Month: October 2025

  • ETX-dən XƏBƏRDARLIQ: “Bir sıra platformalarda boşluqlar aşkar edilib”

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Splunk Enterprise”, “Splunk Cloud” platformalarında və süni intellekt platforması olan “Red Hat Openshit”də boşluqlar (CVE-2025-20371) aşkar edib.

    Bu barədə ETX məlumat yayıb.

    Bildirilib ki, bu boşluqdan yararlanan kiberdələduzlar daxili xidmətlər haqqında həssas məlumatlar əldə edə və administrator səviyyəsində tapşırıqlar icra etmək imkanı əldə edə bilərlər.

  • Anar Əsədlinin cinayət işi iki il sonra yenidən qaldırıldı

    Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq qərarı Baş Prokurorluq qərar qəbul edib.

    Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun vəkili Hikmət Əliyev məlumatı təsdiq edib.

    Xatırladaq ki, A.Əsədli 2023-cü ildə ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

  • “Toyota Prius”da 92 kq mənşəyi məlum olmayan ət aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və DİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub.

    “Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

    Araşdırmalar davam etdirilir”,- deyə Agentlikdən əlavə edilib.

  • Mehdiabadda “Gənclər şəhərciyi”ndə qətl, 60 yaşlı kişi öldürüldü

    Abşeron rayonu Mehdiabad qəsəbəsində 60 yaşlı kişi qətlə yetirilib.

    Hadisə qəsəbə ərazisindəki “Gənclər şəhərciyi”ndə baş verib.

    Həmin qəsəbədə yaşayan, 1965-ci il təvəllüdlü Maşallah Qoçəli oğlu Səfərov bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • 11 солдат погибли в вооруженном столкновении на пакистано-афганской границе

    Вооружённое столкновение произошло недалеко от границы Пакистана и Афганистана.

    Как сообщает Median.Az со ссылкой на Reuters, об этом сообщили представители пакистанских сил безопасности.

    Согласно информации, в результате столкновения погибли по меньшей мере 11 пакистанских военнослужащих.

  • Pakistan-Əfqanıstan sərhədində toqquşma: Ölənlər var

    Pakistan-Əfqanıstan sərhədi yaxınlığında silahlı toqquşma baş verib.

    Median.Az-ın “Reuters” nəşrinə istinadən xəbərinə görə, bu barədə Pakistan təhlükəsizlik xidmətinin nümayəndələri məlumat veriblər.

    Məlumata görə, toqquşma nəticəsində ən azı 11 pakistanlı əsgər həlak olub.

  • Putin Rusiyanın yeni silahının anonsunu verdi

    “Rusiya tezliklə yeni silahını təqdim edə bilər. Hazırda onun sınaqları uğurla gedir”.

    Bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

    “Düşünürəm ki, yaxın günlərdə vaxtilə elan etdiyimiz yeni silah barədə məlumat vermək imkanımız olacaq. O, meydana çıxmaq üzrədir, hazırda sınaqdan keçirilir. Sınaqlar uğurla gedir”, – deyə Rusiya lideri bildirib.

    Putinin sözlərinə görə, Rusiya silahlarının qitələrarası imkanlarına gəlincə, onların dənizdə və havada yeniliyi və müasirliliyi çox yüksək səviyyədədir.

    “Nüvə silahından çəkindirmə vasitələrimizin yeniliyi hər hansı digər nüvə dövlətindən yüksəkdir. Biz bütün bunları çox fəal şəkildə inkişaf etdiririk. Odur ki, vaxtilə, əvvəlki illərdə dediklərimin hamısı inkişaf etdirilir”, – deyə RF prezidenti vurğulayıb.

  • Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

    Milli Məclisin payız sessiyasının növbəti plenar iclası oktyabrın 17-də keçiriləcək.

    Bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.

  • В Баку задержан мужчина, оказавший сопротивление полиции с холодным оружием

    В Баку полицейские задержали мужчину, который оказал сопротивление с использованием холодного оружия.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МВД, во время ночного задержания подозреваемый в незаконном обороте наркотиков пытался скрыться от уголовного преследования.

    Ранее неоднократно судимый Рагиб Мамедов (1986 г.р.) использовал режущий предмет (“резак”), чтобы противодействовать сотрудникам полиции. Несмотря на неоднократные предупреждения, он продолжал сопротивление, и для нейтрализации подозреваемого сотрудники полиции применили табельное оружие. После оказания первой медицинской помощи его доставили в больницу.

    У задержанного обнаружены и изъяты крупные объемы наркотических средств.

    По данному факту возбуждено уголовное дело, проводятся следственные действия по соответствующим статьям Уголовного кодекса.

  • Polisə soyuq silahla müqavimət göstərən şübhəli zərərsizləşdirilib

    Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

    Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Vurğulanıb ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

    Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (“rezak”) polis əməkdaşlarına müqavimət göstərib.

    Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

    Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.