Month: October 2025

  • Yasamalda tikinti şirkəti qanunlara məhəl qoymur, gecə vaxtı iş aparır (VİDEO)

    Ağır texnikalar gecə saatlarında belə işləyir… Ərazidə yaşayan sakinlər saatlarla davam edən səs-küy səbəbindən evlərində istirahət edə bilmirlər…

    Sakinlər deyir ki, istirahət və bayram günləri də eyni hal yaşanır.

    Məsələ ilə bağlı ərazidə tikinti aparan “Nizami City” şirkəti ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Yasamal Rayon İcra Hakimiyyətindən də sorğumuza cavab verən olmadı.

    Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətindən bildirildi ki, sakinlərin şikayəti ilə bağlı növbəti dəfə tikinti şirkətinə xəbərdarlıq olunacaq.//Xəzər TV

  • Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə təsdiqlənib

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 6-da davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

    Əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib.

    Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər.

    Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

    İbtidai istintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin məhkəmə-tibbi eksperti tərəfindən müayinə edilməsi, yaralanmış şəxslərin xəsarətlərinə dair məhkəmə-tibbi ekspertizasının rəylərinin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

    Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

    Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

    Sənədlərə əsasən, hadisə yerinə ilkin baxış keçirilməsi haqqında 2020-ci il 11 oktyabr tarixli protokola əsasən müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri ballistik raketdən istifadə etməklə Gəncəyə zərbə endirib.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, partlayış 1978-ci ildən sonrakı müddətdə SSRİ-də istehsal olunmuş, NATO təsnifatı üzrə “SS-1c Skud B” adlandırılan 9K72 “Elbrus” markalı əməliyyat-taktiki təyinatlı raketin partlaması nəticəsində baş verib.

    Raketin ən çoxu 275 km uzaqlıqdan, Ermənistanın Vardenis yaşayış məntəqəsindən Gəncəyə istiqamətlənməsi ehtimal olunur. R-17 birpilləli maye yanacaqlı ballistik trayektoriyalı raket keçmiş SSRİ-də istehsal edilib və 1987-ci ildən istehsalı dayandırılıb.

    Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur.

    Belə raketlər dəqiq hərbi hədəflərə deyil, yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı tətbiq edildikdə ağır fəsadlarla, yəni kütləvi insan tələfatı və böyük dağıntılarla nəticələnir.

    Bundan sonra təqsirləndirilən David Manukyan məhkəməyə müraciət edərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair “əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun” səlahiyyətində olmadığını bildirib.

    Hakim Zeynal Ağayev isə bildirib ki, hazırkı mərhələdə sənədlərin elan olunması prosesi gedir. Sənədlərin elanı başa çatdıqdan sonra münasibət bildirmək üçün müdafiə tərəfinə şərait yaradacaq.

    Sonra təqsirləndirilən şəxs Arayik Arutyunyanın vəkili məhkəmə iclasında tədqiq edilən sənədlərin surətlərinin təqdim olunmasını xahiş edib.

    İclasa sədrlik edən Zeynal Ağayev sənədlərin surətlərinin təqdim olunacağını bildirib.

    Sonra 44 günlük Vətən müharibəsi zamanı Göygöl, Tovuz, Daşkəsən, Samux, Siyəzən, Kürdəmir, Qəbələ rayonlarının, həmçinin Mingəçevir şəhərinin və Göygöl Milli Parkının ərazisinin raket atəşinə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

    Daha sonra təqsirləndirilən Levon Mnatsakanyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial görüş üçün vəsatətlə çıxış edib.

    Hakim Zeynal Ağayev vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.

    Fasilədən sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

    Elan olunan sənədlərdən biri 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə raket hücumları ilə bağlı olub.

    Tədqiq edilən sənədlərdə göstərilib ki, Vətən müharibəsi dövründə ayrı-ayrı vaxtlarda Bərdəyə raket hücumları nəticəsində aralarında uşaq, qadın və yaşlılar da olmaqla 29 nəfər qəsdən öldürülüb, 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

    Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

    Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • На трассе Баку-Сумгайыт выявлены факты незаконных пассажирских перевозок

    Сотрудники Агентства наземного транспорта Азербайджана (AYNA) совместно с Главным управлением дорожной полиции провели рейд против нелегальных перевозчиков на трассе Баку-Сумгайыт.

