Month: October 2025

  • Slovakiya səfiri Azərbaycana təşəkkür edib

    Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri barədə təəssüratlarını bölüşüb.

    Median.Az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

    Diplomat səfəri maarifləndirici adlandırıb və qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bölgədəki bərpa layihələri, həmçinin mövcud vəziyyət barədə dəyərli məlumatlar əldə ediblər.

    Elçin Qasımov səmimi qonaqpərvərliyə görə də təşəkkürünü bildirib.

  • СМИ: Глава Сирии потребовал от чиновников сдать ключи от люксовых машин

    Президент Сирии на переходный период Ахмед аш-Шараа потребовал от чиновников сдать ключи от люксовых автомобилей.

    Как передает Median.Az, об этом пишет Reuters.

    Отмечается, что на одном из мероприятий в августе он раскритиковал чиновников и бизнесменов, которые приехали на дорогих внедорожниках.

    “Аш-Шараа приказал госслужащим, у которых есть роскошные автомобили, отдать ключи, пригрозив в противном случае расследованием на предмет незаконных доходов. Несколько ключей были переданы, когда люди начали расходиться”, – говорится в материале.

  • Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib

    Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını təhvil vermələrini tələb edib.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    Məlumata görə, avqust ayında keçirilən bir tədbirdə o, bahalı avtomobillərlə gələn vəzifəli şəxsləri və iş adamlarını tənqid edib. O, lüks avtomobil sahiblərini qanunsuz gəlir əldə etməkdə ittiham edib.

    Qeyd olunur ki, tədbirin sonunda bir neçə açar dövlət başçısına təhvil verilib.

  • Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ

    Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb.

    Oxu.az-a daxil olan görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhqir və təhdid etməsi əks olunub.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə, davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub.

    Məlumatda qeyd olunub ki, D.Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub:

    “D.Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu dolayısı ilə təsdiq edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib”.

  • Обсуждается визит Эрдогана в Азербайджан для участия в параде Победы

    Обсуждается визит президента Турции Реджепа Тайипа Эрдогана в Азербайджан для участия в параде Победы.

    Как сообщает Median.Az со ссылкой на Report, об этом заявил заместитель министра молодежи и спорта Турции Энес Эминоглу.

    Оценивая текущее состояние турецко-азербайджанских отношений, он отметил, что молодежь должна еще больше расширять существующие связи: “В этом направлении важно сотрудничество молодых предпринимателей. Освобождение Карабаха от оккупации в результате 44-дневной войны- это наша великая Победа. Тогда мы громко заявляли: “Карабах – это Азербайджан”, а сегодня говорим: “Газа – это Палестина”.

  • Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak üçün gəlməsi müzakirə olunur”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

    O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərini gənclər də davam etdirməlidirlər:

    “Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz “Qarabağ Azərbaycandır” deyə səsimizi ucaldırdıq və bu gün isə “Qəzza Fələstindir” deyirik”.

    Qeyd edək ki, Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu Azərbaycanda səfərdədir.

    Nazir müavini sabah Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumunda (EYBF2025) iştirak edəcək.

  • 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU

    Qaradağ rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan təqsirləndirilən Rəşad Tağıyevin məhkəməsi yekunlaşıb.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Rəşad Tağıyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Rəşad Tofiq oğlu Tağıyev həmin ərazidə arvadı 36 yaşlı Sevinc İnşallah qızı Hüseynovanı aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

    Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

    Xatırladaq ki, Rəşad Tağıyev həyat yoldaşı Sevinc Hüseynovanı xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, O, həyat yoldaşı S.Hüseynovanı əvvəlcə bıçaqlasa da, sonradan ölmədiyini görüb, başını gölün kənarındakı böyük daşa vurub. R.Tağıyev qadının başını dəfələrlə daşa vuraraq əzib öldürüb.

  • Azərbaycan cüdoçusu Avropa çempionu oldu

    Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

    Median.Az xəbər verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.

    Qeyd edək ki, digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.

  • “Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına” – Xaçmazdakı qətlin TƏFƏRRÜATI

    Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

    Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Hadisəni qadının 17 yaşlı oğlunun törətdiyi bildirilir.

    Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib.

    “İki oğlu var, anasını balacası öldürüb. Hadisə telefon üstündə baş verib. Anasına deyirdi ki, niyə kişilərlə danışır? Təkid edirdi ki, danışmasın, telefonu versin, yoxsa sındıracaq”, – mərhumun qohumu bildirib.

    Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Şeydayev bildirib ki, oktyabrın 29-u saat 19:30-da 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub:

    “Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.

    Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • “Sushi Club” bağlandı: Ciddi nöqsanlar aşkarlandı

    Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Tural Şakir oğlu İsmayılova məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Belə ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.//oxu.az