Month: October 2025

  • Türkiyədən idxal olunan məhsullarda uyğunsuzluq aşkarlanıb

    Türkiyə Respublikasından Azərbaycana idxal olunan multivitamin və şirniyyat məhsullarında uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.

    Bildirilib ki, AQTA tərəfindən Türkiyə Respublikasından “Ersağ Azərbaycan” MMC-nin idxal etdiyi, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ver Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

    Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.

  • Putin MDB sammitində Paşinyanla mübahisə etdi – VİDEO

    Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında MDB sammitində fikir mübadiləsi zamanı mübahisə yaşanıb.

    Putin Nikol Paşinyanın Rusiya ilə Ermənistan arasında ticarətlə bağlı çıxışına münasibət bildirib.

    Rusiya lideri Paşinyanın çıxışına “Keçən il daha çox idi, bu il daha çox olacaq”, – sözləri ilə cavab verib.
    //unikal.az

  • İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı – TAM MƏTN

    Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

    Prezidenti İlham Əliyevin çıxışı:

    – Hörmətli Emoməli Şərifoviç.

    – Hörmətli həmkarlar.

    Əvvəlcə qonaqpərvərliyə, tədbirimizin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmona təşəkkürümü bildirmək istərdim.

    Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

    Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.

    Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

    Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.

    Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həmdə qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

    Diqqətinizə görə təşəkkür edirəm.

    Prezident Emoməli Rəhmon: İlham Heydər oğlu, sağ olun.

  • Rüşvət almaqda ittiham olunan keçmiş direktorun cəzası yüngülləşdirilib

    Rüşvət almaqda və dövlət əmlakını mənimsəməkdə ittiham olunan Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin cəzası yüngülləşdirilib.

    Median.Az Teleqraf.Az-a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə qərar qəbul edilib.

    Hakim Şahin Yusifovun sədrlik etdiyi kollegiyada müdafiə tərəfinin kasasiya şikayəti qismən təmin olunub. Təqsirləndirilən şəxsə təyin edilmiş Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi hökmdən xaric edilib.

    Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.1 və 313-cü maddələri ilə təqsirli bilinən T.Tanrıverdiyevin cəzası 5 il 3 aya endirilib.

    Bundan başqa, o, 3 il 3 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında və ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

    İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub.

    O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69 418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib.

    Həmin hərəkətləri ilə Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.

    T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavininin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib.

    Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

    Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib, qəti olaraq 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Bir müddət əvvəl Gəncə Apellyasiya Məhkəməsində işə baxan hakimlər heyəti protesti təmin edib və təqsirləndirilən şəxsin barəsində olan hökmü ləğv edib.

    Yeni hökmə əsasən, o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclası zalında həbsə alınıb.

  • Президент: Такие мероприятия, как Игры стран СНГ укрепляют дружбу и сотрудничество как на пространстве Содружества, так и за его пределами

    Такие мероприятия, как Игры стран СНГ укрепляют дружбу и сотрудничество как на пространстве Содружества, так и за его пределами.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев, выступая на заседании Совета глав государств СНГ в узком составе в Душанбе.

    Отметив, что III Игры стран СНГ, состоявшиеся в Азербайджане с 28 сентября по 8 октября этого года, прошли в древнем городе Гянджа и еще шести азербайджанских городах – Габала, Гёйгёль, Евлах, Мингячевир, Ханкенди, Шеки, глава государства подчеркнул: “Такого рода мероприятия укрепляют дружбу и сотрудничество на пространстве СНГ и за его пределами, способствуют укреплению отношений, основанных на равноправии, учете взаимных интересов и взаимном уважении”.

  • Prezident: “MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir”

    “MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

    Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

  • Rusiyanın azadlığa buraxdığı azərbaycanlının kimliyi bilindi

    Rusiyada Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azadlığa buraxılıb.

    Median.Az bu barədə “Kommersant” nəşrinə istinadla xəbər verir.

    Qeyd olunur ki, bu, Azərbaycanda “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə eyni vaxtda baş verib.

  • Azərbaycan Kuboku: Birinci təsnifat mərhələsinə yekun vurulur

    Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

    İkinci oyun günündə iki matç keçiriləcək.

    Azərbaycan Kuboku

    I təsnifat mərhələsi

    10 oktyabr

    14:00. “Göygöl” – “Şəmkir”

    Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.

    Hakim-inspektor: Əmrah İbrahimov.

    AFFA nümayəndəsi: Mübariz Hüseynov.

    Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

    14:00. “Quba” – “Xankəndi”

    Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.

    Hakim-inspektor: Zöhrab Qədiyev.

    AFFA nümayəndəsi: Yavər Rəhimov.

    Quba Olimpiya İdman Kompleksinin stadionu.

  • В Сальянском районе произошёл крупный пожар

    В селе Еникенд Сальянского района вспыхнул пожар в сарае общей площадью 530 кв.м.

    Как сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям Азербайджана, огонь уничтожил легковоспламеняющиеся конструкции сарая, хранившиеся под ним тюки сена общим весом 100 тонн, конструкции прилегающего к сараю склада площадью 190 кв.м, а также 8 тонн зерна внутри.

    Оставшаяся часть сена и прилегающие строения были спасены от огня. Пожар был потушен подразделениями пожарной охраны.

  • Salyanda güclü yanğın olub

    Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 530 m² olan talvarda yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 530 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu, talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan 8 ton taxıl yanıb.

    Qeyd edilib ki, ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.