Month: October 2025

  • Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

    “Statistik proqnozlara görə, 2026–2030-cu illər arasında birinci sinfə qəbul ediləcək uşaqların sayı hazırkı göstəricidən təxminən 10–15 faiz az olacaq. Bu, gələcəkdə müəllimlərin sayında tənzimləmə və ixtisar ehtimalını artırır”.

    Bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda doğum səviyyəsinin azalmasının gələcəkdə müəllimlərin ixtisarına səbəb ola biləcəyi sualına cavabında deyib.

    O bildirib ki, doğum səviyyəsindəki bu azalma gələcəkdə məktəb, müəllim və ümumilikdə təhsil infrastrukturunun yenidən optimallaşdırılmasını tələb edəcək:

    “Hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir. Əgər hər il orta hesabla 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur”.

    Ekspertin fikrincə, azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək.

    “Əgər 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 90 min abituriyent iştirak etmişdisə, 2030-cu ilə qədər bu sayın 60–65 minə enəcəyi gözlənilir. Bu, universitetlərin maliyyə dayanıqlığına, professor-müəllim heyətinin sayına və elmi potensialın yenilənməsinə ciddi təsir göstərəcək”.

    Kamran Əsədov hesab edir ki, doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər:

    “Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq.

    Belə halda, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı peşə təhsilinə marağın artırılması, “PeşəFest”, “Skills Azerbaijan” kimi təşəbbüslər və əmək bazarı ilə inteqrasiyanı gücləndirmə siyasəti xüsusi əhəmiyyət daşıyır”.

    Ekspert qeyd edib ki, əgər bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər:

    “Regionlarda məktəb şəbəkəsi daralacaq və bu da bəzi kəndlərdə məktəblərin bağlanmasına və müəllimlərin miqrasiyasına səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir. Lakin mənfi təsirlərlə yanaşı, bu prosesin müsbət tərəfləri də var. Siniflərin seyrəlməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əgər 2000-ci illərdə bir sinifdə 30–35 şagird təhsil alırdısa, indi bəzi bölgələrdə bu rəqəm 15–18-dir. OECD standartlarına görə, kiçik siniflərdə tədris daha məhsuldar sayılır. Bu da müəllim–şagird münasibətlərinin daha fərdi, psixoloji və pedaqoji baxımdan dərin qurulmasına şərait yaradır”.

    Kamran Əsədov vurğulayıb ki, doğum səviyyəsindəki azalma Azərbaycan təhsil sisteminə həm təzyiq, həm də fürsət yaradır:

    “Təzyiq – çünki gələcəkdə şagird və tələbə kontingenti azalacaq, bu da kadr və struktur dəyişikliklərini qaçılmaz edəcək.

    Fürsət – çünki sistemin optimallaşdırılması, keyfiyyətin artırılması və resursların yenidən bölgüsü üçün yeni imkanlar açılır.

    Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi təhsil şəbəkəsinin optimallaşdırılması, region məktəblərinin klasterləşdirilməsi, müəllimlərin yenidən ixtisaslaşdırılması və peşə təhsilinin gücləndirilməsi siyasəti bu reallıqlara adekvat cavabdır. Dövlətin strateji yanaşması bundan sonra miqdar yox, keyfiyyət prinsipinə əsaslanmalıdır. Azalan uşaq sayı daha çox investisiyanın hər bir şagirdin fərdi inkişafına yönəlməsi üçün tarixi imkan yaradır. Bu, gələcəkdə həm təhsilin, həm elmin, həm də ümumilikdə insan kapitalının keyfiyyət göstəricilərini yüksəldəcək”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkədə 166 210 uşaq doğulub. Sonrakı illərdə bu rəqəm ardıcıl şəkildə azalıb:

    * 2019-cu ildə – 141 179,
    * 2020-ci ildə – 126 571,
    * 2021-ci ildə – 112 284,
    * 2022-ci ildə – 122 846,
    * 2023-cü ildə – 112 620,
    * 2024-cü ildə isə cəmi 102 310 körpə dünyaya gəlib.

    Azalma 2025-ci ildə də davam edir: yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub – bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 431 nəfər az deməkdir.

    Gələn tədris ilində birinci sinfə təxminən 14 min az uşaq gedəcək.

  • Hikmət Hacıyev: “Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq”

    “Bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – Qarabağ və Şərqi Zəngəzur bölgələrinə artıq 20-ci səfəridir”.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələri aparılan bərpa və quruculuq işləri ilə, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və burada həyatın canlanması ilə yerində tanış olurlar.

