 3,3 % artaraq 3,101 milyon manata çatıb.

    Xatırladaq ki, “Diadem” 2017-ci ildə yaradılıb. Onun səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.
    //report

  • В Сабирабаде задержали подозреваемого в убийстве 38-летнего мужчины

    В Сабирабадском районе задержали подозреваемого в убийстве 38-летнего жителя села Гарагюней Тельхаса Исмаилова.

    Тельхас Тельман оглу Исмаилов (1987 г.р.) получил ножевые ранения во время свадебного торжества.

    Мужчину доставили в Ширванскую городскую центральную больницу. Однако, несмотря на усилия врачей, пациент скончался.

    По подозрению в совершении убийства задержали знакомого и односельчанина Т. Исмаилова Хагани Мурадова (1984 г.р.).

    В связи с фактом ведется расследование.

  • Sabirabadda toyda bıçaqlanan 38 yaşlı kişi ölüb

    Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.

    Rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb.

    Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.

    Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid atasına təzyiq göstərilib İDDİASI – DİN cavab verdi

    Daxili İşlər Nazirliyi (DİN) şəhid atasının təzyiq iddialarına cavab verib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciəti yayılıb:

    “Oktyabrın 4-də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

    Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb. Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib”.

    DİN qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edib.

    “Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır”, məlumatda deyilir.

  • Bakıda 32 yaşlı qadın itkin düşdü

    Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    Bu barədə “Unikal”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    “A.Həsənovanın əlamətləri: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

    Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.

  • Владимир Путин: Россия ответит укреплением ПВО на поставки Украине ракет Tomahawk

    Президент России Владимир Путин заявил, что в случае возможных поставок США ракет Tomahawk Украине Москва ответит усилением своей системы противовоздушной обороны.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, отвечая на вопрос журналистов на пресс-конференции в Душанбе, российский лидер подчеркнул: “Наш ответ – это укрепление системы ПВО России”.

    Владимир Путин также отметил, что Москва остается в рамках договоренностей, достигнутых на встрече с Президентом США в Анкоридже, где обсуждались пути урегулирования ситуации в Украине. По его словам, процесс требует дополнительной проработки, однако Россия не меняет своей позиции и продолжает действовать на основе договоренностей, достигнутых в Аляске.

    Президент России подчеркнул, что его американский коллега Дональд Трамп “искренне стремится к урегулированию конфликта в Украине”, и выразил надежду, что диалог по этому вопросу будет продолжен.

  • Putin: “Ukraynaya “Tomahawk” raketləri göndərilərsə, Rusiya hava hücumundan müdafiəni gücləndirməklə cavab verəcək”

    “ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü halında, Moskva hava hücumundan müdafiə sistemini gücləndirməklə cavab verəcək”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən mətbuat konfransında bildirib.

    Vladimir Putin qeyd edib ki, Moskva ABŞ prezidenti ilə Ankoricdə əldə olunan razılaşmalar çərçivəsində qalır, həmin vaxt Ukraynadakı vəziyyətin həlli yolları müzakirə edilib.

    Onun sözlərinə görə, proses əlavə iş tələb edir, lakin Rusiya mövqeyini dəyişmir və Alyaskada əldə olunmuş razılaşmalar əsasında hərəkət etməyə davam edir.

  • Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda

    İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid olan Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin də həm adı, həm də dispozisiyasına dəyişiklik edilir.

    “Unikal” xəbər verir ki, bu barədə məsələ Milli bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Mövcud qanunvericiliyə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyəta vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə qanunvericiliyə uyğun cəzalandırılır.

    Təklif edilən dəyişikliyə əsasən, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış bu cür hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə müvafiq cəza tətbiq ediləcək.

    Mövcud qanunvericiliyə əsasən, bu əməllər üzrə “xeyli miqdar” dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür.

    Təklif edilən dəyişikliyə əsasən bu əməllər üzrə “xeyli miqdar” dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.

  • Urmiya gölündən sonra Qavxuni: İranın ekoloji böhran xəritəsi genişlənir

    Urmiya gölü ətrafında xərçəng xəstəliyinin artması ilə bağlı xəbərlərdən sonra bu dəfə İsfahan əyalətindəki Qavxuni bataqlığı ətrafında oxşar vəziyyət müşahidə olunur.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Qeyd olunur ki, bataqlığın olduğu bölgədə yaşayan sakinlər arasında son illərdə leykoz (qan xərçəngi), autoimmun və digər nadir xəstəliklərin yayılması nəzərəçarpacaq dərəcədə artıb.

    Mənbələr bildirirlər ki, uzunmüddətli mədən fəaliyyəti, xüsusilə duz və kalium hasilatı bölgədəki ekoloji vəziyyətin pisləşməsinə və xəstəliklərin artmasına səbəb olub.

    Hazırda yerli sakinlər vəziyyətin araşdırılması və sağlamlıq təhlükələrinin aradan qaldırılması məqsədilə rəsmi qurumlara ərizə ilə müraciət ediblər.

  • Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsində təqsirləndirilən həkimə hökm oxunub

    Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevə hökm oxunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

    S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

    İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

    Əməliyyatı icra edən Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.