Month: October 2025

  • Prezident: “Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”

    “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib.

    Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

  • İlham Əliyev Vladimir Putinə zəng etdi

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.

    Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

    Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açıldı

    Şirvanda şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb.

    Şirvan şəhər prokurorluğundan  verilənməlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
    Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
    T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.
    Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
    İbtidai istintaq davam etdirilir.

  • İrandan Azərbaycana 22 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

    İrandan Azərbaycana 22 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • На место Огтая Ширалиева будет произведено назначение

    9 октября в 10:00 состоится внеочередное общее собрание акционеров ОАО “Республиканский диагностический центр”.

    Как сообщает Report, встреча пройдет по адресу: город Баку, Тбилисский проспект, 147, где располагается административное здание ОАО.

    В повестку дня собрания входит избрание генерального директора.

    Согласно данным Государственного реестра коммерческих организаций при Министерстве экономики Азербайджана, до настоящего времени Республиканским диагностическим центром руководил экс-министр здравоохранения Огтай Ширалиев, скончавшийся 3 октября.

    Учреждение было зарегистрировано в 2004 году. Уставный капитал составляет 2 415 000 манатов.

  • Oqtay Şirəliyevin yerinə təyinat olacaq

    Oktyabrın 9-da, saat 10:00-da “Respublika Diaqnostika Mərkəzi” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

    Median.Az “Report”a istinadla xəbər verir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə ASC-yə baş direktorunun seçilməsi daxildir.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə məlumatlarına əsasən, indiyə qədər “Respublika Diaqnostika Mərkəzi”nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

    Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2 milyon 415 min manatdır.

  • Gəncə sakinlərinin NƏZƏRİNƏ: III MDB Oyunları ilə bağlı bəzi yollar bağlanacaq

    III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

    Bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

    – Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;

    – Atatürk prospekti;

    – Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.

    Qeyd edilib ki, Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

    Bildirilib ki, 12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

    Məlumatda qeyd olunub ki, Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

    Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.

  • Uşaqlarının gözü qarşısında keçmiş arvadına 11 bıçaq zərbəsi vurub – Şirvanda DƏHŞƏT – Video

    “Bir həftə əvvəl rəsmi olaraq boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilən Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayevanın dayısı Vüqar Ağayev deyib.

    “Evə qalxanda Tural liftin qarşısında onların yolunu kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. İlk olaraq 11 bıçaq zərbəsi endirib, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını çəkib, bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında baş verib. Hazırda Lamiyə bir saatdan çoxdur ki, əməliyyatdadır. Qonşular köməyə gələndə onun əlində bıçağı görüb hamısı qorxub qaçıblar. Yalnız bir qadın süpürgə ilə müdaxilə edib. Bu insanda narkotik vasitələrin təsiri hiss olunurdu, çünki ağzından köpük gəlirdi və görünürdü ki, o, içki təsiri altındadır. Son vaxtlar hamını şantaj edərək pul tələb edirmiş”.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Рубен Варданян вышел из проекта по созданию электромобиля “Атом”

    Сепаратист Рубен Варданян, находящийся под арестом в Азербайджане, полностью вышел из российского автобизнеса, продав свою долю в проекте электромобиля “Атом”.

    Как сообщает Median.Az со ссылкой на “Коммерсантъ”, принадлежавшие ему 25% в ООО “Восход” – основном акционере компании “Кама” – перешли самому обществу.

    Теперь совладельцами “Восхода” остались гендиректор КамАЗа Сергей Когогин (37.5%) и ООО “Спектр” (37.5%). Осенью 2024 года Варданян также перестал быть совладельцем КамАЗа.

    В “Каме” подтвердили планы запустить серийное производство электромобиля “Атом” до конца года на заводе “Москвич”. Предполагаемая стоимость автомобиля составит 3-4 млн руб. без учета господдержки, сообщало агентство “РИА Новости”. Большинство опрошенных экспертов относятся к проекту скептически из-за высокой цены, однако не исключают интереса со стороны сервисов такси и каршеринга.

  • Ruben Vardanyan Rusiyadakı daha bir biznesini satdı

    Hazırda Azərbaycanda həbsdə olan erməniəsilli iş adamı Ruben Vardanyan Rusiyadakı avtomobil biznesindən tamamilə çəkilib. O, “Atom” adlı elektromobil layihəsindəki payını satıb.

    Median.Az bu barədə “Kommersant”a istinadla xəbər verir.

    Bildirilir ki, Vardanyana məxsus “Vosxod” MMC-dəki 25 faizlik pay – “Kama” şirkətinin əsas səhmdarı birbaşa həmin cəmiyyətin özünə keçib.

    Bununla da “Vosxod”un səhmdarları “KamAZ”ın baş direktoru Sergey Koqoqin (37,5%) və “Spektr” MMC (37,5%) qalıblar.

    Qeyd olunur ki, 2024-cü ilin payızında Vardanyan artıq “KamAZ”ın da səhmdarları sırasından çıxmışdı.

    Ekspertlər hesab edirlər ki, onun “Atom” layihəsindən çıxması hazırda düşdüyü mürəkkəb vəziyyətlə bağlıdır – Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycanda saxlanılıb və hazırda həbsdədir.

    “Kama” şirkəti “Atom” elektromobilinin ilin sonuna qədər “Moskviç” zavodunda kütləvi istehsalına başlamağı planlaşdırır. Avtomobilin qiymətinin dövlət dəstəyi nəzərə alınmadan 3-4 milyon rubl olacağı gözlənilir.