Month: October 2025

  • “Roşka” ləqəbli tiktokerin məhkəməsində şahidin ifadəsi suallar doğurub

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutub.

    İclasda təqsirləndirilən şəxsin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilməsində iştirak edən polis əməkdaşlarından biri ifadə verib.

    Şahidin ifadəsinin bəzi hissələri ilə Rövşən Süleymanov razılaşmayıb, bu isə proses iştirakçıları arasında əlavə suallar yaradıb. Nəticədə şahid hakim və prokurorun çox sayda sualını cavablandırmalı olub.

    Digər şahidlərin iclasda iştirak etməməsi səbəbindən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında polisin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma) ilə ittiham olunur.
    //oxu.az

  • Şəmkirdə 11-ci sinif şagirdi vəfat edib

    Şəmkirdə şagird vəfat edib.

    Rayonun Aşağı Seyfəli kənd N.Abbasov adına tam orta məktəbin şagirdi Rəsul Ələddin oğlu Qəribov dünyasını dəyişib.

    O, 11-ci sinif şagirdi imiş.

  • Külli miqdarda mənimsəmədə təqsirləndirilən musiqiçiyə AĞIR CƏZA VERİLDİ

    Qanunsuz yolla pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən olan Yasin Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq Yasin Əhmədova ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ona təqsirləndirildiyi 177-ci və 189-cu maddələr üzrə isə baraət verilib.

    Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri – musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham olunub.

    Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xaricində və daxilindəki müəyyən hesablara milyonlarla pul köçürüb.

    Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

    Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq sənədlərinə görə, Yasin Əhmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, “Dəmiryolservis” MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.

    Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

  • Yevlaxda yanacaq daşıyan maşın yandı

    Yevlax şəhərinin Meyvəli qəsəbəsində “QAZ” markalı yanacaq daşıyan avtomobilin yanar hissələri yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Tokayev türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edib

    “Ölkələrimiz Avrasiyanın mərkəzində – Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən çoxsaylı marşrutların kəsişməsində yerləşir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

    Onun sözlərinə görə, hazırda Qazaxıstan ərazisindən beş beynəlxalq dəmiryol dəhlizi keçir.

    Qazaxıstan prezidenti əlavə edib:

    “Biz bu yaxınlarda Dostıq-Moyıntı dəmiryolunun ikinci xəttini işə saldıq. Bu addım Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin dinamik inkişafına töhfə verəcək. Yeni marşrut yükdaşımalarının həcmini beş dəfə artıracaq. Daha iki əsas dəmiryol xəttinin tikintisi davam edir. Şübhəsiz ki, bütün bu layihələr regional logistikanın inkişafına yeni təkan verəcək”.

    Qazaxıstan prezidenti qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avrasiya nəqliyyat çərçivəsinin strateji halqasına çevrilib.

    O vurğulayıb:

    “Son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi altı dəfə artıb. Bu yaxınlarda Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib və bu görüş zamanı həmin marşrutla bağlı bir sıra razılaşmalar əldə olunub. Biz türk dövlətlərini hava qovşaqlarının, dəmiryol stansiyalarının infrastrukturunun modernləşdirilməsində fəal iştiraka dəvət edirik. Hazırda nəqliyyat və tranzit sektorunun rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Sözsüz ki, burada süni intellekt texnologiyasının tətbiqi faydalı olacaq. Ona görə də biz Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı ekspertlərin cəlb olunduğu xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını müzakirə etməyi təklif edirik”.

  • 299 şirkəti olan musiqiçiyə ağır cəza verildi

    Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbəri Yasin Əhmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    “Unikal” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Yasin Əhmədova ittiham olunduğu 177-ci və 189-cu maddələrdən baraət verilib. Ona 179.4-cü maddə ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri – musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilib. Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb.

    Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

    Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq sənədlərinə görə, Yasin Əhmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, “Dəmiryolservis” MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.

    Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun bir milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

  • Azərbaycanda doqquz ayda ölənlərin sayı açıqlandı

    Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda 44 802 nəfərin ölümü qeydə alınıb.

    Bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onlardan 24 342-si kişi, 20 460-ı qadın olub.

    Qeyd edilib ki, ölümü qeyd alınan şəxslərdən 1 472 nəfəri uşaqdır (18 yaşadək şəxs).

  • В онлайн-формате заложен фундамент мечети, которую Туркменистан построит в Физули

    7 октября в Габале Президент Азербайджанской Республики Ильхам Алиев, председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов и другие главы государств и правительств, участвующие в 12-м cаммите Совета глав государств Организации тюркских государств (ОТГ), в режиме онлайн заложили фундамент мечети, которую Туркменистан построит в Физули.

    Как сообщает АЗЕРТАДЖ, общая площадь комплекса мечети составит более 1 гектара. Будут возведены два минарета высотой 40 метров каждый. Высота основного купола составит 30 метров. Здесь одновременно смогут молиться 500 человек.

    Отметим, что страны-члены и страны-наблюдатели ОТГ также вносят свой вклад в проводимую Азербайджанским государством работу по восстановлению Карабаха и Восточного Зангезура. Так, наряду со строительством Туркменистаном мечети в Физули, наглядными примерами этого являются построенные в этом же районе Узбекистаном школа имени Мирзы Улугбека, Казахстаном – Центр детского творчества имени Курмангазы, а также возведенная Кыргызстаном в Агдаме школа имени Манаса, строящаяся Венгрией школа в Джебраиле, участие турецких компаний в строительстве многочисленных тоннелей, мостов и дорог.

  • Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub

    Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi bir hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla iki minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

    Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.

  • Robert Koçaryan 2026-cı il parlament seçkisində iştirakını təsdiqlədi

    Ermənistanın ikinci prezidenti Robert Koçaryan siyasi komandası ilə birlikdə 2026-cı ildə keçiriləcək parlament seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

    Median.Az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə o, mətbuat konfransında çıxışı zamanı bildirib.

    Eyni zamanda, Koçaryanın sözlərinə görə, onun seçki kampaniyasında sadəcə iştirakı kifayət deyil. Sabiq prezident qeyd edib ki, əməkdaşlıq ediləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid edir.

    “Mənim komandam seçkidə iştirak edəcək”, – deyə Robert Koçaryan vurğulayıb.

    O, həmçinin partiya liderlərinin formal olaraq seçkilərdə iştirak etmədikləri, lakin ölkənin siyasətində iştirak etdikləri beynəlxalq təcrübələrdən də misallar gətirib.