Month: October 2025

  • Kişi yad oğlanla söhbət edən sevgilisini döydü, sonra avtobus qaçırdı – CƏZA

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi ələ keçirməkdə təqsirləndirilən İbrahim Cəbiyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttiham aktına görə, İbrahim Cəbiyev 2024-cü ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisində, Xırdalan dairəsindən dəmir yolu xəttinə gedən yolun üstündə qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Maya Quliyevanı (ad-soyad şərtidir) döyüb.

    Belə ki, təqsirləndirilən şəxs zərərçəkən Maya Quliyeva yaxınlıqda yerləşən iş yerindən çıxarkən, onun tanımadığı bir şəxslə söhbət etdiyini görüb. Bu zaman İbrahim qısqanclıq zəminində yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Quliyevaya qarşı zorakılıq hərəkətləri edib. O, əvvəlcə qadının boğazından tutaraq boğub, daha sonra yumruqla onun sifət və baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Nəticədə Maya sol almacıq sümüyünün qapalı sınığı, sol alt və üst göz qapaqlarının qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alıb.

    Bundan əlavə, təqsirləndirilən şəxs Xırdalan şəhərində “at heykəli”nin qarşısındakı dayanacaqda sərnişin qismində əyləşdiyi 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə mübahisə edib. Bu zaman o, talama məqsədi olmadan özgənin əmlakını qanunsuz ələ keçirib.

    Belə ki, sürücünün avtobusdan yerə düşməsindən istifadə edən İbrahim nəqliyyat vasitəsinin sükan arxasına əyləşərək, onu qanunsuz olaraq idarə edərək hadisə yerindən uzaqlaşıb.

    Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

  • “Евровидение-2026”: Австрия может отказаться от проведения конкурса

    Будущее международного песенного конкурса “Евровидение-2026” оказалось под угрозой срыва. Страна-хозяйка Австрия может отказаться от проведения шоу из-за возможного исключения Израиля из участия.

    Как сообщает Median.Az со ссылкой на OE24, канцлер Австрии Кристиан Штокер заявил, что подобное решение противоречит принципам равенства и толерантности, которыми руководствуется конкурс.

    “Невозможно, чтобы именно мы, как никто другой, запрещали еврейскому артисту приезжать в Вену”, – подчеркнул политик.

    Позицию канцлера частично поддержал мэр Вены Михаэль Людвиг. Он считает, что дисквалификация Израиля будет ошибкой, однако подчеркнул, что проведение конкурса важно для города и может принести значительные доходы в бюджет.

  • “Avroviziya-2026” ləğv edilə bilər

    “Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsinin gələcəyi təhlükə altındadır. Ev sahibi olan Avstriya İsrailin müsabiqədən kənarlaşdırılacağı təqdirdə şounun keçirilməsindən imtina edə bilər.

    Median.Az-ın “OE24″ə istinadla verdiyi məlumata görə, Avstriya kansleri Kristian Ştoker bununla bağlı hökumətə çağırış edib.

    O, İsrailin kənarlaşdırılmasını müsabiqənin əsaslandığı bərabərlik və tolerantlıq prinsiplərinə zidd olduğunu bildirib.

    “Heç kimin yox, məhz bizim yəhudi bir sənətkarın Vyanaya gəlməsini qadağan etməyimiz mümkünsüzdür”, – deyə siyasətçi vurğulayıb.

  • Paytaxt məktəbində ilk dəfə QR kitabxana yaradılıb

    Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb.

    QR kitabxanada müxtəlif janrlı resurslar (qısa hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısametrajlı filmlər) toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu etdikləri bölmələrə daxil ola bilərlər.

    Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsidir. Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə verəcəyini düşünür.

  • Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb

    Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

  • Öz kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə bilərlər

    Öz bank kartını “drop”, yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC 2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

    Onun sözlərinə görə, bu barədə DİN digər aidiyyəti qurumlarla birgə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

    Y.Hüseynov əlavə edib ki, kibercinayət ölkə daxilində baş verəndə banklarla yaradılan işçi qrup, provayderlərlə qarşılıqlı əlaqə çərçivəsində bu cinayətlərin açılması təmin edilir. Hücum ölkə xaricindən ediləndə isə burada hüquqi baxımından problem yaranır:

    “Məsələn, ötən il Çindən olan şəxs həmin ölkədən Azərbaycanın təxminən 570 vətəndaşına qarşı dələduzluq etmişdi. Texniki və qarşılıqlı yardım üsulları ilə bunu edənin şəxsiyyəti müəyyənləşdi. Lakin vətəndaşı maraqlandıran məsələ itirdiyi maddi vəsaitdir. Həmin ölkə vətəndaşı burada deyil, ona görə qanunvericiliyə görə həmin vəsaiti qısa müddətdə geri qaytara bilmirik”.

  • Mərkəzi Bank “Azərikard”ın lisenziyasını məhdudlaşdırdı

    “Azərikard” MMC fəaliyyətini ödəniş sisteminin operatoru və ödəniş təşkilatı kimi davam etdirəcək.

    Bu barədə Mərkəzi Bank məlumat yayıb.

    Bildirilib ki, “Azərikard” MMC-yə (Təşkilat) “ödəniş sisteminin operatoru” fəaliyyətinin göstərilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12 sentyabr 2024-cü il tarixində ÖSO-001 nömrəli, “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyətinin göstərilməsi üçün isə Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü il tarixində EPT-011 nömrəli lisenziyalar verilib.

    Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 8 oktyabr 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

    Bununla da Təşkilat fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcək.

  • İlham Əliyevlə Putinin görüşündən VİDEO

    Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Владимир Путин: Россия оказывает всяческое содействие расследованию причин крушения самолета AZAL

    Россия оказывает всяческое содействие расследованию причин крушения самолета AZAL.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил президент России Владимир Путин на встрече с Президентом Азербайджана Ильхамом Алиевым в Душанбе.

    “Мы, безусловно, как и договаривались, оказываем всяческое содействие следствию. Следствие заканчивается”, – сказал он.

  • Putin: “Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hərtərəfli əməkdaşlığı təmin edir”

    “Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hərtərəfli əməkdaşlığı təmin edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

    “Biz əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, – deyə o bildirib.