Month: October 2025

  • Noyabrda yağıntıların miqdarı bəzi ərazilərdə normadan çox olacaq – AYLIQ PROQNOZ

    Bu il noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

    Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3 şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 27-34 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 15-20 dərəcə, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

  • Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib

    Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

  • Турецкие врачи оказывают психологическую помощь азербайджанским ветеранам

    Турецкие специалисты по приглашению Министерства здравоохранения прибыли в Баку для оказания проактивной психологической и медицинской помощи азербайджанским ветеранам.

    Об этом сообщили в Минздраве.

    Сообщается, что турецкие специалисты делятся своими знаниями и опытом с местными специалистами, проводя обследование и лечение пациентов.

  • Azərbaycanlı veteranlara psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli mütəxəssislər dəvət olunub

    Səhiyyə Nazirliyinin dəvəti ilə azərbaycanlı veteranlara proaktiv psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli mütəxəssislər Bakıya gəliblər.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, türkiyəli mütəxəssislər bilik və təcrübələrini yerli mütəxəssislərlə bölüşərək ehtiyacı olan şəxsləri müayinə və müalicə ediblər.

  • Автобусы на маршруте “Эльмляр академиясы” – Баиловский парк обновляются

    Автобусы, курсирующие по внутригородскому маршруту №53 (станция метро “Эльмляр Академиясы”- Баиловский парк), будут заменены на автобусы 2025 года выпуска, оснащенные экологически чистым газомоторным топливом CNG.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана.

    Согласно информации, ООО Transkontrol, победившее в конкурсе на маршрут, начнет оснащать линию автобусами с 1 ноября. Всего на маршруте будут курсировать 10 автобусов с интервалом движения 10-11 минут.

  • “Elmlər Akademiyası” metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir

    “Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Transkontrol” MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

  • Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb

    Salyan rayonunda elektrik cərəyanı vurması səbəbindən xəstəxanaya yerləşdirilən şəxsin ölüm səbəbi açıqlanıb.

    Bu barədə TƏBİB-dənbildirilib.

    Qeyd olunub ki, 2004-cü il təvəllüdlü kişi oktyabrın 29-da saat 13:30 radələrində Salyam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Baş-beyinin diffuz travması, baş və üz skeletinin sınıqları, III dərəcəli koma diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti ağır qiymətləndirilən şəxs ailəsinin yazılı iltizamnaməsi əsasında özəl tibb müəssisəsinə təxliyə olunub.

    Daha sonra pasiyent oktyabrın 30-da yenidən Salyan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, oktyabrın 31-də saat 12:20 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

  • Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq

    Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

    Bu barədə “Report”a Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı 4 komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

    Dünya çempionatına 12-ci vəsiqənin sahibi isə Azərbaycan və Özbəkistan komandalarının matçında məlum olacaq. Mundiala seçmə xarakter daşıyan qarşılaşma noyabrın 1-2-də Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

    İki gün ərzində rapid yarışının yekununda qalib gələcək komanda dünya çempionatına vəsiqə qazanacaq.

    Azərbaycan millisi matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

    Azərbaycan – Özbəkistan görüşünün baş hakimi Faiq Həsənovdur.

    Qeyd edək ki, mundial noyabrın 18-23-ü aralığında baş tutacaq.

  • Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə hökm oxunub

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

    Eyni zamanda, onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.

    Qeyd edək ki, sözügedən şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    İttihama görə, Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

    Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
    //report

  • Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

    Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

    Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı Rəfael Fərmanov saxlanılıb.

    Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu bildirilir. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu da məlum olub.

    R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.