    Как сообщает Median.Az со ссылкой на AYNA, рейд связан с увеличением случаев незаконных пассажирских перевозок в последние дни на подъездах к Баку, особенно в направлении Хырдалана, Масазыра, Мушфигабада и Сарая.

    В ходе проверки выявлены 18 транспортных средств, водители которых осуществляли пассажирские перевозки с нарушением требований законодательства. В их отношении составлены протоколы по статье 322 Кодекса об административных проступках.

    В ведомстве уточнили, что для осуществления внутренних перевозок необходимо получить разрешение и карточку допуска, выдаваемые AYNA бесплатно на срок до семи лет.

  • Qanunsuz sərnişin daşıyan 18 nəqliyyat vasitəsi saxlanıldı

    Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Bu səbəbdən AYNA və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

    Reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

    Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

    Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulur.

    Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır.

    Qurum tərəfindən təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.

  • Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

    Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

    Bu barədə DİM-dən məlumat verilib. Həmin şəxslər oktyabrın 24-dək (saat 12:00-dək) qeydiyyatdan keçməlidirlər.

    İmtahan vermək üçün sürücülər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək qeydiyyatdan keçməlidirlər.

    İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
    Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə regional bölməsində keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

    Bir saat davam edən imtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

  • Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları

    Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

    Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir.

    Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.

    Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.

    AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.

    Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.

    Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər.

    Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.

  • Ukraynadakı müharibədə 113 jurnalist həlak olub

    Ukraynada Rusiyanın genişmiqyaslı işğalı nəticəsində 232 sənətçi, 113 ukraynalı və xarici media işçisi həlak olub.

    Bu barədə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyi məlumat yayıb. Departament qeyd edir ki, bu məlumatlar nəinki itkilərin miqyasını göstərir, həm də Ukrayna tarixinin faciəli səhifələrini xatırladır.

  • Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manata yaxın üstələyib

    Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

    Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.

    Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 668,2 milyon manat məbləğində icra edilib.

  • “İsrail “Eurovision” müsabiqəsindən kənarlaşdırıla bilməz”

    Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrailin “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan kənarda qalması qalmaqal olardı.

    O, bu barədə ARD telekanalına müsahibəsində deyib.

    “Mən hətta belə bir şeyin müzakirə edilməsini də qalmaqallı hesab edirəm. İsrail bu cəmiyyətin bir hissəsidir”, – Merz ifadə edib.

    Onun sözlərinə görə, belə bir ssenaridə Almaniya müsabiqədən çıxmalı olacaq. Avropa Yayım Birliyi (EBU) noyabrda İsrailin may ayında Vyanada keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakını müzakirə etmək üçün xüsusi onlayn iclas keçirməyi planlaşdırır.

    Bundan əvvəl İspaniyanın dövlət televiziyası RTVE İsrail təmsilçisinin səhnəyə çıxacağı təqdirdə müsabiqədən çıxacağını açıqlamışdı. Səbəb kimi İsrailin Qəzza zolağında hərbi əməliyyatları göstərilib. İrlandiya, Sloveniya, İslandiya və Niderlandda da oxşar fikirlər səsləndiriblər.

  • Bakıda qadın avtobus sürücüləri nə vaxt işə başlayacaq? – AÇIQLAMA

    “”BakuBus” MMC fəaliyyətə başladığı gündən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu əsas prioritet istiqamət olaraq müəyyən etmiş, bu məqsədlə ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, şirkət gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir”.

    Bunu “Unikal”ın sorğusuna cavab olaraq “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva deyib. O bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü “BakuBus” MMC üçün prioritet mövzulardan biridir:

    “Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq “BakuBus” MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər.

    Növbəti mərhələdə namizədlər nəzəri, praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlayacaqlar. Qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək”.