Month: October 2025

  • Bakıda küçədən qadın meyiti tapıldı

    Bakıda küçədən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Salyan yolu 12-nin qarşısında qeydə alınıb.

    36 yaşlı Mariya Sergeyevna Feoletovanın meyiti buradakı obyektlərdən birinin qarşısında aşkarlanıb. Cəsədin üzərində zorakılıq əlamətləri olmayıb.

    Məlumata görə, mərhum tüfeyli həyat tərzi keçirirmiş.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • XİN: Qəzzaya humanitar yük aparan gəmidə saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb

    Qəzzaya humanitar yük aparan gəmidə İsrail tərəfindən saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

    Bunu XİN-in mətbuat katibi Ayxan Hacızadə cavab olaraq bildirib.
    “Onlar təyyarə ilə Türkiyəyə yola salınıb”, – o əlavə edib.

  • Düşənbədə MDB+ formatının təsis olunması barəsində qərar qəbul olundu

    Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları MDB+ formatının təsis olunması barəsində qərar qəbul ediblər.

    Bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

    Müvafiq sənəd Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.

    Rusiya lideri Vladimir Putin bildirib ki, MDB+ formatının yaradılması təşəbbüsünü dəstəkləyir. Onun sözlərinə görə, yeni format başqa dövlətlərin və beynəlxalq strukturların MDB tədbirlərində daha fəal iştirakına kömək edəcək.

    Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, istənilən dövlət müzakirə edilən məsələlərdən asılı olaraq MDB+ iştirakçısı ola bilər.

  • Рахмон: В 2026 году председательство СНГ перейдет к Туркменистану

    Председательство в Содружестве Независимых Государств (СНГ) с января 2026 года перейдет к Туркменистану.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил президент Таджикистана Эмомали Рахмон на саммите СНГ в Душанбе.

    Он добавил, что следующий саммит СНГ состоится в Туркменистане 9 октября 2026 года.

    “На заседании совета глав государств в узком формате было принято решение, что с января следующего года председательство <…> переходит к Туркменистану”, – сообщил Рахмон.

  • Tacikistanın Müstəqil Dövlətlər Birliyinə sədrliyi bitir

    “Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik 2026-cı ilin yanvar ayından Türkmənistana keçəcək”.

    Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında bəyan edib.

    O bildirib ki, MDB-nin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

  • “Rus Evi”nin bərpası ilə bağlı danışıqlar başladı

    “Rossotrudniçestvo” Bakıda Rus Evinin yenidən açılmasının həlli üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

    Bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində Rossotrudniçestvo direktorunun müavini Pavel Şevtsov bildirib.

    “Biz dünən iki ölkə prezidentləri arasında müsbət söhbətin şahidi olduq. Ümid edirik ki, bunun nəticəsində Mərkəzimiz açılacaq və ölkələrimiz arasında genişmiqyaslı humanitar əməkdaşlıq davam etdiriləcək”, – o, ifadə edib.

  • Göyçay sakini küçədə qarət olundu, iki nəfər həbs edildi

    Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıblar. Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

  • Ağstafada dərman verilməyən kişi özünü xəstəxananın ikinci mərtəbəsindən atdı

    Ağstafa xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinə baş verib.

    Rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsini ikinci mərtəbəsində müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü atıb.

    Dərhal ona yardım edilsə də onun həyatını xilas etmək mümkün olamyıb. Məlumata görə, ölən şəxs xəstəxanada xəstə kimi müalicə alırmış.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb.

    Ölüm hadisə ilə bağlı araşdırma aparılır.

  • Adəm Məmmədov direktor oldu

    Tanınmış hüquqşünas Adəm Məmmədov yeni mərkəz təsis edib.

    Median.Az-ın əldə etdiyi məlumata görə o, bundan sonra fəaliyyətini “Legatus Hüquq Mərkəzi”nin direktoru olaraq davam etdirəcək.

    Qeyd edək ki, Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub, ədliyyə kapitanıdır. Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil alıb.

    Adəm Məmmədov, həmçinin telejurnalist kimi də tanınır. Uzun illər “Lider” televiziyasında “Hüquq və ədalət”, “İnsan və qanun” verilişlərinin aparıcısı olub. O, oxucular tərəfindən böyük maraqla qarşılanan “Qətlin sonu” detektiv-triller və “Oğurlanmış adam” romanın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Vəkillik fəaliyyəti dövründə 40-dan artıq bəraət qərarına nail olduğu bildirilir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasında müəllim olub.

    Orxan Rasifoğlu

  • Ov mövsümü açıq elan edilib

    Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 10 oktyabr 2025-ci il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır. Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub.

    “Bu səbəbdən Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün 1 dekabr 2025-ci il tarixinədək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib”.

    A.Babayevanın sözlərinə görə, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq. Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

    “Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”.