Month: October 2025

  • Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

    Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Ehtiyar Şirinov tərəfindən törədildiyi məlum olub.

    Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

    Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

  • Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi keçiriləcək

    Oktyabrın 16-17-də 14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

    Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

  • AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə onlayn qaydada 584 294 bilet əldə edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

    Ötən ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 19,5 % idisə, bu ilin eyni dövründə bu rəqəm 33 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

    Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 341 reys olmaqla 389 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

  • В Хачмазе 32-летняя женщина скончалась от отравления угарным газом

    В селе Гыраглы Хачмазского района 32-летняя женщина найдена мертвой в ванной комнате дома.

    Жительница Габалинского района Мехрибан Гафарлы (1993 г.р.), предположительно, скончалась от отравления угарным газом.

    По факту ведется расследование.

  • Xaçmazda 32 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

    Xaçmaz rayonunun Qırağlı kəndində 32 yaşlı qadın evin hamam otağında ölü tapılıb.

    Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda çay evində yanğın olub

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

    Hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.

    Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Babək prospekti, mərkəz istiqamətində;

    9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    12. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • На Солнце произошла сильная вспышка

    Вспышка предпоследнего класса мощности М зафиксирована на Солнце 9 октября.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “9 октября в 15:31 мск (16:31 по Баку – ред.) в рентгеновском диапазоне зарегистрирована вспышка M2”, – говорится в сообщении.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə güclü partlayış baş verdi

    Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.

    Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Oktyabrın 9-da Bakı vaxtı ilə 16:31-də rentgen diapazonunda M2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Hövsanın bu hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

    Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət olacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq:

    “Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq”.