    Hikmət Hacıyev bildirib ki, bu səfər əsnasında əcnəbi diplomatlar Cəbrayıl və Zəngilan regionlarında aparılan yenidənqurma işləri ilə tanış olublar:

    “Bununla yanaşı, diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə də yerində tanış olublar və brifinqləri dinləyiblər. Bu baxımdan səfər diplomatik korpusun və onların təmsil etdikləri ölkələrin mövqeyi üçün əhəmiyyətlidir”.

    Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə tikməyə davam edir:

    “Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ ilə ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir”.

  • Rüşvət alan meşə gözətçisi həbs olundu

    Qusar Rayon Prokurorluğunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləmiş Abuyev Zahid Abuzahir oğlu barəsində cinayət işi başlanılıb.

    Median.Az
    -ın məlumatına görə, ilkin istintaqla müəyyən edilib ki, Zahid Abuyev Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin ərazisində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə mövqeyindən qanunsuz şəkildə istifadə etməklə sakinlərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Z.Abuyev vəzifə borclarının icrası ilə bağlı qanunsuz üstünlüklər əldə etməyə çalışıb və təkrarən rüşvət almaqda şübhəli bilinir.

    Qusar Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən olunub ki, Zahid Abuyev xidməti mövqeyindən sui-istifadə edərək təbiət abidələrinin, meşə sahələrinin və digər qorunan ərazilərin mühafizəsi üzrə vəzifə səlahiyyətlərini kobud şəkildə pozub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

    Zahid Abuyev oktyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb və bu gün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.//modern.az

  • İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb

    İsmayıllı rayonunda “İsmayıllı” sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.

    Rayonun İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.

    Qeyd edilib ki, Muğallı-İsmayıllı- Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:

    “İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb”.

  • В отношении экс-главы ИВ Балакена избрана мера пресечения в виде ареста

    Бывший глава исполнительной власти Балакенского района Ислам Рзаев арестован сроком на 4 месяца.

    Как сообщает report, соответствующее решение принял Сабаильский районный суд.

    Отмечается, что в результате операции, проведенной Службой государственной безопасности (СГБ) в Исполнительной власти Балакенского района, были задержаны И.Рзаев и ряд других должностных лиц районной администрации.

    Ислам Рзаев обвиняется по статьям 179.3.2 (присвоение, причинение ущерба в крупном размере) и 311.3.2 (повторное получение взятки) Уголовного кодекса Азербайджанской Республики.

    Другим задержанным также предъявлены обвинения в коррупционных преступлениях.

  • Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib

    Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

    “Report”un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

    Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

    İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

  • Bələdiyyə sədrinin müavini bu instituta ofis avadanlıqları satır

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Əzizov Əsəd Qacar oğlunda ofis avadanlıqları alacaq.

    Median.Az-ın məlumatına görə, Əsəd Əzizov İnstitutun bununla bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. Ofis avadanlıqlarına görə Əsəd Əzizova 7 280,6 manat ödəniləcək.

    Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. Qanun onun bizneslə məşğul olmasını qadağan etsə də, Əsəd Əzizov satınalma müsabiqələrində fəal iştirak edir. O, cari ildə müxtəlif dövlət qurumlarından 300 min manatlıq sifariş alıb.//qaynrinfo.az

  • Народная артистка Эльмира Рагимова госпитализирована

    Народная артистка Эльмира Рагимова была доставлена в больницу.

    Как передает oxu.az, об этом АПА сообщил сын исполнительницы.

    По его словам, в настоящее время Э.Рагимова проходит лечение в Бакинском центре здоровья (Bakı Sağlamlıq Mərkəzi).

    “У нее наблюдаются проблемы с давлением и уровнем сахара, поэтому мы решили обратиться в больницу”, – сказал он.

    В медицинском учреждении отметили, что 84-летней пациентке Э.Рагимовой в отделении терапии была проведена консультация невролога и эндокринолога, после чего назначено соответствующее лечение.

    “Состояние нашей пациентки, проходящей стационарное лечение под наблюдением профессиональной команды центра, на данный момент стабильное. В ближайшие дни она будет выписана домой”, – подчеркнули в центре.

  • Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

    Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

    Median.Az
    bildirir ki, bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib.

    O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

    “Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var”, – deyə o bildirib.

    Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

    “Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

  • Azərbaycanda daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 160 min 295 manat olan 62 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.