Month: October 2025

  • Ağdamda atası tərəfindən döyülən ikiyaşlı Musanın vəziyyəti açıqlanıb

    Ağdamda avqustun sonunda atası tərəfindən döyülərək ağır xəsarətlər alan ikiyaşlı Musa Rəhimovun vəziyyəti açıqlanıb.

    Hazırda onun vəziyyəti stabildir, təhlükəli mərhələni geridə qoyub.

    Xatırladaq ki, bu il avqustun 27-də Musa Rəhimov ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Durumunun ağır olması səbəbindən onun Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Hazırda da müalicəsi orada davam etdirilir.

  • 12 yaşlı azərbaycanlı tiktoker ABŞ-də faciəli şəkildə öldü – FOTO – VİDEO

    12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova ABŞ-də faciəvi şəkildə həlak olub. O, sosial şəbəkə üçün təhlükəli fəndi lentə alan zamanı qatarın altında düşüb.

    Hadisə barədə “abc7ny.com” məlumat yayıb.

    Bildirilir ki, faciə Bruklində, metro xəttində hərəkətdə olan qatarda baş verib. Zemfira rəfiqəsi ilə birlikdə saat 3 radələrində “Marcy Avenue” stansiyasında “metro sörfingi” edərkən yıxılaraq dünyasını dəyişib.

    Onunla birlikdə olan 13 yaşlı qız da hadisə zamanı həlak olub.

    Zemfiranın 11 yaşlı bacısı Məryəm bildirib ki, Zemfira ailə üzvləri yatarkən evdən gizlincə çıxıb.

    Zemfiranın anası Nataliya Rudenko deyib ki, qızı “metro sörfingi” ilə maraqlansa da, ailəsinə heç vaxt belə bir şey etməyəcəyini deyirmiş.

  • В Душанбе проходит встреча Ильхама Алиева с Владимиром Путиным в формате один на один

    В эти минуты в Душанбе проходит встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Российской Федерации Владимиром Путиным в формате один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü keçirilir

    Bu dəqiqələrdə Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Baş məşqçi vəfat etdi

    Argentina futboluna ağır itki üz verib.

    “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anhel Russo 70 yaşında dünyasını dəyişib. Məlumatı klubun rəsmi saytı yayıb.

    Mütəxəssis ötən ayın sonlarında səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Migel Anhel Russo futbolçu karyerasını “Estudiantes”də keçirib. O, 1989-cu ildə məşqçiliyə başlayıb, “Lanus”, “Veles Sarsfield”, “San Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiantes” və “Boka Xuniors” kimi komandalarda baş məşqçi işləyib.

  • Moped və velosiped oğruları tutuldu

    Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək 1500 manat dəyərində mopedinin naməlum şəraitdə oğurlandığını bildirib.

    Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Ə.Quliyev müəyyən edilərək saxlanılıb.

    Analoji hadisə Sabunçu rayonunda da baş verib. Ramana qəsəbə sakininin mopedini oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 46 yaşlı Ə.Bayramov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Nəsimi rayonunda isə iki nəfərin velosipedini oğurlayan 25 yaşlı Ü.Aslanov, əvvəllər məhkum edilmiş 32 yaşlı K.Dadaşzadə və 25 yaşlı Ü.Aslanov saxlanılıblar.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Sumqayıtda narkotikin təsiri altında avtobus sürən şəxs HƏBS OLUNDU – Video

    Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o saxlanılaraq tibbi müayinəyə aparılıb.

    Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Ş.İbrahimov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Əminə Yusifqızı vəfat etdi

    Xalq artisti Əminə Yusifqızı vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a 89 yaşlı mərhumun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda dünyaya gəlib.

    1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb.

    1974-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib.

    O, “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

    2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

  • В Анкаре проходит встреча министров обороны Турции, Азербайджана и Грузии

    В городе Анкара в Турции проходит встреча министров обороны Азербайджана, Турции и Грузии.

    В связи с этим Министерство национальной обороны Турции сделало публикацию на своей странице в X.

    Сообщается, что сначала министр национальной обороны Турции Яшар Гюлер встретился с министром обороны Азербайджана Закиром Гасановым.

    После этого Яшар Гюлер также встретится с министром обороны Грузии Ираклием Чиковани.

  • Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

    Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli toplantısı başlayıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Güler toplantı çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın baş nazir müavini, müdafiə naziri İrakli Çikovanini paytaxtdakı Mərkəzi Ordu Evində qarşılayıb.

    Yaşar Güler ilk olaraq Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş keçirib. Daha sonra onun Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə də ayrıca görüşəcəyi bildirilib.